» » Əli (ə) şiəsi ilə əhli-sünnənin dialoqu (hissə 2)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Əli (ə) şiəsi ilə əhli-sünnənin dialoqu (hissə 2)
+10
Müəllif: Aşiqi Rüqəyya | 4-11-2015, 15:00 | Baxılıb: 2 917
 
 
Əli (ə) şiəsi ilə əhli-sünnənin dialoqu (hissə 2)
 
Əhli sünnə:
Sizlər Əlini Allah bilirsiz, sizlər dinə bidət gətirirsiz, Allaha şərik qoşursuz!
Əli (ə) şiəsi:
Əvvəla  belə sözlər sizin alimləriniz  avam camaata  deməklə sünniləri şiələrin canına vurullar və bu sözlərə görə sünnülər və başqa məzhəblər şiələri qətlə yetirirlər. Biz şiələr Əlini (ə) Allahın seçilmiş qullarından olduğunu qəbul edirik və Peyğəmbərin (s) buyurduqlarına əsasən onu Peyğəmbərdən (s) sonra Allahın yerin üzündəki höccəti, imamı qəbul edirik. Siz dedikləriniz özünü şiə adlandıran amma şiəlikdən tamamilə uzaq olan "Ğulat" (ifratcıl) əhlinə aiddir. Onlar Əlini (ə) Allah bilirlər, Allaha şərik qoşurlar. Biz şiələr onlardan uzağıq , onlarda bizdən uzaqdılar və kitablarımızı oxusanız görərsizki bizim müchdlərimiz fətvalarında varki bu ğulat əhli kafirdi, və bularla evlənnəkdə olmaz... Əli (ə) dövründən etibarən şeytanların aldatmaları ilə bir qurup insan bu əqidəyə sahib olmuşlar. Əli (ə) özü Hindistandan və Sudandan gələn onun ilahlığını iddiya edən bir qurup insanlara xeyli nəsihət etdi . Bu nəsihətlərin bir fayda vermədiyini gördükdə, onların dumanlı quyularda (tarixi kitablarda nəql edildiyinə görə)  öldürülmələrini əmr etdi.(Bu hadisənin izahını Şiə alimimiz Məhəməd Baqir Məclisi (r.ə) " Biharul ənvar" kitabında 4 ci cildində ətrafli şəkildə yazıb) İmam Əli (ə) və digər məsum imamlar (ə) da "ğulat"əhlinə lənət demişlər və özlərindən uzaqlaşdırıb və onlardan bizarlıq etmişlər. Peyğəmbər (s), Əhli beyit və bütün şiələr onlardan uzağdı. Çünki Mövlamız Əmirəl-mömünün Həzrət Əli (ə) özü "Ğulatların" rəhbəri olan məlun Əbdullah ibn Səbanı 3 gün həbs etmiş, tövbə etməyini istəmiş, o məlunda bu sözləri qəbul etməyib, tövbə etməyib belə olduğunu görən Əli (ə)  məcburən onu oda atıb yandırmışdır. Mötəbər kitablarımda  İmam Əli (ə) belə dua etdiyi nəql  olunmuşdur  "Allahım ! İsa  ibn Məryəmin Nəsaradan (Xiristiyanlar) bizarlıq etdiyi kimi, məndə ğulatdan uzağam. Allahım ! Onları daima zəlil et və heç birinə yardım etmə" ( belə dualar və hədislər çoxdur) İmam Əli (ə) buyurmuşdur: " Mənə münasibətdə ifrata varan iki qurup insan həlak olacaqdır: Ğuluv  edərək sevən  və nifrət edərək düşmənçilik edən"
Əhli sünnə:
Peyğəmbərdən  (s) bu haqda bir hədis var ?
Əli (ə) şiəsi:
Bəli  Muvəffəq ibn Əhməd "Mənaqib" kitabının  19 cu bölümündə sənədiylə Peyğəmbərin (s)imam Əliyə  (ə) belə buyurduğunu nəqil edir. " Sənin ümmətin arasındakı məsəlin, Məsih İsa ibn Məryəmin məsəli kimidir. Çünki onun qövmü üç  firqə oldu: bir firqə həvarilər olan möminlər,bir firqə yəhudi olan düşmənlər, bir firqə də o Həzrət haqqında  həddi aşan ğulat.Ümmətimdə cənin haqqında üç firqə olacaq:Bir firqə mömin olan şiələrin, bir fiqə əhd və beyəti pozan düşmənlər, bir firqə də azğın olan və sənin haqqında həddi aşan ifratcılla. Ya Əli ! Sən və şiələrin Cənnətdəsiniz, şiələrin dostları da Cənnətdədir; düşmənlərin və sənin haqqında aşanlarsa Cəhənnəm odundadırlar."
Əhli sünnə:
Axı elə siz gülvv əhlisizdə. Sizlər Əlinin adını deyəndə əlehissəlam  və ya salavatullahi əleyhim deyirsiz. Bu isə özünüzdə bilirsiz Əhzab surəsi 56 da buyurulur "Həqiqətən Allah və mələkləri Peyğəbərə salavat göndərillər. Ey iman gətirənlər ! Siz də ona salavat göndərin və tam bir təslimiyyətlə ona salam verin" bu ayənin hökmü ilə sakavat və  salam  sadəcə Peyğəmbərə (s) məxsusdur. Bu sözlərə görə bidət əhlisiz.
Əli (ə) şiəsi:
Şiə camatı qətiyyən ayəyə və hədisə  zidd bir  iş etməyib və etməzlərdə . Birincisi, zikr edilən ayə salavat və salamın başqasına söylənilməsini qadağan etməmişdir. Müsəlmanların Peyğəmbərə (s) salavat deməyini vacib olduğunu əmr edir. İkincisi, həmin bu ayəni nazil edən Allah - təala "Saffat" surəsinin 130 cu ayəsində belə buyurur : "Ali-Yasinə salam olsun".Yəni Məhəmmədin (s) Əhli - Beytinə salam olsun.(Yasin Peyğəmbərin (s) adıdır, ) Üçünci bizim Peyğəmbərdən (s) başqa heç bir peyğəmbərin övvladına salam deyilməyib. Quranda Allah təala buyurub " Yasin övladlarına salam olsun " Dördüncüsü Quranda neçə ayəsində neçə peyğəbərə salam buyurulur "Aləmlər arasında Nuha salam olsun", "İbrahimə salam olsun", "Musa və Haruna salam olsun" Beşincisi  isə bütün məzhəblərdə varki kim təşəhhüddə salavat deməsə namazı batildir. Peyğəmbərin (s) Əhli beytindəndi Əli (ə) bəs təşəhüddə salavatın axırında  " və ali Mühəmməd " deyəndə siz kimi nəzərdə tutursuz? İnsaflı olun düzünü deyin indi kimdi bidət əhli ? Kimdi səhv edən biz yoxsa siz ? 
Əhli sünnə:
Bizlər təşəhhüddən başqa həmişə belə salavat deyirik " Əllahummə səlli əla Mühəmməd" Amma siz niyə Əllahummə səlli əla Mühəmməd və ali Mühəmməd deyirsiz səbəbi nədi? 
Əli (ə) şiəsi:
Səhihi Buxarin 3 ci cildində Kə'b ibn Əcəzədən belə nəql edir " İnnəllahə və məlaikətu yusəllunə alən -nəbi..." ayəsi nazil olduqda,Rəsulallahdan soruşduq:"Ya Rəsulallah ! Sənə necə salam verilməsini öyrəd, necə salavat deyək ? Peyğəmbər (s) buyurdu " Belə salavat deyin: Əllahummə səlli əla Mühəmməd və ali Mühəmməd."( bu hədisin 5 sənədi var) İbn Həcər rəvayət varki "Rəsulallah buyurdu "Mənə naqis salavat deməyin" soruşduq Ya Rəsuallah naqis salavat nədir? Buyurdu " Əllahummə səlli əla Mühəmməd söyləmənizdir.Halbuki,belə söyləməlisiz " Əllahummə səlli əla Mühəmməd və ali Mühəmməd "
Əhli sünnə:
Sizlər deyirsiz  Peyğəmbərin (s) qızı  Fatimə Əbubəkrdən və Ömərdən qəzəbli olduğu halda dünyadan köçdü. Axı belə bir şey olmayıb siz şiələr bu sözlərinizlə o şəxisləri gözdən salmaq istəyirsiz.
Əli (ə) şiəsi:
Sizin ən çox səhih bildiyiniz Buxari və Müslim öz "Səhih" lərində yazmışlar "Həzrət Fatimə (s.ə) Əbubəkri qəzəbli halda tərk etdi və ömrünün sonuna qədər onunla danışmadı" Və yenə mötəbər səhih saydığınız "Kifayətut-Talib"kitabında (əvvəlki bəhslərdə alimin adını qeyd etmişəm) yazılıb. " Fatimə (s.ə) ölüm yatağında olanda Əbubəkr və Ömərə belə dedi:"Allahı və mələklərini şahid tuturamki sizin ikinizdə məni qəzəbləndirdiniz, mənə qarşı zülm etdiniz.Əgər Peyğəmbəri Əkrəmi görməli olsam,ikinizdən də şikayət edəcəyəm" (2 sənədi var) Siz Allah insaflı olun gördüyünüz kimi öz alimləriniz deyənlərdi biz özümüzdən bir söz demirik.Yenə sizin aliminiz Imam Əhməd "Müsnəd" kitabında yazıb. Peyğəmbər (s) buyurmuşdu:"Fatimə mənim bir parçamdır,gözümün nurudur,qəlbimin meyvəsidir və canımdakı ruhumdur.Onu incidən məni incitmişdir,məni incidən Allahı incitmişdir.Onu qəzəbləndirən məni qəzəbləndirmişdir.ona əziyyət edən mənə əziyyət etmişdir."( bu hədisin 25 sənədi var )alimləriniz çox kiçik fərqlə bu hədisi öz kitablarında yazmışlar) İndi düşünün bu iki şəxs necə Allahın yer üzündə xəlifəsi,höccəti,imamı ola bilərlər ? Bir haldaki Allahın ən üstün bəndələrindən  olan Xanım Zəhranı (s.ə) incidiblər.Xanım Zəhra (s.ə) öz əcəli ilə ölməyib o vilayətin ilk şəhididir Xanıma necə zülm  etmələrini bütün tarix kitablarında oxuya bilərsiz. 
Əhli sünnə:
"Düzdü bunları qəbul etdik Peyğəmbər (s) Əlinin xəlifə olmasını buyurmuşdu amma Əli çox cavan olduğundan xəlifəliyi ona verməyə razı olmadılar dedilərki  Əbubəkr qocadı qoy xəlifə o olsun
Əli (ə) şiəsi:
Əvvəla tarix kitablarında var necəki Əbubək xəlifə oldu atası buna məktub yazdı dedi "Axı Qədir xumda Peyğəmbər (s) Əlini (ə) öz xəlifəsi elan etdi niyə sən xəlifə oldun? Niyə Əlinin (ə)haqqını qəsb etdin?" Əbubəkr cavabında yazdıkı "Əli çox cavandı o xəlifə ola bilməz mən böyük və qoca olduğumdan mən xəlifə oldum " Atası yenə məktub yazaraq dedi " Onda qocalığa və böyüklüyə qalsa mən səndən daha böyük və qocayam." Allahın əmrindən niyə çıxırsız biz şiələrə çox zülümlər edilir amma yenə Allahın əmrinə zidd olan bir iş etmirik dinə bidət gətirmirik ölsək belə Əlinin (ə) haqq olmasını deyirik və Allahın əmrindən çıxmırıq.
Əhli sünnə:
Peyğəbərdən (s) buyurub " Şübhəsiz,əshabım ulduzlar kimidir, hansına iqtida etsəniz, hidayət olarsız"Bu hədisə əsasən hansı səhabəyə itaət etsək düz etmişik. Amma siz deyirsiz 3 xəlifəyə itaət etsək bidət etmişik Axı necə bu hədisi təkzib edirsiz?
Əli (ə) şiəsi:
 Bu hədisi sizdə başqa deyən yoxdur bu hədisin sənədidə yoxdur. Bu hədis uydurulma hədisdi və yalanlıqıda məntiq ilə subut edilir.  Bu hədis məntiqə sıqmır. Necə olurki Peyğəmbər (s) səhabələrinin içində ən üstününü bilmir ? Və ümmətin ixtiyarına verir ? Əgər Allahın Peyğəmbəri (s) üstünü seçə bilmirsə onda avam insan hardan  bilsin? Heç olmasa hədisi uyduranda " Əshabımdan bəzisi ulduzlar kimidir " desəydiniz yaxşı olardı.Sizin bu uydurma hədislərin çoxu Əbu Hüreyrədəndi bu şəxsində araşdırıblar yalançı olması subut edilib  İmam Əli (ə) Peyğəmbərin (s) yanında ola-ola gündə məsələn 5 hədis yazıbsa amma Hüreyrə gündə 10 hədis yazıb və hədislərinin çoxunda açıq aşkar yalançılıqıda görünür.
Əhli sünnə:
 "Əshabım ulduzlar kimidir"   hədisi yalandırsa,onda elə bir hədis deyinki o  hədisdə kimə iqtida edilməsi deyilmiş olsun .Belə  bir həds desəniz razılaşarıq.
Əli (ə) şiəsi:
Birincisi buna subut olaraq "Səqəleyn" hədisidir Sizin ən səhih bildiyiniz  aliminizdən olan Müslim ibn Həccac kitabı Səhihi-Müslümün 7 ci cildi səhvə 122 də  yazıb " Rəsulallah buyurub :"Şübhəsiz ki mən sizin aranızda iki dəyərli əmanət qoydum;Allahın kitabı və itrətim olan Əhli Beytim. Bu ikidi də Hovzun (Kövsər hovzu) başında mənə yetişənə qədər,əsla, bir-birlərindən ayrılmazlar. Kim onların ikisinə də bağlanarsa, şübhəsiz, xilas olar və kim üz çevirərsə, həlak olar. Onlara bağlı olduğunuz müddətdə, əsla, azmasınız."(bu hədisin 32 subutu var) İkincisi "Səfinə"hədisidir Yenə sizin aliminizin kitabı olan "Kifayətut-Talib"(əvvəlki bəhslərdə alimin adını yazmışam) yazılıb.Rəsulallah (s) buyurub "Şübhəsiz ki Əhli Beytimin sizin aranızdakı məsəli Nuhun gəmisinin məsəli kimidir. Kim ona minmişsə qurtulmuşdur, kim ondan uzaqlaşarsa,həlak olar"(bu hədisin 22 sənədi var) Bu hədislərdə Peyğəmbər (s) açıq bildirilirki (səhabər yox ) Əhli beytə iqtida etsəniz hidayət olarsınız.
Əhli sünnə:
Yaxşı Peyğəmbərin bu hədisinə nə deyirsiz "Əbubəkr və Ömər Cənnət qocalarının ağalarıdır" 
Əli (ə) şiəsi:
Əvvəla bu söylədiyiniz  hədis yalandır. Bu hədisləri  şiənin səhih olduğu hədislərə bax uydurublar. Sünni və şiə kitablarında varki Peyğəmbər (s) yanına  Əşcən qəbiləsindən olan yaşlı qadın gəldi.Peyğəmbər (s) sözhbət  əsnasında  buyurdu: "Yaşlılar cənnətə girməyəcəkdir" O qadın kədərlənərək "Ya Rəsulallah onda mən cənnətə girməyəcəm" deyib Həzrətin huzurundan ayrıldı.Rəsulalkah onun arxasıyca bu xəbəri göndərdi "Ona  söyləyinki o gün kimsə yaşlı olmayacaqdır. Çünki bütün yaşlılar gənc olaraq Cənnətə girəcəklər" Sonra bu ayəni oxudu "Şübhəsiz ki, Biz huri qadınlarıda gözəl biçimdə yaratdıq. Onları bakirə qızlar olaraq xəlq etdik. Ərlərini sevən həmyaşıdlar etdik"(Vaqiyə surəsi ayə 35-37.)  Bu hədisə və ayə əsasən siz söyləyən hədis yalandı Çünki Peyğəmbər (s) buyurub " Hər vaxt məndən rəvayət nəql etsələr,onu Quranla uzlaşdırın. Əgər uğun gələrsə qəbul, əks təqdirdə isə rədd edin" 
Əhli sünnə:
"Deyirsiz bu hədis şiənin səhih hədisinə görə uydurulub. Bu hansı hədisə görə uydurulub? 
Əli (ə) şiəsi:
Bu səhih hədislərimizdən biridir baxın bu hədisə görə uydurulub .  Peyğəmbər (s) buyurub: Həsən və Hüseyn  Cənnət cavanlarının ağalarıdırlar, ataları isə onlardan daha üstündür" 
Əhli sünnə:
Xahiş edirəm Əlinin açıq aşkar  haqq olması barədə hədis varsa buyurun deyin bilək
Əli (ə) şiəsi:
Sizin mötəbər bildiyiniz aliminiz və quran təfsirçiniz İmam Fəxri Razı kitabı "Təfsir"də yazıb Rəsulallah buyurdu "Əli haqq ilədir və haqq da Əliylə;Əli hardadırsa haqq da ordadır" ( bu hədisin 17 sənədi var) Biz Əlinin (ə) haqq olmasını,imam,xəlifə olmasını əvvəlki bəhslərdə açıq aydın subut etdik və bu axırıcı hədislə tamamilə haqq olması subuta yetirildi.
Əhli sünnə:
 Sizlər imamlara təvəssül   edərək Allaha şərk qoşursuz  təvəssüldə imamlarınızdan hacət istəyirsiz axı bu bidətdi
Əli (ə) şiəsi:
Təvəssül barəsində Quran da  Madə surəsi  ayə 35 də Allah buyuurur " Ey insanlar, Allahdan qorxub çəkinin və (sizi) ona (yaxınlaşdıracaq) vəsilə axtarın" Biz şiələr " Ali Mühəmməd (ə)  tək başına özləri həll edirlər " demirik. Əksinə Onları Allahhın saleh qulları bilir və Allahın feyzinə yetişmək üçün bir vasitə olaraq qəbul edirik. Bizim onları vəsilə olaraq qəbul etməyimiz Rəsuallahın (s) əmrinə görədir.
Əhli sünnə:
Rəsulallah (s) harda onları (əhli beyti) vəsilə etməyi əmr etmişdir? Bu ayənin Ali Mühəmmədə aid olmasını hardan söyləyirsiz? 
Əli (ə) şiəsi:
Vəsilədə məqsəd Peyğəmbərin (s) Əhli beytidir (ə). Buna subutum sizin aliminiz Hafiz Əbu Nəim İsfahaninin "Nüzulul-Quran fi Əliyyin"(Əli (ə) haqqında nazil olan ayələr) əsərində yazıbki bu ayədə vəsilə məqsəd Peyğəmərin Əhli beytidir. (3 böyük sünnü aliminin kitabında var ) Yenə insaflı olan haqqı birazda olsa kitabında qeyd edən sizin böyük aliminiz İbn Əbil Hədid Mötəzili "Şərhi Nəhcül bəlağə" adlı əsərinnin 4 ci cildinin 79 səhfəsində Fatimə (s.ə) xütbəsində bu ayəyə dəlil olaraq bir cümləni göstərir.Bu xütbənin əvvəlində Xanım belə buyurur " Göylərdə və yerlərdə nə varsa, əzəməti və nuru üçün ibadət edilən Allaha həmd edirəm. Bütün vəsilələrin hədəfi Odur və Onun insanlar arasında vəsiləsi bizik." (Və bundan əvvəlki bəhslərə diqqət edin orda "Səqəleyn" və "Səfinə" hədisləridə Təvəssülündə subutudur.
Əhli sünnə:
Siz şiələr İmamların qəbirlərinə ziyarətə gedəndə onlara namaz qılırsız sonra dua edirsiz bu axı bidətdir namaz dua ancaq Allaha olmalıdır.Buna əsasən kafir sayılırsınız.
Əli (ə) şiəsi:
Xahiş edirəm həqiqəti  bilmədiyiniz halda biz şiələrə kafir deməyin bunu hesabını qiyamətdə necə verəcəksiniz? Bizlər qəbrə namaz qılmırıq sadəcə insan istədiyi şəxsi ziyarət edəndə ona ən çox sevdiyi şeyi hədiyyə edər. Bizdə həm özümüzün, həmdə Əhli beytin ən çox sevdiyi namazı hədiyyə edirik. Qəbirlərinin qıraqında durub hədiyyə namazı qılırıq.Duada isə biz əvvəlki bəhsdə dedik Əhli beytə təvəssül edirik və Allaha dua edirik məsələn Təvəssül duamızda deyilir " Ey Allahın yaradılmışlar üçün olan Höccəti " Belə xitab edərək bir bir onların adını deyib təvəssül edirik və sonda bu sözləri deyirik "Sizin vəsilənizlə Allahdan şəfaət istəyirik və deyirik ki, sizlər Allahın yanında etibarlı olan insanlarsız,Allahın yanında mənim heç etibarım olmadığına görə şəfaət edin..." Xahiş edirəm diqqətlə oxuyun axı burda biz Allaha şərik qoşmuruq sadəcə 14 məsumu  vasitəçi edirik .
Əhli sünnə:
Sizlər həmişə yanınızda büt gəzdirirsiz yəni möhür axı bu möhrə nəyə əsasən səcdə edirsiz?
Əli (ə) şiəsi:
Birincisi biz quran ayəsinə görə möhrə səcdə edirik (ayə uzun olduğundan bir hissəsini deyirəm.) Quranın Fəth surəsi ayə 29 Allah  buyurub :" Muhəmməd (əleyhissəlam) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (mö´minlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir. (Qiyamət günü onlar üzlərindəki mö´minlik nuru alınlarındakı möhür yeri ilə tanınırlar)..." İkincisi Sizin kitabınız " Səhih Müslim" 1ci cildi səhfə 317 də yazılıb. Peyğəmbərimiz (s) buyurub: "Yer mənə səcdəgah və pakedici kimi müəyyən edilmişdir." Üçüncüsü Peyğəmbərin (s) dövründə məscidlərin yeri torpaq olurdu və ona  səcdə edirdilər və sonra cənamazın içinə bir ovuc torpaq etdilər və sonradan məscidlərə xalça sərildiyindən torpaq möhür halına salındı.Bunlara əsasən biz möhrə səcdə edirik. İndi biz sizə sual verməliyik ki hansı ayəyə görə,hansı hədisə görə  xalçaya səcdə edirsiz ? 
