Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mayıs 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | 31 |
Saleh əməllərdən bə’ziləri
Əvvəldə qeyd olunduğu kimi, insanı təkamülə yetirib, Allah dərgahına yüksəldən yeganə yol vəhyə, başqa sözlə peyğəmbərlərin (ə) vasitəsilə şər’i qanun halına salınan və özlərinin də keçdiyi vəhy yoluna tabe olmalıdır. Bu da fərizələr (vacib əməllər) və nafilələr (müstəhəb əməllər) adı ilə tanınmışdır. Saleh əməl də məhz budur. Saleh əməl yə’ni, müqəddəs islam şəriətində gələn, Qur’anda, hədis və dua kitablarında qeydə alınan vacib və müstəhəb əməllər. Siz həmin yolu keçməkdə onlardan istifadə edə bilərsiniz. Biz onların bə’zilərini burada qeyd edirik:
1. Vacib namazlar
Namaz insanın mə’nəvi seyri-süluku, yüksəlişi və Allah dərgahına yaxınlaşmasında ən yaxşı amildir. İmam Riza (ə) buyurur: “ Namaz hər pərhizkar və təqvalı insanın Allah dərgahına yaxınlaşma vasitəsidir .”
Müaviyə ibni Vəhəb İmam Cə’fər Sadiqdən (ə) soruşdu: “Bəndələri Allah dərgahına yaxınlaşdıran və Allah tərəfindən sevilən əməllərin ən yaxşısı hansıdır?”
İmam (ə) buyurdu: Allahı tanıdıqdan sonra namazdan yaxşı bir şey tanımıram . Görmədinmi ki , Allahın saleh bəndəsi Həzrət İsa ( ə ) belə buyurur : “ Allah məni , diri olduğum vaxta qədər namaza və zəkata tövsiyə etdi .”
İmam Cə’fər Sadiq (ə) yenə buyurur: “ Allah yanında ən sevimli əməl namazdır . Namaz peyğəmbərlərin son vəsiyyətidir . Nə yaxşı olar ki , insan qüsul etsin , yaxud kamil dəstəmaz alsın , sonra bir kəsin görmədiyi bir guşəyə getsin , rüku və səcdələrinə nəzarət ( diqqət ) etsin . Bəndə səcdəyə gedib səcdəsini uzadan zaman şeytan fəryad edərək deyir : “ Vay olsun mənə ! Bu bəndə Allaha itaət etdi , mən isə Ona qarşı çıxdım . O , səcdə etdi , mən isə imtina etdim !”
İmam Riza (ə) buyurur: “ Bəndənin Allaha ən çox yaxın olduğu zaman səcdə halında olan vaxtıdır . Çünki Mütəal Allah buyurur : « Vəscud vəqtərib .» Yə ’ ni , səcdə et və ( ilahi dərgaha ) yaxınlaş .”
İmam Cə’fər Sadiq (ə) buyurur: “ İnsan namaza dayanan vaxt Allahın rəhməti asimandan ona nazil olur , mələklər onu ( hər tərəfdən ) əhatəyə alır və bir mələk belə deyir : « Əgər namaz qılan bu şəxs namazın dəyərini bilsəydi , heç vaxt namaz halından çıxmazdı .»”
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: “ Mö ’ min bəndə namaza başlayıb onu qurtarana qədər Allah ona nəzər edir , Allahın rəhməti asimandan ( nazil olub ) onu əhatə edir və mələklər onun ətrafını tutur . Allah ona bir mələyi tə ’ yin edir ki , belə desin : “ Ey namaz qılan , əgər kimin diqqət mərkəzində olduğunu , kiminlə münacat etdiyini bilsəydin , ( Ondan ) başqa bir kəsə diqqət yetirməz , bu vəziyyətdən heç vaxt çıxmazdın !”
Kitabın adı: Nəfsin saflaşdırılması
Müəllif: Ayətullah İbrahim Əmini
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |