» » Əli (ə) şiəsi ilə əhli-sünnənin dialoqu (hissə 1)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Əli (ə) şiəsi ilə əhli-sünnənin dialoqu (hissə 1)
+5
Müəllif: Aşiqi Rüqəyya | 3-11-2015, 14:00 | Baxılıb: 6 761
 

Əli (ə) şiəsi ilə əhli-sünnənin dialoqu (hissə 1)

 
Allahın salamı və rəhməti üzərinizə olsun. Əvvəla bəzi amilləri nəzərinizə çatdırım:
Birinci amil: Bütün şiə alimlərinin dediyinə əsasən elmi zəyif olan kəslər məzhəb bəhsləri etməməlidirlər, çünki əks halda öz məzhəbində şübhələr yaranır və imanını əldən vermiş olurlar.
İkinci amil: Əgər şiəsizsə şiəliyi sübut edən ayələri və hədisləri bilməlisiz.
Bəzi şiələrə sual verirsən necə şiə olmusan? Şiəlik haqqında nə bilirsən? Deyir ailəm şiədir mən də onlara baxıb şiə olmuşam. Belə şəxslər başqa məzhəblərlə qarşılaşanda şiə olmağına baxmayaraq şiəliklərini sübut edə bilmirlər və qarşı tərəfin təsiri altına düşüb yolunu azmış olurlar. Buna əsasən alimlərimiz deyirlər: Öz şiəliyinizi araşdırın.
İnsan araşdırandan sonra daha da böyük sübutlara rast gəlir, şiə olması ilə daha da fəxr edir və şübhələr də aradan gedir. Bir də həmişə elmi zəiflər qarşı tərəfin suallarına cavab verə bilməyib deyirlər ki "başqa məzhəblər beyin yuyurlar ona görə şübhə toxumunu qəlbimizə səpirlər". Əslində isə elmli şiə sübutları ilə şiəliyi sübut edir və buna görə də o şübhələr ona gülünc gəlir.
Üçüncü amil: Şiə alimi Ayətullah Seyid Məhəmməd Şirazi belə buyurur: "Bütün cavan qadınlar cavan qadınların əlindən tutsun və bütün cavan kişilər cavan kişilərin əlindən tutub dinimizi təbliğ etsinlər." Amma dəqiq bildiklərinizi deyin əgər bir şeydə şübhəniz varsa deməyin. Bu sözləri nəzərə alaraq in şa Allah bu xəbərimdə Allahın köməkliyi ilə şiənin sübutlarını sizlərə təqdim edirəm.
Şiə ilə sünni bəhs edəndə həmişə sünni tərəf deyir ki, bizim öz kitablarımızdan hədis deyin, əgər belə olsa razılaşıb qəbul edərik. Amma unutmayın ki, sünni mənbəsindən deyəndə elə hədis deyin ki, onu bizim şiə alimləridə qəbul etsin, yəni sünninin bəzi yalan hədislərindən istifadə etməyin, doğru hədislərlə haqqı sübut edin. Mən də bunları nəzərə alaraq bütün cavabları şiənin və sünninin qəbul etdiyi hədislərlə yazacam. Bizim Üləmalarımız həmişə sünnilərə deyillər "Bizim bütün şiə kitablarımızı yandırsanız belə yenə də şiəliyin haqq olmasını sizin öz kiablarınızdan sübut edərik."
Həmçinin iki məsələni qeyd edim:
Bircisi bu şiənin cavablarını daha da geniş, daha çox Quran ayəsi və hədislərlə yaza bilərəm, yəni sübutlarımız dəqiq, düz və genişdir amma onda çox uzun xəbər olacaq deyə çalışacam bacardıqca  Quran ayəsindən və  hədisdən az istifadə edim.
İkincisi mən hədis yazanda bir sənədi, yəni bir  sünni aliminin adını və kitabını qeyd edəcəyəm, amma əslində bu hədislərin çox sənədi var. Xəbər çox uzun alınmasın, yorucu olmasın deyə bir sənədlə kifayətlənib bildiyim qədər hədisin qırağında, mötərizədə sənədlərin sayını qeyd edəcəm. 
 
Əli (ə) şiəsi ilə əhli-sünnənin dialoqu.
Əhli sünnə:
Siz şiələr heç Peyqəmbərin (s) dövründə yox idiniz. Heç olmasa bir dəfə də olsun Peyğəmbər (ə) şiə sözü deyib? Sonradan əmələ gəldiniz ona görə səhv məzhəbsiniz.
Əli (ə) şiəsi:
Şiə adını Həzrət Əli (ə)-ın ardınca gedənlərə verən sizin sözünüzün əksi olaraq şəxsən Peyqəmbərin (s) özü olmuşdur. Bu söz bir başa Peyğəbərimizin dilindən cari olmuşdur. O Peyğəmbər haqqında Quran buyurur " O, həvai nəfsindən (öz istək, düşüncəsinə görə) danışmaz, söylədikləri yalnız ona vəhy olunan şeydən başqa bir şey deyildir" (Nəcim surəsi ayə 3.) Bax bu Peyğəmbər (s) Əli (ə) tərəfdarların, təqibçilərin "şiə", "qurtuluşa çatanlar" adlandırmışdır.
Əhli sünnə:
Bunlar harda yazılıb ki biz indiyə qədər görməmişik? 
Əli (ə) şiəsi:
Öz kitablarınızı diqqətli oxusanız həqiqəti elə özünüz taparsız. Sizin ən mötəbər alimlərinizdən və hafizlərinizdən olan "Hafiz Əbu Nəim İsfahani Əhməd ibn Əbdullah", o elə şəxsdir ki, sizin böyük alimləriniz ona "hədis söyləyənlərin tacı " ləqəbin vermişlər və o öz kitabı olan  " Hilyətul övliya " kitabında İbni Abbasdan belə nəql edir: Bəyyinə surəsinin 7 və 8-ci ayələri "İman gətirib saleh əməllər edənlər isə, yaradılmışların ən xeyirliləridirlər. Rəbbləri yanında onların mükafatı-içində ağaclar altından çaylar axan Ədn Cənnətidir. Allah onlardan razı, onlar da Allahdan razıdırlar." Nazil olduqda Rəsulallah (s) Əli ibni Əbu Talibə (ə) xitabən belə buyurdu: "Ya Əli! " xəyrul-bərriyə"dən (yaradılmışların ən xeyirlilərindən) məqsəd sən və sənin şiələrindir. Qiyamət günündə sən və şiələrin Allahın sizdən, sizin də Allahdan razı və xoşhal olduğunuz halda gələcəksiniz." (Bu hədisin 6 sənədi var). İkinci hədis isə sizin aliminiz "Məhəmməd ibn Yusif Gənci əş-Şafie kitabında "Kifayətut - talib" (səhifə:19) yazılıb. Əmirəl-möminin Əli ibn Əbu Talibin katibi Yəzid ibn Şərahil o Həzrətin belə buyurduğunu eşitdiyini nəql edir: "Xatəmul-ənbiya (s) vəfat anında (can verəndə) mübarək kürəyi sinəmin üstündə ikən buyurdu:" Ya Əli! Allah təalanın "İman gətirib saleh əməl edənlər, yaradılmışların ən xeyirliləridir" buyurduğunu eşitmədinmi? Bax onlar sənin şiələrindir. Mənimlə sizin görüş yeriniz Kövsər hovzunun kənarıdır. Bütün ümmət hesab üçün toplaşdıqda, "Üzü ağ olanlar"-deyə çağırılacaqsınız. (Bu  hədisin 5 sənədi var).
Gördüyünüz kimi bizim məzhəb  birbaşa Peyğəmbərdən (s) bizlərə ötürülüb, kökümüz birbaşa Peyğəməbərə (s) bənd olur. İndi biz sizə sual verməliyik ki, bəs siz sünnilərin kökü hara bənd olur? 
Əhli sünnə:
Siz şiələr deyirsizniz ki,  Peyğəmbər  (s) Peyğəmbərliyini açıqladığı gün Əli (ə)-ı xəlifəsi elan etdi. Axı harda demişdi ki, Əli məndən sonra xəlifədir?
Əli (ə) şiəsi:
Sizin aliminiz  "Hilyətul övliya " (bu alimin adın əvvəlki bəhslərdə qeyd etdim) kitabında  yazıb: Şüəra surəsi 214 ayəsi yəni "və ən yaxınlarını qorxut " ayəsi nazil olduqda Peyğəmbər (s) Qüreyişdən olan qohumlarından 40 nəfəri əmisi Əbu Talibin evinə  dəvət etdi. Xülasə, bu hadisə genişdir. Peyğəmbər (s) dinə dəvət etdi. (Mən Peyğəmbərin (s)  axır cümlələrin yazıram ) buyurdu: "Kim (ilk şəxs olaraq) bu dəvətimi qəbul edərsə və mənə yardımçı olarsa, o mənim qardaşım, məndən sonra vəzirim,varisim və xəlifəm olacaqdır" Peyğəmbər (s) bu son cümləni 3 dəfə  təkrar etdikdə hər üçündə də Əli (ə) başqa heç kim cavab vermədi. Əli (ə) hər dəfə bu sözləri dedi: "Ey Allahın Peyğəmbəri! Mən sənin yardımçın və yavərinəm". Bu sözlərdən sonra Peyğəmbər (s) Əli (ə) xəlifəliklə müjdələdi və buyurdu: " Bu (Əli) mənim qardaşım,vəsim və aranızdakı xəlifəmdir.
(Şiə alimimiz kitabında yazıb ki, bu hədisin daha çox sənədi var, amma mənim yadımda cəmi 18-inin adı  qalıb) Amma bəzi kitablarda isə Peyğəmbərin (s)  belə buyurduğunu  nəqil edirlər: " Sən -ey Əli! Mənim vəsim və məndən sonra xəlifəmsən" (Bundan əlavə sünni alimləriniz Peyğəmbərdən (s) 12 ədəd  İmam Əlinin (ə) xəlifə olması barədə hədis yazıblar)
Əhli sünnə:
Niyə siz şiələr Hz. Əli (ə)-dan əvvəlki 3 xəlifəni qəbul etmirsiz? Ancaq elə Əli (ə)-ı qəbul edirsiz. Bizim kimi sizlər də hər 3 xəlifəni qəbul edin. 
Əli (ə) şiəsi:
Sizin ən böyük səhih alim bildiyiniz Səhihi Buxari kitabınızda yazılıb: Qədir xum günü Peyğəmbər (s) buyurmuşdur "Mən kimin mövlasıyamsa, Əlidə onun mövlasıdır". Şiə və sünni tarix kitablarında açığ aydın yazılıb ki, bu hadisədən sonra ilk İmam Əliyə (ə)  beyət edən Ömər və Əbubəkr oldu. Amma elə ki Peyğəmbər (s) dünyadan köçdü bu iki şəxs əhdlərinə vəfa etmədilər. Əlinin (ə)  haqqını qəsb etdilər və özlərini xəlifə elan etdilər (əvvəl Əbubəkr xəlifə oldu, sonra Ömər, sonra da Osman oldu). Yenə bu kitabda yazılıb: Peyğəmbər (s) buyurdu"Ya Əli sən məndənsən , mən də səndənəm".
Bu hədisə diqqət edin! (Bu hədisin şərhi, izahı çox fəlsəfidir həm anlatmaq, həm anlamaq çətindir. Müqəllidi olduğum Vəhid Xorasani ağanın izahı ilə 1-2 sözlə çalışacam  hədisi sizlərə azda olsa izah edim).
Hədisin izahı: 
"Qol, göz, əl, ayağ və s. bu cismindəndir amma bunlar mənliyə aid deyil. Bu hədisdə Peyğəmbər (s) demir  sən gözümsən,  sən qəlbimsən... Deyir "sən məndənsən" burda "məndənsən "dedikdə ruh, zat, fitrət, nur nəzərdə tutulur, yəni ya Əli sən mənim  ruhumdansan, nurumdansan... Bu  iki şəxsin (Peyğəmbər (s) Əli (ə).) hər ikisi bir fitrətdən, bir ruhdan, bir  nurdan ibarətdirlər!  Bu hədislərlə sübuta yetirildi ki, Peyğəmbərlə (s) Əli (ə) arasında fasilə yoxdur və kim bu iki şəxsin arasına başqa insanları əlavə etsə bidət və böyük günah etmişdir! Bu sözlərlədə  Peyğəmbər (s) ilə Əli (ə) arasında olan şəxslərin üzərinə xətt çəkilir və bu şəxslərin  batil olması və xəlifəliyin yanlız Əlinin (ə) haqqı olması sübut edilir.
Əhli sünnə:
Siz şiələr  Həsən vəHüseyn ibn Əlinin nəsilindən olanlara seyyid deyirsiz. Axı onlar Peyğəmbərin (s) qız nəvələridir, onlar Peyğəmbərin övladları sayılmır. Çünki Peyğəmbərin (s) oğlu yox idi. Oğulu olsaydı o halda seyyiddi oğul övladlarına çatardı, qız nəvələri Peyğəmbərin (s) necə övladları sayılır ? 
Əli (ə) şiəsi:
Əvvəla, oğulun övladı necə nəsildən sayılırsa qızında övladı nəsildən sayılır. "Qız övladı nəsildən sayılmır" sözü yalandır. Siz verən sualı bir zamanlar   Harun İmam Kazimə (ə) vermişdi, ağa böyük sübutlar ilə cavab vermişdi, amma mən bir sübutunu yazıram. İmam Kazim (ə) mübahilə ayəsin qiraət etdi (Artıq sənə yetişən bu elmdən sonra onun haqqında səninlə çəkişib-mübahisə edənlərə, de ki: Gəlin oğullarımızı və oğullarınızı, qadınlarınızı və qadınlarımızı, nəfslərimizi və nəfslərinizi bir yerə toplayaraq sonra qarşılıqlı lənətləşək. Allahın lənəti olsun yalan söyləyənlərə.) İmam (ə) sonra belə buyurdu: Hər bir kəs Allahın əmri olan bu mübahilə zamanı Həzrət Peyğəmbərin (s) xiristiyanlar qarşısında Əli ibn Əbu Talib (ə), Fatimə (s.ə), Həsən (ə) və Hüseyndən (ə) başqa müsəlmanlardan bir kəsin belə bu hadisəyə qatılmış olduğunu iddia etməmişdir. "Ənfüsəna"da (nəfslərimiz) məqsəd, Əli ibn Əbu Talib (ə) , "nisaina"da (qadınlarımız) məqsəd Fatimətüz-Zəhra (s.ə), "əbnaəna"da (oğullarımız) məqsəd isə Allah onlara "Rəsulallahın oğulları"deyə buyurduğu Həsən (ə) və Hüseyndir (ə). "Burdan da aydın oldu ki, Həsən (ə) və Hüseyn (ə) Peyğəmbərin (s) oğulları sayılır .
Əhli sünnə:
Sizlər niyə Məhərrəm ayında küçələrdə məscidlərdə sinə döyürsüz? 
Əli (ə) şiəsi:
Qədir xum hadisəsi yüz iyirmi min insanın yanında baş vermişdi, amma Əlinin  (ə) haqqın xəlifələr qəsb etdilər. Sanki heç Qədir-xum hadisəsi baş verməyib. İndi biz şiələr  qorxduruq ki, Kərbəla müsibətini saxlamasaq, sinə vurmasaq, ya Hüseyn səsləməsək, Kərbəla müsibətində Qədir-xum kimi inkar etmiş olarsız. Buna əsasən məsciddə, küçələrdə səsləyirik ya Hüseyn. 
Əhli sünnə:
Siz şiələr  niyə Hüseyn əzasında ağlayırsız ? Sizlər belə əməllərinizlə dinə bidət gətirirsiz.
Əli (ə) şiəsi:
Bütün şiə və sünni  tarix kitablarında  çoxlu hədislərdə  bildirilir ki,  Peyğəmbər (s) İmam Hüseyni (ə) görəndə başlayırdı ağlamağa. Heç bu hədislər bir qırağa, xahiş edirəm  məntiqlə düşünün və məntiqlə danışın. Əvvəlki bəhslərdə sübut edildi ki, Hüseyn (ə) Peyğəmbərin (s) övladıdır. İnsanın övladı öləndə insan yas saxlayar-ağlayar. İnsanın ağlamaması qeyri-mümkündür. Düşünün!  Hüseyn (ə) niyə şəhid olub? Peyğəmbər (s)-ın gətirdiyi dininə görə. Özü də necə övlad?! Hüseyn (ə) kimi övlad! Necə qətlə yetirilib? Çox acı, faciəli şəkildə qətlə yetirilib... Bəs belə faciəyə Peyğəmbər (s)  ağlamazmı? Əlbəttdə ağlayar.   Gördüyünüz kimi biz Peyğəbər (s) sünnəsi ilə gedirik  və bu əza günlərində  Peyğəmbərin (s)  Əhli beytin (ə) dərdinə şərik oluruq-ağlayırıq. İndi biz sizə sual verməliyik ki, bəs deyirsiz Peyğəmbər (s) sünnəsi ilə gediriksə onda  niyə Peyğəmbər (s) kimi Hüseynə (ə) əza saxlayıb ağlamırsız?
 