Əhli sünnə:
Siz şiələr deyirsiz Cəbrail əhdə vəfa etmədi vəhi Əliyə gətirməli idi Peyğəmbərə gətirdi.Ancaq Allah Əliyə Peyğəmbərliyi göndermişdi. Buna görə Namazın axırıncı salamdan sonra 3 dəfə əllərinizi qulaqınıza qaldırıb deyirsiz "Cəbrail əhdə vəfa etmədi"
Əli (ə)  şiəsi:
Birincisi bu bizə atılan ən böyük iftiradı bunu sizin alimləriniz biz şiələrin adından deyillərki bizi gözdən salsınlar. Unutmayın Allah ucatdıqı şəxləri heç kəs alçalda bilməz.Sizlər şiələrin dilindən birdəfə olsun bu sözü eşitmisiz? Əlbətdə eşitməmisiz və eşidədə bilməzsiz İkincisi heç bir şiə alimi bunu kitabında qeyd etməyib necə biz sizə öz mənbələrinizdən subutlar deyirik sizdə bizə birdənə olsun kitabımızdan subut göstərin bizdə razı olaq . (Göstərə bilməzsiniz çünki heç bir şiə alimi bu sözü deməyib) Bizlər namazın axırıncı salamından sonra 3 dəfə Əllahu əkbər deyirik buda müstəhəbb əməldir buna görə Əllahu əkbər deyirik.
Gördüyünüz kimi şiəliyin haqq olması bir daha sübut edildi. Haqqı bilə-bilə qəbul etməyənlər ən böyük təəssüb (inadkarlıq) xəstəsidirlər...  Bu suallar və cavabların bəziləri şiənin fəxri olan ən böyük sübutlar olan " Pişavər gecələri" adlı kitabın 1-ci və 2-ci cildinə aiddir. İn şa Allah Allah kömək etsə, vaxt da olsa bu kitabla daha yaxından tanış olmaq üçün bu kitab haqqında sizlərə xəbər hazırlayacam. Bu kitabı oxumağı hər bir kəsə tövsiyə edirəm. Unutmayın, hər zaman bir kəsi şiəliyə dəvət edəndə təhqir etməyin, ən gözəl şəkildə mülaimliklə haqqı sübut edərək dəvət edin. Biz Əli (ə) şiəsiyik Əliyə (ə) özümüzü bənzətməliyik və onun əxlaqın normalarından qırağa çıxmamalıyıq. O cümlədən heç zaman heç kəsi təhqir etməyin. Allah hər birimizi həqiqi Əli (ə) şiələrindən qərar versin! Dillə deyil, əməllə bunu göstərmiş olaq in şa Allah. Başqa nə şübhəniz və nə sualınnız olsa şərhdə yazın inşaAllah cavablandırılacaq. Xəbərimi axıra kimi oxuduğunuz üçün təşəkkür edirəm, Allah razı olsun! Sonda şiəlik üstə əsirlikdə olan bütün bacı qardaşlarımızın tezliklə azad olmasından ötəri və haqqı bərqərar edəcək imam Zaman (ə.f.)-ın zühurunun acil olması üçün  Muhəmməd və ali Muhəmmədə 3 dəfə salavat  zikr edək:
 

Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd
Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd
Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd


 
 
Bölmə: Şübhələr
Şərhlər: 3
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Aşiqi Rüqəyya | Status: İstifadəçi Offline | 25 Mart 2016 20:48 | İstifadəçi | Şərh yazdı
Qeyd: Bütün xəbərlərimi dəyişdirməmək şərti ilə hər kəslə paylaşmanızı halal edirəm. Yaxşı işlərə, hidayətə vəsilə olun...


--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Gence300 | Status: İstifadəçi Offline | 25 Mart 2016 18:33 | İstifadəçi | Şərh yazdı
Çox sağ ol bacı.mən bu yazını qardaşlarla paylaşdım haqqını halal elə
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Zəhra kənizi | Status: İstifadəçi Offline | 4 Kasım 2015 23:01 | İstifadəçi | Şərh yazdı
Allah razı olsun bacı çox gözəl məqalə idi yazan əllərin var olsun Allah sizi Əhli beytndən ayrı salmasın amin Əllahummə səlli əla Mühəmməd və ali Mühəmməd və əccil fərəcəhum 

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.