Şiələrin səcdə üçün möhürləri yanlarında daşımalarının səbəbi
Şiələrin səcdə üçün möhürləri yanlarında daşımalarının səbəbi
Dəvətçi: "Yanımızda daşımağımızın səbəbi, təmiz torpağa səcdə etmək üçündür. Ev və məscidlərin əksəriyyətində yer xalça ilə örtülür və yerə səcdə etməyə mane olur. Namaz əsnasında xalçaları qaldırmaq mümkün deyildir. Qaldırsaq da çox vaxt yer səcdə edilməsi mümkün olmayan əşyalarla döşənmiş olur. Bunlara da səcdə etmək caiz deyil. Bu səbəbdən torpaq parçasını yanınızda daşıyırıq ki, namaz əsnasında ona səcdə edək. Çünki bizə təmiz torpağa səcdə etmək əmr olunmuşdur. (Yerə və yerdən bitənlərə-yeyilməyən və geyilməyən şeylərə- səcdə edilməlidir ) Demək olar ki, çox vaxt çirkli torpaqlarla qarşılaşırıq. Elə bu səbəbdən yanımızda daşıdığımız təmiz torpağa səcdə edirik".
Şeyx : " Bildiyimiz kimi, bütün şiələr Kərbəladan götürülmüş torpaq parçasını yanında daşıyırlar və ona səcdənin vacib olduğu qənaətindədirlər!"
Dəvətçi : "Kərbəla torpağına səcdə etdiyimiz doğrudur, lakin vacib deyil. Daha əvvəl də bəyan etdiyim kimi, bizə təmiz torpağa səcdə etmək əmr olunmuşdur. Amma pak Əhli Beytdən(ə) - hər bir şeyin xüsusiyyətini bildirdiyi üçün- nəql olunan rəvayətlər Kərbəla torpağına səcdənin vacib deyil, ən üstün, fəzilətli və çoxlu savaba malik olduğunu ifadə edir. Təəssüflər olsun ki, xarici və nasibi adlanan bir qrup iftiraçı və yalançılar şiə müsəlmanların məhz İmam Hüseynə(ə.) tapındıqları üçün o həzrətin mübarək məzarından götürülən torpağa səcdə etdiklərini söyləyirlər. Halbuki, bizə görə bu küfrdür. Biz sadəcə Allah -Təalaya ibadət edir və təkcə Onun qarşısında səcdə edirik."
Kitabın adı: Pişavər gecələri 3
Müəllifin adı: Seyyid Muhamməd Musəvi Şirazi
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.