Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
Allah qarşısında səcdə etmək elə bir əməldir ki, insanın izzət və əzəmətini artırar və onu Allaha yaxın edər. Səcdə insanı Allaha yaxınlaşdıran ən gözəl əməldir. İnsanın Allaha ən yaxın olan vaxtı Onun qarşısında səcdə etdiyi zamandır. Səcdənin fəzilətləri barədə bir çox Quran ayələri və hədislər vardır.
Ələq surəsinin sonuncu ayəsini hər kəs oxuduqda səcdəyə getməsi vacibdir. Allah təala bu ayədə buyurur:
وَاسجد وقترب
Allah-təala bu ayədə insana səcdə etməyi əmr etmişdir. Çünki insan məhz səcdə vasitəsilə Allaha yaxın ola bilər. Səcdə etməyən insan heç vaxt Allaha yaxın ola bilməz. İbadətin ən yaxşısı və Allaha yaxın olmağın kəsə yolu səcdədir. Ona görə də yaxşı olar ki, insan səcdəyə gedərkən səcdələri uzatsın və özünü Allaha yaxın etmək üçün hazırlasın.
قال الصادق(ع): اقرب ما يكون العبد من الله عز و جل و هو ساجد و ذالك قول الله تعالى "وَاسجد وقترب"
İmam Sədiq(ə) bu barədə belə buyurur: Bəndənin Allaha ən yaxın olan vaxtı səcdə edən zamandır. Çünki, Allah Özü buyurur: “Sən ancaq Rəbbinə səcdə et və (Ona) yaxınlaş.”
قال الصادق(ع): السجود منتهى العبادة من بنى آدم
İmam Sadiq(ə) başqa bir hədisdə belə buyurur: Səcdə etmək Adəm övladının ibadətinin ən uca mərtəbəsidir.
Yaxşı olar ki, insan Allaha səcdə edərkən səcdəni uzatsın və zikr etsin. Bu barədə də bir sx hədislər mövcuddur. Onlardan bir neçəsini əziz möminlərin nəzərinə çatdırıram.
قال على(ع): اطلوا السجود فيما من عمل اشد على ابليس من ان ير ابن آدم ساجدا لأنه امر باالسجود فعصى و هذا امر باالسجود فأطاع و نجا
Həzrət Əli(ə) buyurur: Səcdəni uzadın. Adəm övladının səcdəsi kimi iblisə pis təsir edən bir iş yoxdur. Çünki o özü səcdə etməyə əmr edildi, lakin bundan boyun qaçırtdı. Adəm övladı isə səcdəyə əmr edildi, itaət edərək nicat tapdı.
عن معاوية ابن عمار قال: سمعت ابا عبدالله(ع) يقول: إن العبد اذا اطال السجود حيث لا يراد احدا قال الشيطان واويلاه اطاعوا عصيت وسجدوا و ابيت
Müaviyətibn Əmmar İmam Baqir(ə)-dan bu barədə belə bir hədis nəql etmişdir. Bəndə heç kimi nəzərdə tutmadan səcdələri uzadarsa, şeytan deyər ki, vay olsun mənə! Onlar itaət etdilər, mənsə üsyankar oldum. Onlar səcdə etdilər, mənsə boyun qaçırtdım.
قال على(ع): اذا اردت ان يحشرك الله معى فأطل السجود بين يدىالله الواحد اقهار
Həzrət Əli(ə) buyurur: Allahın səni mənimlə məhşur etməsini istəyirsənsə, onda yenilməz tək olan Allahın qarşısında səcdələri uzat.”
Kitabın adı: İmam Hüseyn (ə) məktəbi
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |