Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
İmam Hüseynin (ə) türbətinə edilən səcdə
Әziz oxucu, burada bir məsələni açıqlamağa çalışacağıq. Məsələ və sual bundan ibarətdir ki, nə üçün şiələr imam Hüseynin (ə) türbətini digərlərindən üstün bilirlər və namaz əsnasında Kərbəla türbəti üzərinə səcdə etməyə üstünlük verirlər?
Cavab:
Birincisi, ona görə ki, Kərbəla torpağına edilən səcdə digər torpaqlar üzərinə edilən səcdə kimidir. Çünki Kərbəla torpağı da Yer kürəsinin bir hissəsidir.
İkincisi, Allah-taala Kərbəla torpağını yaradandan bəri onu müqəddəs və əzəmətli etmişdir. Peyğəmbər (s) buyurub: “Kərbəla torpağı Yer kürəsinin bütün torpaqlarından pakdır. Ona görə ki, o, cənnət çəmənliklərindən biridir.”¹
İmam Sadiq (ə) da belə buyurmuşdur: “Həqiqətən Kərbəla torpağı, gəlin öz ərinin evinə necə aparılarsa, cənnətə o cür aparılır.”
İmam Zeynəlabidin (ə) buyurmuşdur: “Dan ulduzu ulduzlar arasından yer əhlinə necə işıq saçırsa, Kərbəla torpağı da cənnət torpaqları arasından o cür işıq saçacaqdır. Onun nuru cənnət əhlinin gözlərini qamaşdıracaqdır.”
Həzrət Әli (ə) bir gün Kərbəla torpağından keçərkən belə buyurmuşdur: “Bu torpaqda iki yüz peyğəmbər, iki yüz peyğəmbər nəvəsi qətlə yetirilmişdir. Onların hamısışəhiddirlər.”
Üçüncüsü, Kərbəla torpağının müqəddəsliyi və əzəməti ondadır ki, o, imam Hüseyn (ə) kimi Peyğəmbər nəvəsinin cəsədini özündə saxlayır. İmam Hüseyn (ə) okəsdir ki, Allah yolunda hər bir şeydən keçdi, ən əzizlərini, özünü qurban verdi və öz qanı ilə “İslamın gövdəsini sirab etdi”, İslamı dirçəltdi, aradan getməyə qoymadı. Ona görə dəİmam Hüseyn (ə) kimi əzəmətli bir şəxsiyyətin cəsədini özündə saxlayan bir torpağın, əlbəttə ki, əzəməti, hörməti Allah dərgahında günbəgün artacaqdır. Qədimdə belə deyərdilər: “Məkanın əzəməti onun müqəddəsliyi ilə ölçülər.”
Ola bilər soruşulsun ki, Mədinə torpağında da Peyğəmbərin (s) mübarək cəsədi dəfn olunmuşdur. Şübhə yoxdur ki, Peyğəmbər(s) İmam Hüseyndən (ə) üstündür, bəs onda nə üçün Peyğəmbər (s) türbətinə səcdə etmirsiniz?
Cavab:
Birincisi, Peyğəmbərin (s) İmam Hüseyndən (ə) üstün olması həqiqətdir və Peyğəmbər (s) türbətinə də hamı ehtiramla yanaşır, namazda da bu türbət üzərinəsəcdə edirlər.
İkincisi, İmam Hüseynin (ə) qəbrinin türbəti bə`zi xüsusiyyətlərə görə bütün türbətlərdən seçilir. Lakin bu o demək deyildir ki, İmam Hüseyn (ə) Peyğəmbərdən (s) üstündür. Sadəcə olaraq, İmam Hüseynin (ə) Allah yolunda göstərdiyi rəşadət, misli-bərabəri olmayan qəhrəmanlıq, verdiyi qurbanlar və bir çox başqa səbəblərə görə, ohəzrətin türbəti daha fəzilətli hesab edilir. Allah-taala bu dünyada və axirətdə İmam Hüseynə (ə) böyük imtiyazlar vermişdir. Bu dünyadakı imtiyazlardan biri odur ki, Allah- taala İmam Hüseyn (ə) türbətinə edilən səcdəni üstün bilmiş və onun savabını artırmışdır. Allah- taalanın verdiyi bu savab yalnız və yalnız İmam Hüseyn (ə) türbətinə xasdır.
Kitabın adı: Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |