» » » 6-cı dərs


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    6-cı dərs
    +5
    Müəllif: Yusifi Zehra | 25-09-2015, 11:00 | Baxılıb: 1 091
     
    6-cı dərs
     
    Quranın nazil olması və besət
     
    Bildiyimiz kimi Həzrət Peyğəmbər (s) miladi tarixi ilə 610 – 611-ci illərdə, 40 yaşında Məkkə şəhərində peyğəmbərliyə təyin edildi. Onu da bilirik ki, Həzrət Peyğəmbərə (ə) ilk nazil olan ayə "Ələq” surəsinin ayələrindən idi. Həzrət Peyğəmbərə (s) ilk ayələr Həra mağarasında nazil oldu. Bu məsələdə bütün müsəlmanlar müttəfiqdirlər. Amma bu məsələnin hansı zamanda baş verməsi ixtilaflıdır. Şiələr çoxlu mötəbər rəvayətlərə əsaslanaraq bu hadisənin rəcəb ayının 27-də baş verdiyini qeyd edirlər. Bu barədə olan hədislər Peyğəmbərin (s) ƏhliBeytinin vasitəsi ilə nazil olub. Onlar Peyğəmbərə (s) yaxın olduğu üçün hamıdan yaxşısını bilmələri şübhəsizdir.
    Şeyx Tusi "Əmali” kitabında İmam Sadiq (ə)- dan nəql edərək yazır: "İyirmi yeddi rəcəbdə peyğəmbər (s) seçilibdir. Kim bu günü oruc tutsa, altmış ay oruc tutanın əcrini qazanır”.
    Bundan başqa da Əimmədən (a) (imamlar – red.) çoxlu rəvayətlər vardır ki, onlar da besətin (Peyğəmbərin (s) təyin edilməsinin – red.) rəcəb ayının 27-də olduğunu bəyan edir. Bir sıra mötəbər hədislər Quranın rəcəb ayının 27-də nazil olduğunun bildirir. Bundan əlavə rəvayətlər də vardır ki, Quran 20 il müddətinə nazil olmuşdur.
    Quranın bəzi ayələrində isə onun ramazan ayında, Qədr gecəsində nazil olduğu bildirilir. Məsələn "Bəqərə” surəsinin 185-ci ayəsində belə buyurulur: "Ramazan ayı bir aydır ki, Quran bu ayda nazil olubdur”.
    شهر رمضان الذى انزل فيه القران
    "Duxan” surəsinin 3-cü ayəsində belə buyurulur: "Biz onu (Quranı) mübarək bir gecədə nazil etdik”.
    انا انزلناه فى ليلة مباركة
    "Qədr” surəsinin 1-ci ayəsində belə qeyd edilir : "Biz onu (Quranı) Qədr gecəsində nazil etdik”.
    انا انزلناه فى ليلة القدر
    Bu mötəbər hədislər və bu Quran ayələri birbiri ilə uzlaşanda hansı nəticə meydana çıxır, necə izah olunur?
    Həmən nəticə və izahı aydınlaşdırmaq üçün bir məsələdən xəbərdar olmaq lazımdır. O da Quranın nazil olmasının iki cür olmasını bilməkdir. Bəli, Quranın nuzulu iki formada olubdur:
    1. Nuzuli dəfi
    2. Nuzuli tədrici
     
     Nuzuli-dəfi
     
    Bir çox şiə və sünnü rəvayətlərinin təkidinə əsasən Quranın nazil olması iki formada olubdur. Onlardan biri nuzuli dəfidir.
    Cəlaləddin Suyuti yazır "Qurani-Kərimin nazil olmasında üç nəzər vardır: Birinci nəzər – Quran bütöv şəkildə Qədr gecəsində dünya göyünə nazil olub, sonra tədriclə 20 il, ya 23 il müddətində Peyğəmbərə (s) nazil olubdur.
    Səd ibni Cübeyr bu məzmunda olan bir hədisi ibni Abbasdan nəql edibdir.
    İkinci nəzər – Quranın bir miqdarı hər Qədr gecəsində dünya göyünə nazil olub, sonra bir il müddətində həmən miqdar Həzrət Peyğəmbərə (s) çatdırılıbdır. Üçüncü nəzər – Ramazan ayında Quranın nazil olmasından məqsəd, onun başlanğıcı deməkdir. Sonralar mütəfərriq surətdə (ayrı-ayrı formalarda) Quran nazil olmuşdur.
    Amma imamiyyə rəvayətlərindən belə məlum olur ki, Quran bir dəfədə dördüncü göydə "beytül məmur” adında bir yerdə nazil olubdur. Sonradan 23 illik Peyğəmbərin (s) risalət dövründə tədriclə Peyğəmbərə (s) nazil olubdur.
    Əllamə Təbatəbainin (rahmətullahi ələyh) bu barədə başqa bir nəzəriyyəsi vardır. Onun xülasəsi belədir: Ramazan ayında nazil olan ayələrdən məqsəd Quranın bir dəfədə nazil olmasıdır. Lakin Quran bir dəfədə Peyğəmbərin (s) qəlbinə nazil olubdur. Sonra peyğəmbərin (s) risaləti dövründə o, (Quran) ayə - ayə camaata çatdırılıbdır. Əllamə öz nəzərini təsdiq etmək üçün Quranın iki ayəsini dəlil gətirir: Birincisi – "Qiyamət” sürəsinin 19-cu ayəsi; "Tələsərək dilini Quranı oxumağa tərpətmə, Çünki Quranın toplanması və qəraəti bizim öhdəmizdədir”.
    ولا تحرك به لسانك لتعجل به ان علينا جمعه وقرانه
    İkincisi – "Taha” surəsinin 114-cü ayəsi; "Quran oxuyanda vəhy tamam olmamış tələsmə”.
    ولا تعجل بالقران من قبل ان يقضى اليك وحيه
    Dediyimiz kimi mərhum Əllamə bu ayələri Quranın bir dəfədə Peyğəmbərin (s) qəlbinə nazil olmasına dəlil gətirir. Quran bir dəfədə ona nazil olub, sonralar hansı ayənin camaata çatdırılması Allah tərəfindən ona göstəriş verilmişdir. O Həzrət Qurandan xəbərdar olduğu üçün onu oxumağa və camaata çatdırmağa çalışırdı.

    Nuzuli-tədrici

     
    Yuxarıda "nuzuli-dəfi”dən söhbət açdıq və bir qədər də "tədrici nüzül”a işarə olundu. İndi isə "nuzuli tədrici”nin barəsində bir qədər geniş mülahizə aparaq.
    Quranın tədriclə nazil olması haqda tarixi dəlillər vardır. Bundan əlavə əsaslı surətdə Quranın öz ayələri bu məqsədə dəlalət edir.
    "İsra” surəsinin 106-cı ayəsində belə buyurulur: "Quranı hissə-hissə sənə nazil etdik ki, onu aramla camaata oxuyasan və onu tədriclə nazil etdik”.
    و قرانا فرقناه لتقرئه على الناس على مكث ونزلناه تنزيل
    "Furqan” surəsinin 32-ci ayəsində buyurulur: "Kafirlər dedilər, nə üçün Quran bir dəfəyə ona (Peyğəmbərə (s)) nazil olmayıb”.
    و قال الذينكفروا لولا نزل عليه القران جملة واحدة
    Bu ayədən (Furqan-32) istifadə olunur ki, Quran tədriclə nazil olduğuna görə kafirlərin etirazına səbəb olmuşdur.
    Ramazan ayında nazil olub "nuzuli-dəfi”yə dəlalət edən ayələrlə, "nuzuli-tədrici”yə dəlalət edən ayələri müqayisə etsək məlum olur ki, onların arasında hec bir ziddiyət yoxdur. Bəlkə hər dəstə bir növ nazil olmağa dəlalət edir. Gündəlik iqtisadi, ictimai, yaxud sülh və müharibə kimi məsələlər Quranın tədriclə nazil olmasını iqtiza edir. Quran da öz növbəsində bu formada o məsələlərə cavab verir.
    Quranın həqiqətindən, bütöv bir kitab olmasından söhbət açanda isə "nuzuli dəfi”yə dəlalət edən ayələr cilvələnərək məsələyə aydınliq gətirmişdir.
     
