4-cü dərs
Vəhyin tərifi
Bildiyimiz kimi Quran Həzrəti Peyğəmbərə (s)
vəhy formasında nazil olubdur. Quran ayələrinin
birində Allah-Təala Həzrət Peyğəmbər (s)-ə "ummi”امى deyərək müraciət edir. "Ümmi” sözünün mənası
bu ayədə məktəb oxumayan, dərs oxumayan
mənasındadır. Peyğəmbərimiz (s) Ərəbistan
yarımadasında yaşayıb. O zaman orada heç bir
məktəb olmadığı üçün dərs oxumamışdır. Quran da
çox dərin mənaya malik olan bir kitabdır. Fəsahət və
bəlağət cəhətindən də çox yüksək bir məqama
malikdir. Məktəb görməyən bir insanın Quran kimi
bir kitabı camaata çatdırması böyük bir möcüzədir.
Adi yollarla, insan təliminin vasitəsilə bu cür dərin
mənalı bir kitabı vücuda gətirmək mümkün deyildir.
Bu da, Quranın vəhy formasında nazil olmasının
təkzibedilməz bir subutudur. Bu məqsədə Quranın
müxtəlif ayələrində işarə olunub.
"Onu (Peyğəmbər (s)-i) çox qüvvətli bir varlıq
öyrətdi”, yəni vəhy yolu ilə.” Odur ki, bu deyilənləri
nəzərə alaraq vəhy haqqına bir qədər geniş mənada
söhbət açaq.
Vəhyin lüğəvi mənası
Ərəb dilində vəhy – işarə etmək, yazmaq,
ilham, gizli kəlam və başqasına çatdırılan hər hansı bir
şeyə deyilir.
Rağib İsfəhanı deyir: Vəhy, çox sürətli işarəyə
deyilir. Bu kəlamda rəmz və kinayə ilə, ya ləfzi
olmayan səs, ya bəzi üzv ilə işarə və yaxud yazmaqla
mümkündür.
Vəhy istilahda
Vəhy istilahda, asimani bəyənatı almaqdan ötəri
ilahi peyğəmbərlərin qeyblə olan mənəvi rabitəsinə
deyilir. Həmən vəhyinalmağa xüsusi adamların
ləyaqəti vardır ki, onlar da peyğəmbərlərdir.
Quranda "vəhy” kəlməsi
Quranda vəhy kəliməsi təqribən 10 mövzuda
işlədilibdir. Bu kəlmə mələklərin, şeytanların, insanın,
heyvanın və yerin barəsində qeyd olunubdur. Bu söz ən çox peyğəmbərlərə aid olan rabitə haqqında varid
olubdur.
Quranda nazil olan "vəhy” kəlmələrindən bir
neçə nümunəni nəzərinizə çatdırırıq.
1. Mələklərə ruhani ilhamdan belə söhbət açılır:
"Sənin Allahın mələklərə vəhy etdi; mən
sizinləyəm” (Ənfal-12).
اذ يوحى ربك الى الملئكة انى معكم
2. İnsana ruhani ilham: "Musanın anasına vəhy etdik
ki, ona süd ver” (Qəsəs-7).
و اوحينا الى ام موسى ان ارضعيه
3. Şeytani vəsvəsə barədə buyurur: "Həqiqətən
şeytanlar öz dostlarına vəsvəsə edir ki, sizinlə
müharibə etsinlər” (Ənam-121).
و ان الشياطين ليوحون الى اوليا ئهم ليجادلوكم
4. Heyvana ilham etmək barədə buyurur: "Sənin
Allahın bal arısına ilham (ğərizi) etdi”(Nəhl-68).
واوحينا ربك الى النحل
İmam Əli (ə)-dan nəql olunan bir rəvayətdə yuxarıda
dediyimiz vəhy növlərinin hamısına işarə edilib,
həmən ayələr də dəlil gətirilibdir.
4-cü dərsin sualları
1) Vəhyin tərifini deyin.
2) Vəhyin lüğəvi və istilahi mənalarını izah edin.
3) Quranda adları çəkilən vəhy növləri barədə
danışın və peyğəmbərlərə olunan vəhylə digər
vəhy növləri arasında fərq(lər)i izah edin.
Kitabın adı: Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
Müəllif: Hacı Əhliman Rüstəmov