» » Əli (ə) şiəsi ilə ateistin bəhsi (hissə 1)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6736

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6720

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 2

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2025    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Əli (ə) şiəsi ilə ateistin bəhsi (hissə 1)
    +5
    Müəllif: Aşiqi Rüqəyya | 8-04-2016, 18:50 | Baxılıb: 3 175

    Allahın salamı və rəhməti üzərinizə olsun. Son zamanlar Ateistlik (Allahı inkar edən) məktəblərdə, unveristetlərdə çox yayılıb. Hətta bəzi şiə bacılar və qardaşlar da Ateistlərin sözlərinin təsiri altına düşüb ateist olublar. Mən bunun dəfələrlə şahidi olmuşam, mənim dostum da bu sözlərin təsirinə düşmüşdü. Şükür Allaha gec olmamış səhvini bilib hidayət oldu. Səhv yola düşənlərin səbəbi budur ki, zəif elmlidirlər, başqa məzhəblərə yenə Quranla cavab vermək olur, amma bunlara Quranla subut edəndə onlar deyir: Quran təhrif olunub. Əksinə Quran təhrif olunmayıb, biz bundan öncəki xəbərimizdə subut etmişdik ki Quran təhrif olunmayıb. (Növbəti bəhslərdə buna geniş cavab veriləcək) Bu səhv düşüncələri şeytan qulu olan kəslər yayır ki, cəmiyət də səhv, məntiqsiz düşüncələrə sahib olsunlar. Gərək insan haqq yolu (şiəliyi) tanıyıb, bilsin və nə qədər səhv düşüncəli insanlarla qarşılaşdıqda  onlara haqlılığı sübut etsinlər. Bəzi insanlar bilmədiyi halda belə səhv düşüncəli insanlarla qarşılaşdıqda öz məzhəbin subut edə bilmir və qarşı tərəfin təsiri altına düşür. Mən bəhs etməyin qaydasını, kimlər bəhs edə bilər, kimlər bəhs edə bilməz bu haqda "Əli (ə) şiəsi ilə Əhli sünnənin dialoqu 1-ci hissəsin "də məlumat verdiyim üçün artıq indi onları yazmıram. Bu dialoq xəbərimi "Allahsızla Mübahisə"  adlı kitaba əsasən hazırlayıram. Bu xəbərim təxmini 16 ya da 17 hissədən ibarət olacaq. Hər hissədə bir suala geniş cavab veriləcək inşallah.  Allahım səni and verirəm Əlinin (ə) məzlumiyyətinə kömək ol bu xəbərləri hazırlayım bir daha haqqı isbat edək inşallah. Bu xəbərimi gənc oxucuları yormamaq üçün çox sadə üsulda, elmi terminlərdən istifadə etmədən hazırlayıram.  Bu xəbərlərimin təsirli alınmasından ötrü və hidayətlərə vəsilə olmağımızdan ötəri Muhəmməd və ali Muhəmmədə salavat zikr edək.
    Əllahummə salli əla Muhəmməd və ali Muhəmməd...
     Əli (ə) şiəsi ilə ateistin bəhsi (1 hissə)  

    Ateist :
    Siz təsdiq edirsiniz ki, Allah mövcuddur və deyirsiz ki, hər şeyin yaradıcısı olduğu kimi bizi də yaradan var. Məsələn deyirsiz rəsm varsa, demək rəssam vardır siz belə sübutlarla əsaslanıdırırsız. Deyirsiz Allah yaradıcıdır bunu qəbul edirik. Lakin belə məntiqi suallar olur, Allahın özünü kim törədib? Siz haqqında danışdığınız Allahı kim yaradıb? Bu məsələ haqqında sizin fikriniz nədir və bu suallara sübut kimi hansı dəlilləri gətirə bilərsiz ?
     
    Əli (ə) şiəsi:

    Hər bir məlumatın öz ixtiraçısı var, hər bir xilqətin öz yaradıcısı var və hər canlı vücudun öz yaradanı vardır. Əgər bir parça görürüksə, bu o deməkdir ki, onu toxuyan toxucu var. Rəsmin olması göstərir ki, onu çəkən rəssam var, əgər biz hətta müəllifi məlum olmayan heykəl və ya başqa incəsənət əsəri görürüksə biz demirik ki, onlar öz-özünə yaranmışlar. Zərgər bəzəkləri onu göstərir ki, onları düzəldən zərgər var.
    Məntiqi qanunauyğunluğa görə kainatı, onu yaradan qadir Allahın mövcudluğuna ən qüvvətli sübutdur.
    Deyirsiz Allahı kim törədib və ya kim yaradıb? və s. bunlar mənasız suallardı. Siz razılaşırsız Allah yaradıcıdır sonra deyirsiz onu kim yaradıb? Siz onu eyni vaxta həm Yaradıcı, həm də Yaradılan kimi göstərirsiniz. Bu isə ziddiyyətli və bir araya sığmazdır. Sizin sualınızın mənasızlığının ikinci bir tərəfi isə ondan ibarətdir ki, sən istəyirsən Yaradıcını onun Özü yaratdığı qanunlara tabe edəsən.
    Məntiqin qanunu-Bizim qanunumuzdur, insanların, zamanın və məkanın qanunudur.
    Zaman və məkanı yaradan Allah onlardan yuxarıda dayanmalıdır, yəni O, zaman və makan qanunlarına tabe olmamalıdır. Onu zaman, məkan və onların qanunlarına bağlı təsəvvür etmək mümkün deyil. Səbəb qanunları yaradan Allahı bu qanunların tabeliyində hesab etmək olmaz. 
    Sizin mülahizəniz yay üzərində hərəkət edən oyuncaq mülahizəsinə bənzəyir.
    Belə oyuncaq hesab edir ki, onu yaradan insanlar da onun kimi yay köməyilə hərəkət etməlidirlər. Əgər ona desələr ki, insanlar sərbəst hərəkət edir, o, onu əhatə edən bütün varlıqların yay üzərində hərəkət etməsini təsəvvür etdiyindən cavab verər ki, heç bir şeyin sərbəst hərəkəti mümkün deyil.
    Siz belə oyuncaqa bənzəyirsiz. Siz Allahın öz-özlüyündə yaradıcısız mövcudluğunu, ancaq ona görə təsəvvür edə bilmirsiz ki, sizi əhatə edən  hər bir şeyin Yaradıcıya ehtiyacı vardır.
    Dahi alman filosofu İmmanul Kant öz " Təmiz zəkanın tənqidi" kitabında deyir ki, əslində insan zəkası sonsuz dairəli bütün biliklərə yiyələnməyə qadir deyil. Həqiqətən ağıl cisim və hadisələri qismən dərk etmək üçün yaradılmışdır. O, Allahın mövcudluğu kimi hər şeyi əhatə edən bir anlayışı dərk etməkdə gücsüzdür.
    Lakin biz Allahı dərrakəmizlə deyil, mənəviyyatımızla dərk edirik.
    Susuzluq suyun mövcudluğunu sübut etdiyi kimi, bizim ədalətə can atmağımız da ədalətin mövcudluğuna bir dəlildir. Ədalət yer üzərində yoxdur, o qalib gəlməlidir, bu da ki ancaq o dünyada Ədalət məhkəməsi oladuqda mümkündür.
    Sufi alim İbn-Ərəbi "Yaradıcını kim yaradıb" sualını inkar edərək demişdir ki, belə sual ancaq zəif ağıllı adamlarda yarana bilər. Hər bir şeyin mövcudluğuna dəlil Allahdır bu mövcudluğu da Allahın mövcudluğuna sübut axtarmaq olmaz.
    "İşıqdır" demək, o demək deyil ki gündüzdür. Bu sadəlövlük olardı. Lakin biz desək ki, "gündüzdür" buradan aydın olur ki,"işıqdır"
    Öz kəlamında Allah buyurmuşdur: Mən dəlili Özüm yaradıram, Mənim Özümə isə dəlil yoxdur.
    Bu o deməkdir ki, bizim yer kürəsinin, günəşin, ayın mövcudluğu Allahın mövcudluğuna dəlildir. Allah elə bir dəlildir ki, ona heç bir sübut lazım deyil, çünki bu öz-özlüyündə reallıqdır və O, yer üzərində hər bir şeyə sübutdur.
    Kainatın sərt və möhkəm nizamında , təbiətin pozulma qanunlarında, dünyanın gözəlliyində, bizi əhatə edənlərdən heç bir şeyin təkrar olunmasında - həyatın gözəlliklərində, ağacların yarpaqlarında, tovuz quşunun lələklərində, kəpənəklərin qanadlarında, güllərin ətrində, bülbülün nəğməsində, şimşək parıltısında, küləyin səsində, insanların mühakimə və əməllərində ulduzların və kainatın qarışıqlı əlaqəsində - kainat adlanan bütün bu gözəl, dahiyanə simfoniyada Allahın mövcudluğu görünür.
    Quran bizi belə mübahisələrdən qısa aydın və inandırıcı ayələrlə qoruyur:

    " De ki: O Allah birdir, Allah möhtac deyildir. O əzəli və əbədidir. O nə doğmuş, nə də doğulmuşdur. Onun heç bir tayı və bərabəri yoxdur." ( İxlas surəsi 112 surə)
     
    Biz şiə olduğumuza görə axır sözü imamlarımızın hədisləri ilə bitirirəm. Bir nəfər İmam Sadiqə (ə) yaxınlaşdı və dedi: Allahın varlığını necə isbat etmək olar. Mən ümumiyyətlə Allaha inanmıram. İmam (ə) qənaətbəxş bir cavab verdi. İmam buyurdu: "Mənim varlığım Allahın var olmasına dəlildir. Çünki mən mövcudam Allah mütləq şəkildə mövcuddur." O şəxs dedi: Bu axı necə olur? İmam (ə) buyurud: "Ya mən öz-özümü yaratmışam, yəni mən mövcud idim və özümü (sonra) yaratdım. Bu ki, məntiqə ziddir, çünki əgər mən mövcud idimsə, o zaman nə üçün özümü (yenidən) yaratmalı idim? Axı mən artıq mövcud idim. Yaxud mən ümumiyyətlə mövcud deyildim və mövcud olmaya-olmaya mən özümü yaratdım! Yəni yoxluq, varlığa (yaranmağa) səbəb oldu ki, buda məntiqə ziddir." O şəxs dedi mən səhv edirmişəm (yanılmışam) və çıxıb getdi.
     
    İnşallah 2-ci hissədə bu suala cavab verəcəyik. 
    Niyə siz təsdiq edirsiniz ki, Allah birdir? Niyə Allahlar çox ola bilməz? Belə olduqda onlar arasında vəzifələri bölüşdürmək olardı-biri insanların allahı, o biri heyvanların allahı, üçüncüsü günəşin allahı və s.?
    Hər kimin sualı olsa şərhdə yazsın inşallah cavablandırılacaq.

     
    Qeyd: Bütün xəbərlərimi dəyişdirməmək şərti ilə hər kəslə paylaşmanızı halal edirəm. Yaxşı işlərə, hidayətə vəsilə olun...

     
     
    Bölmə: Şübhələr
    Şərhlər: 5
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Zəhra kənizi | Status: İstifadəçi Offline | 8 Nisan 2016 11:54 | İstifadəçi | Şərh yazdı
    Allah razı olsun bacı çox gözəl məqalə idi mən yenədə həmişəki kimi sənə yalnız əhsən əhsən əhsən demək istəyirəm çox dəyərli və gözəl xəbər idi Allah elmini artırsın Allah dünya və axirətdə Əhli-beyt (ə)-la məşhur eləsin səni amin ƏLLAHUMMƏ SƏLLİ ƏLA MUHƏMMƏD VƏ ALİ MUHƏMMƏD VƏ ƏCCİL FƏRƏCCƏHUM 

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 8 Nisan 2016 07:31 | Sayt nəzarətçisi | Şərh yazdı
    Ellerin var olsun baci cox xosuma geldi xeberin insAllah oxuyub bizde oyrenerik  sayende davami olsun 

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: ƏLİNİN NÖKƏRİ | Status: İstifadəçi Offline | 8 Nisan 2016 07:08 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN BACIM
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Muxtar davamçisi | Status: İstifadəçi Offline | 7 Nisan 2016 22:50 | İstifadəçi | Şərh yazdı
    ALLAH razi olsun!INŞƏALLAH mənim dostum da səhvini bilib hidayət olar,Yanlış və məntiqsiz fikirlərdən əl çəkər!AMİN!!!!!

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: ya_Fatime | Status: İstifadəçi Offline | 7 Nisan 2016 20:37 | Redaktor | Şərh yazdı
    ALLAH Razı olsun bacı,həqiqətən bu tip xəbərlər hazırlamağın təqdirəlayiqdi,əhsən sənə,çox adama kömək etmiş olursan,ALLAH qəbul etsin!

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.