    Tədrici nuzulun sirrləri

     
    Quranın nuzulunun tədrici olmasının müxtəlif hikmətləri vardır. Onlardan bəzilərinə işarə edək:
    1. Quran, kafirlərin "niyə bir dəfəyə nazil olmayıb” etirazına belə cavab verir: "Biz Quranı tədriclə nazil etdik ki, sənin qəlbini onun vasitəsi ilə möhkəmləndirək” (Furqan-32).
    لنثبت به فؤادك
    Ayələrin tədriclə nazil olması böhranlı vaxtlarda, müharibələrdə və sıxıntılı müddətlərdə Peyğəmbərə (s) dildarlıq edir və yaxşı arxa olaraq onun qəlbinə qüvvət gətirirdi. Şübhəsizdir ki, Peyğəmbəri (s) səbrə və istiqamətə çağıran ayələr bir dəfəyə nazil olsaydı təhlükəli vaxtlarda o qədər təsirli olmazdı. Amma hər dəfə çətinliklə üzbəüz olanda bu ayələrin nazil olmasının xüsusi təsiri var idi.
    Baxın, yolunu azmışlar Həzrət Peyğəmbərə (s) hər dəfə çirkinlikə töhmətlər vurub narahat edəndə Allahın tərəfindən ayə nazil olur, əmin olan mələk gəlir, Peyğəmbərə (s) baş çəkir, ona ürəkli olmağı tövsiyyə edir və onu narahatçılıqdan qurtarıb gələcəyə ümidini daha da çox artırırdı: "Onların sözləri səni qəmgin etməsin, həqiqətən biz onların aşkar etdiklərini və gizlətdiklərini bilirik”. (Yasin-75).
    فلا يحزنك قولهم انا نعلم ما يسرون وما يعلنون
    Başqa bir yerdə, düşmənlər tərəfindən Peyğəmbər (s) təkzib olunanda Quran ona belə təskinlik verir: "Səndən əvvəl də Peyğəmbərlər təkzib olunublar, əziyyət görüblər, amma onlar bu əziyyətlərin qarşısında bizim köməyimiz gələnə qədər səbr ediblər”. (Ənam-34).
    ولقد كذبت رسل من قبلك فصبروا ما كذبوا و اوذوا حتى اتاهم نصرنا
    Bu cür ayələrin həssas zamanlarda, müsəlmanların çətin vaxtında nazil olması həm Peyğəmbərə (s) təskinlik idi, həm də müsəlmanların möhkəmlənməyinə səbəb olurdu. Təsəvvür edin müsəlmanların vəziyyətini, o zamanlarda: sayları az, düşmənləri çox, qarınları ac, hər yerdən əlləri üzülüb, Quranın təbiri ilə desək, yer üzü onlara daralıb, pənah tapa bilməyən bir zamanda, qüdrəti və gücü, rəhməti və bərəkəti, məhəbbət və sevgisi bütün qüvvələrdən çox olan, nəinki çox olan, həqiqətdə bu saydıqlarımızı vücuda gətirib yaradan bir Allahın tərəfindən sənə kömək gəlir, sənə təskinlik və pənah yeri göstərilir, nə dərəcədə insanın qəlbi rahatlıq tapar və öz hədəfinə çatmağa ümidvar olar.
    Bəli, "tədrici nuzul”un bir hikməti bu idi.
    2. Bildiyimiz kimi Quran səmavi bir kitabdır. İnsanların dünya və axirət müqəddəratını həll edir. Maddi və mənəvi məsələlərin hamısının düzgünlüyü ondan asılıdır. İnsanların ictimai və fərdi məsələlərinin hamısı ona bağlıdır. İnsanlar şagird, Quran isə müəllim timsalındadır. Ona görə də gərək tədriclə çatdırılsın ki, xalq onun vasitəsilə təlimlənsin.
    3. Quran tədriclə nazl olduqca Peyğəmbərin (s) səhabələri tərəfindən əzbərlənir və bu vasitə ilə də təhrif olunmaqdan qoruyub saxlanılırdı.
    4. Quranın ayələrini Peyğəmbər (s) zamanında baş verən hadisələrin çoxu ilə sıx əlaqəsi var idi. Hər vaxt bir hadisə yaxud irad meydana çıxırdı, Quran yerindəcə onlara münasibət bildirib, diş sındıran cavablar verirdi. Bu da tədriclə nazil olmanın hesabına vücuda gəlirdi. Ayələrin nazil olmasına gətirib çixarıan hadisələrə "səbəbi nuzul”, yaxud "şəni nuzul” deyirdilər.

     
    6-cı dərsin sualları
    1) Besət (və ya məbəs) nədir? Ümmətə rəhbərlik etmək səlahiyyətinə malik olacaq peyğəmbəri kim seçir; xalqmı və ya Allahmı?
    2) Besət (və ya məbəs) harada və nə vaxt baş verib?
    3) Nuzuli-dəfi və nuzuli-tədrici nədir və aralarındakı fərq nədir?
    4) Nuzuli-tədricinin faydalarını sadalayın və deyin görək əgər Quran yalnız nuzuli-dəfi yolu ilə nazil olsaydı nə olardı?
     
     
    Kitabın adı: Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
    Müəllif: Hacı Əhliman Rüstəmov

     
     
    Bölmə: Quran / Qurana aid
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.