Ardı var...

 
 
Bölmə: Şübhələr
Şərhlər: 7
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: HUSEYN_74 | Status: İstifadəçi Offline | 17 Haziran 2017 11:34 | İstifadəçi | Şərh yazdı
ELA CAVABLAR EHSEN


--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Gence300 | Status: İstifadəçi Offline | 25 Mart 2016 04:04 | İstifadəçi | Şərh yazdı
Bacı bu yazını qardaşlara göndərdim haqqını halal elə
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: islam awiqi | Status: İstifadəçi Offline | 4 Kasım 2015 01:46 | Redaktor | Şərh yazdı
Ya Allah.Seve seve ve yorulmadan oxudum.Allaha sonsuz wukurler olsun ki qelbimizde Ehli Beyt eleyhimusselamin ewqini var edib.Bacim Allah ecrini versin.Allah seni ve butun Ehli beyt (e) sevenleri ve davamcilarini ele Ehli beytin eleyhimusselamin Ozu ile mehwur etsun.Haqq yolundan ayrimasin bizleri Merhemetlilerin en merhemetlisi.Her weye gucu yeten ve qadir olan weriksiz Rwbbimiz bizleri sevib secdiyi bendelerden eylesin.Sene cox minnetderam bacim.Allah elmine imanina bereket versin bizde faydalanag InweAllah.Allah muveffeq etsun.Amin Ilahi ve Rebbim.ELLAHUMME SALLI ELA MUHAMMEDIN VE ALI MUHAMMED VE ECCIL FERACEHUM.

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Aşiqi Rüqəyya | Status: İstifadəçi Offline | 3 Kasım 2015 20:44 | İstifadəçi | Şərh yazdı
Sitat: RuQeYyA
Baci ehsen sene cox gozel movzu secmisen gunumizun en aktual movzusudur bezileri tarixi bilmir ama bilirmis kimi her isin iddasini aparir Allah elim versin ama baci senden bir xahisim var ne olar xeberi bir az qisa elave et o daha yaxsi olar fikrim sene yol gosdermek deyil sadece oxucu kimi isdeyimdir cox sagol baci cox gozel movzudur ellerin derd gormesin

Baci cox saqol insallah nezere alariq amma bu behsi biraz etseydim alinmazdi diye düsündüm ve ona gore uun alindi hele  2 hiseye boldük amma yenede uzun alindi. Yeqin sizin ücün yorucu olub baqislayin insallah daha bele uzun olmaz 

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 3 Kasım 2015 20:23 | Sayt nəzarətçisi | Şərh yazdı
Baci ehsen sene cox gozel movzu secmisen gunumizun en aktual movzusudur bezileri tarixi bilmir ama bilirmis kimi her isin iddasini aparir Allah elim versin ama baci senden bir xahisim var ne olar xeberi bir az qisa elave et o daha yaxsi olar fikrim sene yol gosdermek deyil sadece oxucu kimi isdeyimdir cox sagol baci cox gozel movzudur ellerin derd gormesin

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Arzu | Status: İstifadəçi Offline | 3 Kasım 2015 20:22 | İstifadəçi | Şərh yazdı
Allah razi olaun baci.Ellerin var olsun.Deyerli xeberdi.Heqiqeten her seyi duzgun anlamaq lazimdi.Allah bizleri sevib,seçdiyi bendelerinden qerar versin.Dinini duzgun yayanlardan,olaq.            HER KES ÜÇÜN MENIM ÜÇÜNDE BÖYÜK FEXIRDIKI MUHEMMED UMMETI ELI SIESIYEM.ALLAHUMME SELLI ELA MUHEMMEDIN VE ALI MUHEMMED. draznilka podzatylnik

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: firengiz | Status: İstifadəçi Offline | 3 Kasım 2015 15:43 | İstifadəçi | Şərh yazdı
BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM.ALLAH İSTƏDİYİ BƏNDƏSİNİN GÖZÜNÜ AÇAR.YALVARAQ Kİ,ALLAH KOR GÖZLƏRİ AÇSIN AMİN ALLAHIM.NECƏ KOR OLASAN Kİ,HƏZRƏTİ İMAM HÜSEYNİN NƏ ÜCÜN ŞƏHİD OLDUĞUNUN SƏBƏBİNİ DÜZGÜN ANLAMAYASAN.HƏZRƏTİ HƏSƏN VƏ HƏZƏTİ HÜSEYN HƏZRƏTİ ƏLİNİN OĞLANLARI İDİ.BƏS HƏZRƏTİ ƏLİ KİMİN NƏSLİNDƏN İDİ?HƏZRƏTİ MUHƏMMƏDİN  ƏMİSİ OĞLU  ONUN NƏSLİNDƏN SAYILMIRMI?ƏHLİ BEYTİ,HƏZRƏTİ HÜSEYNİ SEVMƏYƏNLƏR HAQQI ƏDALƏT SEVMİR DEMƏKDİR!DEMƏK Kİ,YEZİD LƏNƏTƏ GƏLMİŞİN TƏRƏFİNDƏDİRLƏR....ALLAH HİDAYƏT ETSİN.ALLAH RAZI OLSUN BACIM.AMİN.ALLAHUMMƏ SƏLLİ ƏLA MUHƏMMƏDİN VƏ ALİ MUHƏMMƏD VƏ ƏCCİL FƏRƏCƏHUM.

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.