Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
''Siğə'' nədir?
''Siğə'' İslam aləmində müvəqqəti evlənmək deməkdir. İnsanlar öz tələbatlarını siğə etməklə ödəyə bilərlər. Əlbəttə ki, siğə etmək şəriətdə müəyyən olunmuş qaydalara və qanunlara əsasən olmalıdır. Biz sizə siğə qaydaları haqqında yox, sadəcə onun icazəsi barədə məlumat verəcəyik, daha dəqiq desək siğənin dini əsasları haqqında bilgilər söyləyəcəyik. (Siğə qaydaları ilə maraqlananlar isə şiə alimlərinin risalələrinə müraciət edə bilərlər.)
Siğə barədə olan Quran ayəsi və hədislərdən aydın olur ki, siğənin şəriətə uyğun olmasında heç bir şübhə yeri yoxdur. Qurani-Şərifdə, ''Nisa'' surəsinin 24-cü ayəsində siğənin düzgün olmasını sübut edən dəlil vardır. ''İstifadə (yaxınlıq) etdiyiniz qadınların haqlarını lazımi qaydada verin.'' Bu ayənin müvəqqəti evlənmə (siğə) haqqında nazil olması barədə məşhur sünnü alimləri öz təfsir kitablarında yazmışlar.
Əbu Cəfər Məhəmməd ibni Cərir Təbəri öz təfsirində Sədi, Mücahid və ibni Abbasdan nəql edir ki, ''Nisa'' surəsi 24-cü ayə müvəqqəti evlənmə barəsində nazil olmuşdur. Həmçinin məşhur Əhli-sünnə alimi Süyuti ''Əd-durrul-mənsur'' (c. 2, səh.140) kitabında bu haqda qeyd etmişdir. Müvəqqəti evlənmə barədə nazil olan ayə haqqında və Peyğəmbər(s)-in dövründə müvəqqəti evlənmənin olması haqqında başqa Əhli-sünnə alimlərinin kitablarına da müraciət edə bilərsiniz, ''Səhihi Buxari'', ''Müsnədi Əhməd'', ''Sünnəni Beyhəqi'' c. 7, səh.306, ''Təfsiri Təbəri'' c. 5, səh.9, ''Səhihi Müslüm'' c. 1, səh.395, ''Təfsiri Fəxri Razi'' c. 3, səh.201.
Müslüm ibni Həccac Cabir ibni Abdullahın və Səlamət ibni Əkunun belə buyurduqlarını nəql edir: ''Allahın Peyğəmbəri sizə istimtanın (müvəqqəti evlənməyin) icazəsini verdi, yəni müvəqqəti evlənməni inayət etdi.'' Peyğəmbərin carçısı bizim yanımıza gəlib dedi: ''Allahın Peyğəmbəri sizə istimtanın yəni müvəqqəti evlənməyin icazəsini verdi.'' (''Səhihi Müslüm'' c. 4, səh.130, Misir çapı) Bu ayə və hədislər Peyğəmbərin(s) vaxtında siğənin olmasını sübut edir və bizə aydın olur ki, həqiqətən də Peyğəmbər(s)-in zamanında müvəqqəti evlənmə var idi. Görəsən sonradan nə baş verdi ki, müvəqqəti evlənmə ixtilaflı məsələyə çevrildi və bir çox məzhəblər indi də bunu qəbul etmirlər. Gəlin yenə də Əhli-sünnə alimlərinin kitablarına müraciət edək. Müslüm ibni Həccac yazır ki, İbni Abbas və İbni Zübeyr, qadınları siğə etmək və həcc mütəsi (Həccidə Ömrə və Həcc əməlləri arasında insanın öz halalı ilə (istər müvəqqti, istərsədə daimi kəbindən olan əhli-əyalı ilə) yaxınlıq etməsi) barədə ixtilaf etdilər. Cabir ibni Abdullah bunları görüb dedi: ''Biz Peyğəmbəri Əkrəmin sağlığında onların hər ikisinə əməl edirdik. Amma sonra Ömər bizə o iki şeyi qadağan etdi və ondan sonra daha biz ona əməl etmədik.'' (''Səhihi Müslüm'' c. 1, səh.395, Misir çapı) (''Sünnəni Beyhəqi'' c. 7 səh.206) ''Əgər Ömər müvəqqəti evlənməyi qadağan etməsəydi, bədbəxt və yaramaz insanlardan başqa heç kəs zina etməzdi.'' (''Əd-dürrul-mənsur'' c. 2 səh.140)
Əli ibni Quşçi isə yazır ki, Ömər ibni Xəttab minbərə çıxıb belə dedi: ''Ey camaat, üç şey vardır ki, Peyğəmbər(s) zamanında var idi, mən onları qadağan edirəm. Onlar qadınlarla müvəqqəti evlənmə, həcc mütəsi və azanda ''həyya əla xəyril-əməl''dən ibarətdir.'' Belə hədislər həddindən artıq çoxdur. Maraqlanmaq istəyənlər Əhli-sünnə kitabları olan ''Müsnədi Əhməd'' (c. 3 səh. 356 və 363), ''Zadul-məad'' (c. 1 səh.444), ''Səhihi Müslüm'' (c. 1 səh.395) və ''Sünəni Beyhəqi'' kitablarına müraciət edə bilərlər.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |