» » Namazda əllərin bağlı olmaması barədə dəlil


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Namazda əllərin bağlı olmaması barədə dəlil
+5
Müəllif: Admin | 24-01-2016, 19:00 | Baxılıb: 3 307
 
 Namazda əllərin bağlı olmaması barədə dəlil

Sual :Namazda əllərin bağlanmasının caiz olmadığı haqqında əhli-sünnə kitablarında bir dəlil varmı? Varsa xahiş edirəm bir neçəsini qeyd edəsiniz. 

Bismillahir-rəhmanır-rəhim 

 

Əhli-beytdən (ə) nəql olunan hədislərə əsasən, əli bağlı namaz qılmaq batildir. Əhli-sünnə məzhəbində isə bu vacib deyil, icazəli sayılır. Maliki məzhəbinin banisi olan Malik ibn Ənəs və maliki alimlərinin nəzəri digər əhli-sünnə məzhəblərinin nəzəri ilə müxalifdir. Onlar hətta vacibi namazlarda əli bağlı (təkəttof halında) namaz qılmağı müstəhəbb belə bilmirlər. 
Əhli-sünnə məzhəbləri alimləri əli bağlı namaz qılmağın keyfiyyətində nəzərləri ixtilaflıdır.
Əhli-sünnənin namazı əli bağlı qılmasına ən mühüm dəlil Buxarinin nəql etdiyi rəvayətdir ki, Əbi Hazem, Səhl ibn Səddən belə nəql edir: Camaat əmr edirdilər ki, namaz qılan şəxs namaz qılarkən sağ əlini sol dirsəyinin üzərinə qoysun. (Səhih Buxari kitabı, 1-ci cild, səh. 181, hədis-740. Kitabul-əzan, bab 87-vəzul yumna ələl-yusra). Bu rəvayətdə aydın bildirir ki, (الناس يؤمرون) yəni camaat əmr edirlər. Demir ki, Peyğəmbər (s) əmr etdi ki, sağ əli sol əlin üzərinə qoysun. Eləcə də məlum deyildir ki, kim bu əmri etmişdir.
Əhli-beytdən (ə) yetişən rəvayətlərə əsasən əlləri bağlayıb namaz qılmaq caiz deyil və əlibağlı namaz qılmağı qadağan etmişlər.
Zürarənin həzrət İmam Baqirdən (ə) nəql etdiyi "həsən” sənədli hədisdə belə deyilir: "لا تُكَفِّر فإنما يصنع ذلك المجوس” Həzrət İmam Baqir (ə) buyurdu: Təkfir (əlləri namaz qılarkən bir-birinin üstünə qoymaq) etmə, belə ki, təkfir etmək məcusun işidir. (Mənbə: Vəsailuş-Şiə, 7-ci cild, səh. 266, hədis 9297; Əl-Kafi, 3-cü cild, səh. 336, hədis 9)
Həmçinin, Muhəmməd ibn Muslim həzrət İmam Baqir (ə) belə nəql etmişdir: İmama (ə) dedim: Bir nəfər namaz qılarkən sağ əlini sol əlinin üstünə qoyur. Həzrət buyurdu: Bu təkfirdir, bunu etmə. (Vəsailuş-Şiə, 7-ci cild, səh. 265, hədis 9295; Ət-Təhzib 2-ci cild, səh. 84, hədis 310)
Əhli-beyt (ə) məktəbi alimləri hamılıqla namaz əsnasında əlləri bağlamağı haram və namazı batil edən səbəblərdən saymışlar. Çünki bu əməl bid`ətdir, eləcə də Allah taalanın əmrinə və Peyğəmbərin (s) namaz qılmaq tərzilə müxalifdir. Belə ki, Peyğəmbər (s) əlləri açıq surətdə namaz qılmışdır.
Peyğəmbərin (s) əlləri açıq surətdə namaz qılmasının dəlili, şiə mənbələrindən əlavə əhli-sünnənin bir çox mötəbər rəvayətləri də bu məsələ ilə bağlı nəql edilmişdir. Burada, əhli-sünnə mənbəlrində Peyğəmbərin (s) namazını təsvir edən rəvayətlərin ən mötəbərlərindən birinə işarə edirik:
Muhəmməd ibn Ömər və İbn Əta rəvayət etmişlər ki, Əbu Həmid (Humeyd) Saedi deyir: Mən həzrət Rəsulullahın (s) necə namaz qılmasına hamınızdan daha çox agaham. Ona dedilər: Həzrətin necə namaz qılmasını bəyan et. O dedi: Həzrət Rəsulullah (s) namaza durduğu zaman iki əllərini yuxarı, qulaqlarının bərabərində qaldırıb sonra təkbir deyərdi. Bütün bədən üzvləri hər biri öz yerində qərar tutduqdan sonra "Həmd” və surəni qiraət edərdi. Sonra təkbir deyib iki əlini qulaqları səviyyəsində yuxarı qaldırar və sonra ruku edib iki əlinin içini dizlərinə qoyar və sakit halda başını bir qədər yuxarı tutar və çox aşağı salmadan deyərdi: "Allah Onu mədh edən kəsin səsini eşitdi.” Sonra iki əlini yuxarı qulaqları həddinə qaldırıb: Allahu Əkbər deyər və torpağa əyilər (səcdə edər) və iki əlinin içini öz kənarında yerə qoyardı. Sonra başını qaldırıb sol ayağının üstünə oturardı. Səcdə etdiyi zaman ayaq barmaqlarını açar (yerə qoyar) səcdə edərdi. Sonra Allahu Əkbər deyər başını qaldırar və sol ayağı üstə oturardı, belə ki, bütün bədən üzvləri öz yerində sakin qərar tutardı. Sonra ikinci rükəti də həmçinin, bu tərzdə təkrar edərdi.
(Orada olanlar) Dedilər: Doğru dedin, Rəsulullah sallallahu əleyhi və alih elə bu cür namaz qılardı...
Bu hədisi əhli-sünnə alimləri öz mötəbər dini mənbələrində, o cümlədən, imam Malik özünün "Məvəttə`” kitabında və Əbu Davud da nəql etmişdir. Termizi bu hədisi belə həsən və səhih kimi qiymətləndirmişdir. 

Mənbə: Qum Elmi Hövzəsi

 



 
 
Bölmə: Şübhələr
Şərhlər: 4
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 24 Ocak 2016 22:03 | İstifadəçi | Şərh yazdı
Allah razi  olsun qardas cox gozel aciglamadir ,paylasmaga deyer Allah qebul etsin amin

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 24 Ocak 2016 20:04 | İstifadəçi | Şərh yazdı
Allah razi olsun qardaw Allah bizleri Peyqemberin davamcilarindan qerar versin Amin

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 24 Ocak 2016 19:51 | Sayt nəzarətçisi | Şərh yazdı
COX SAGOLUN QARDAS VAR OLUN SAYENIZDE HER MESELEDEN AGAH OLURUQ 

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Ali Ragimov | Status: İstifadəçi Offline | 24 Ocak 2016 19:21 | Sayt nəzarətçisi | Şərh yazdı

ALLAH RAZI OLSUN

COX GOZEL XEBERDIR ALLAH KOMEYINIZ OLSUN

Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.