» » » 13-cü dərs- Quranda nasex və mənsux


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
13-cü dərs- Quranda nasex və mənsux
+5
Müəllif: Yusifi Zehra | 7-10-2015, 14:00 | Baxılıb: 1 551
 
13-cü dərs - Quranda nasex və mənsux
 
Uzun zamanlar üzərində bəhs olunan məsələlərdən biri də "nəsx” bəhsidir. "Üsul” və "Ulumi Quran” alimləri bu barədə çoxlu bəhslər edib, yazılar yazıblar. Asimani kitablarda olan "nəsx” bəhsi başqalarından çox fərqlidir. Bəşər qanununun sonradan dəyişməsi insan elminin naqisliyinə, gələcəyi dəqiq bilməməyinə və zaman keçdikcə qanunların ictimaiyyəti təmin etmədiyinə görədir. Tarix göstərir ki, insan ictimai qanunları təsis edəndə həmişə o qanunları dəyişməklə üzləşibdir. İndi görək ilahi qanun nədir? Vəhy mənbəyindən başlanan qanunda da dəyişiklik olurmu? Bu sualın cavabı müsbətdir. Yəni dəyişiklik olur. Amma bir nöqtəyə diqqət etmək lazımdır ki, ilahi qanunların dəyişməsinin fəlsəfəsi bəşəri qanunların dəyişmə fəlsəfəsi ilə fərqlidir. Bəşərin elmi naqis olduğu üçün gücü çatan qanunu zaman və məkana uyğun yazır. Amma ilahi qanunu yazan Allahın, bütün zamanlara, məkanlara, gələcəyin və keçmişin insanlarının istedad və qüdrətinə bələd olduğu üçün kamil bir qanunu hər zamana uyğun yazır. Dəyişməsi isə insanların qüdrətinə uyğun olaraq mərhələlərlə və tədriclə kamilləşir. Bir qədər aydın desək, Allah-Təala ən kamil qanunu birinci bəşərin zamanında göndərə bilərdi. Lakin bəşər şüurunun kamilləşməsi və bu kamil olan qanuna əməl etməsi üçün zamanlar keçməli idi. Ona görə də Allah-Təala zaman keçdikcə ilahi qanunları insanların istedaına uyğun olaraq əvəz edərək kamilləşdirib. Həqiqətdə bu qanunlar insanları kamilləşdirərək bu günə gətirib çıxardıb və sonuncu peyğəmbərə ən kamil qanun göndərilib. Din böyüklərinin sözlərinə diqqət edəndə "nəsx”i tanımağın əhəmiyyəti aydınlaşır. İslamın qanunu olan Quranın "nasex” və "mənsux”u ilə tanışlıq çox təkid olunmuşdur.
Əbdurrəhman Sülləmi Əli ibni Əbutalib (ə)-dan nəql edir: Həzrət İmam Əli (ə) bir qazi ilə rastlaşanda ondan soruşur:
هل تعرف الناسخ من المنسوخ ؟ قال لا فقال هلكت واهلكت
"Quranın nasex və mənsuxuna bələdsən?
Dedi: xeyir.
Həzrət buyurdu: Özünü də, başqalarını da məhv etmişsən”.
Məsciddə insanları moizə edən bir nəfərin nasex və mənsuxu bilmədiyinə görə Mövla İmam Əli (ə) onu məsciddən çıxartdı. Bu və bundan əlavə çoxlu hədislər, nasex və mənsux barədə saysız yazılan kitablar bu bəhsin çox mühim olduğuna dəlalət edir.
 
 Nəsxin luğəti mənası
 
"Nəsx” üsul alimləri və quranşünasların nəzərində, üst-üstə götürəndə bu mənalara gəlir: "Şəri hökmü şəri dəlil ilə götürmək”. Ayətullah Uzma Xoinin (rahmətullahi ələyh) nəzərində "nəsx” şəriətdə olan bir hökmün zaman və müddəti qurtardığına görə onu ləğv etməkdən ibarətdir.
Əllamə Təbətəbai (rahmətullahi ələyh) "nəsx”i belə tərif edir: "nəsx” bir hökmün vaxtının qurtarmasını aşkar etməkdən ibarətdir. Bundan da əlavə çoxlu təriflər vardır ki, hamısının məqsədi yuxarıda qeyd etdiyimiz mənaları verir. "Nəsx”in bir neçə şərtləri vardır. Bu şərtləri bu yazıda gətirib izah etmək fikrində deyilik. Çünki, bu, nisbətən ümumi oxuculara çətin olacaq. Bu bəhs "Maarifi-Quran” barəsində və "Nasex və Mənsux” zəminində yazılmış kitablarda geniş surətdə izah olunmuşdur. Hörmətli oxucu istəsə onlara müraciət edə bilər. Biz isə bu bəhsi qısa surətdə qeyd etməklə istədik ki, az da olsa bu barədə məlumat verək. Ümumi şəkildə "nəsx” barəsində, təkrar da olsa, belə bir məlumat verə bilərik: şəriətdə bəzi hökmlər bir müddət qüvvədə olandan sonra Allah-Təala onu qüvvədən salır və onu başqa birisi ilə əvəz edir. Bu haqda bir ayədə "Biz hər hansı ayəni nəsx etdiksə, ondan yaxşısını, ya onun mislini nazil etdik” deyə izahat verir. Bu, əvvəldə dediyimiz kimi, islam dininin müqəddəs kitabında da baş vermişdir. AllahTəala bir vaxt nazil etdiyi hökmü başqası ilə əvəz etmişdir. Bu iş isə, şübhəsizdir ki, insanlara xatir belə edilmişdir. Yoxsa o hökmün əvvəlcədən göndərilməsi Allah-Təala üçün məqdur (Allah ona qadir olub – red.) bir hökm olubdur. Bizim yetişməyimiz və ona hazır olmağımız lazım olub. Birinci hökm bizi ikinci hökmə hazırlayıb. Lazım olan vaxtda isə ikinci hökm nazil olubdur.
Nəsx olunumuş ayələrə misal göstərmək üçün Quranda ayələr vardır. Onlardan da xəbərdar olmaq üçün yuxarıda dediyimiz ünvanlara müraciət edin. Amma buna bir misal olaraq "nəcva” ayəsini göstəririk:
يا ايهاالذين امنوا اذا ناجيتم الرسول فقدموا بين نجواكم صدقة
"Ey iman gətirənlər, peyğəmbərlə (s) gizli söhbət (pıçıltı) etməzdən əvvəl sədəqə verin”.
Məsələ belə idi: Müsəlmanlar yerli-yersiz gəlib peyğəmbərlə (s), işləri oldu ya olmadı, hətta bəziləri özlərini peyğəmbərə (s) yaxın göstərmək üçün onunla pıçıldamağa başlayırdılar. Bu da Həzrət Peyğəmbərə (s) əziyyət olurdu. Ona görə bu ayə nazil olub müsəlmanlara Həzrət Peyğəmbərlə (s) gizli söhbət etməzdən əvvəl sədəqə verməyi vacib etdi. Əlbətdə bundan başqa səbəbləri də ola bilər. Onlardan biri də müsəlmanları öz mallarını sədəqə verməkdə imtahan etmək idi. Hər halda bu ayə nazil olub, bu işdə sədəqə verməyi əmr etdi. Amma bu ayəyə ancaq yeganə adam olaraq Əli (ə) əməl edərək on dəfə bu formada Həzrət Peyğəmbər (s) ilə ünsiyyətdə oldu. Hamısında da Allahın buyurduğu kimi sədəqə verdi.
Sonra "Mücadilə” surəsinin 13 – cü ayəsi nazil olaraq möminlərə xitab edib sədəqə verməkdən qorxdunuz deyərək əvvəlki ayənin hökmünü ləğv etdi. Bundan əlavə də nəsx olunmuş ayələr vardır. Xülasəyə görə onları qeyd etmirik.
 
Möhkəm və mütəşabeh
 
Quran xüsusi bir kitabdir. Xüsusi bir imtiyazlara malikdir ki, onu başqa kitablardan ayırır. Bu kitabdan bəhrələnmək, onun uca olan maarifindən istifadə etmək, ondan düzğün istifadə edib, onda olanları düzğün başa düşməyə bağlıdır. Quranda bəzi işlər vardır ki, onları başa düşməmək ona əl çatmazlığa bərabərdir. Bu işlərdən də biri "möhkəm və mütəşabeh’’dir. Bu məsələnin o qədər əhəmiyyəti vardır ki, bütün Quran müfəssirləri onun hər səhifəsində bu məsələyə artıq diqqət ediblər. Ona ğörə ki, bu məsələyə diqqət etməmək Quranın təfsirində inhirafa düşməyə səbəb olur. Əgər bir nəfər Quranda inhirafa düşsə dünya və axirətdə bədbəxt olacaq. Fasid məzhəblərin meydana gəlməsi "mütəşabeh’’ ayələrin mənasını düzgün başa düşməməyin nəticəsində olubdur. Bu iş islamın ilkin vaxtlarindan bu günə qədər davam edibdir. Dəstələr Quranın nurani ayələrini öz rəylərinə uygun təfsir edərək insanlari zəlalətə salıblar. Quranın ayələrinin iki hissəyə bölünməsi heç hikmətsiz deyil.
Birinci ’’möhkəm’’ ayələr "Quranın anası” ünvanı ilə qələmə verilmişdir. İkinci dəstə "mütəşabeh’’ ayələrdir ki, onların özündə də böyük hikmət vardır. Onlardan biri də imtahan ola bilər. Allah-Təala bu yol ilə insanların ilahi ayələr qarşısında özlərini necə göstərməyini imtahan edir. Bu insan həqiqətən iman gətirib, yoxsa şəxsi mənafeləri ilə ilahi mənafeləri üz-üzə dayananda şəxsi mənafeini ilahi hökmlərə üstünlük verərək, ilahi qanunların əleyhinə çıxmaq cəsarəti edib, müvəqqəti dünyaya görə özünü əbədi zəlalətə salacaq?
Biz təqribən də olsa Quranın ayələrinin iki hissəyə ("möhkəm və mütəşabeh’’) bölündüyünü bildik. Bunu da bildik ki, birinci qism ayələr (möhkəm) Quranın anası (ümm) hesab olunur. Bu ayələr Quranda mərcə və əsas ünvanındadır.
İkinci dəstə ayələrin (mütəşabeh) başa düşülməsi birinci ayələrə bağlıdır. Bəziləri də Quranın təbiri ilə desək ’’fitnə’’ törətməyə xatir birinci dəstə ayələri nəzərə almadan ikinci dəstə ayələri öz rəylərinə uyğun təfsir edirlər. Bu da Allahın hökm etdiyi kimi qərar verməməkdir. Əvvəldə işarə etdiyimiz kimi, hər kəs Allah nazil etdiyi kimi hökm etməsə, həm kafir, həm fasiq, həm də münafiqdir.
Söhbətimizin bu hissəsində öz rəyinə uyğun təfsir etməyin günahı barədə bir neçə məqama işarə etməzdən əvvəl "təfsir’’ barəsində bir qədər izahat verək sonra isə bu məqamlara nəzər salaq.

13-cü dərsin sualları

1) "Nəsx” in lüğəvi və ictimai mənasını izah edin.
2) Quranda olan "nasex” və "mənsux”un insanların fikir dəyişdirməsi ilə fərqi nədir?
3) Möhkəm və mütəşabeh ayələrin hərəsinə bir misal gətirin və fərqlərini izah edin.
 
 
Kitabın adı: Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
Müəllif: Hacı Əhliman Rüstəmov
 
 
 
 
 
Bölmə: Quran / Qurana aid
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.