![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2839 Şərhləri: 1504 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2382 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1920 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2765 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3843 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 494 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 733 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3919 |
| « Aralık 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | 31 | ||||

“Bəqərə” surəsi (105-106)
105. ﴿مَّا يَوَدُّ الَّذِينَ كَفَرُواْ مِنْ أَهْلِ الْكِتَابِ وَلاَ الْمُشْرِكِينَ أَن يُنَزَّلَ عَلَيْكُم مِّنْ خَيْرٍ مِّن رَّبِّكُمْ وَاللّهُ يَخْتَصُّ بِرَحْمَتِهِ مَن يَشَاء وَاللّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ﴾
“Kitab əhlindən olan kafirlər və müşriklər sizə Rəbbinizdən heç bir xeyir nazil olmasını istəmirlər. Halbuki Allah Özrəhmətini istədiyinə aid edər. Allah böyük fəzl sahibidir.”
◘Bu ayə yəhudi və məsihi müşriklərinin və kafirlərin müsəlmanlara münasibətdə kin və ədavətləri üzərindən pərdəni götürür. Onlar müsəlmanların böyük bir peyğəmbərə və səmavi kitaba malik olduğunu görmək istəmirdilər. Bəli, müsəlmanlar tövhid nidasını bütün dünyaya çatdırmaq, irqi və milli ayrıseçkiliklərlə, müşriklərin xürafatları və kitab əhlinin təhrifləri ilə mübarizə əzmindədirlər. Onlar avamların böyüklər tərəfindən aldadılmasına mane olurlar. Allah bu ayədə buyurur ki, Allahın lütf və mərhəməti onun iradəsinə əsasən istədiyi şəxsə nazil olar və bu işin kimsənin istəyib-istəməməsindən asılılığı yoxdur!
1. Düşmənin qəlb istəklərini və iç ruhiyyəsini tanıyın. Heç vaxt onlara meyl etməyin. Onlar azcıq da olsa, müsəlmanların xeyir tapmasını istəmirlər.
2. Xeyir vermək rübubiyyət şənindəndir.
3. Allaha təvəkkül edin və düşmənin kinindən, həsədindən qorxmayın.
4. Həsədçinin həsədi Allahın lütf istəyinə heç bir təsir göstərə bilməz.
5. Allahın fəzl və rəhməti, hidayəti bütün xalqlara və qövmlərə şamildir və təkcə Bəni-İsrailə və digər bir qrupa aid deyil.
106. ﴿مَا نَنسَخْ مِنْ آيَةٍ أَوْ نُنسِهَا نَأْتِ بِخَيْرٍ مِّنْهَا أَوْ مِثْلِهَا أَلَمْ تَعْلَمْ أَنَّ اللّهَ عَلَىَ كُلِّ شَيْءٍ قَدِيرٌ﴾
◘“Nunsiha” sözü “insa” məsdərindən olub, təxirə salmaq və ya ləğv etmək mənasını verir. Bu mənada ki, ayənin nüzulu təxirə düşər və bir müddət sonra nazil olar.
◘Bu ayə yəhudilərin mənfi təbliğatına cavabdır. Onlar soruşurdular ki, nə üçün İslamda bəzi qanunlar dəyişilir? Nə üçün qiblə Beytül Müqəddəsdən Kəbəyə dəyişdirildi? Əgər əvvəlki düz idisə, bəs sonrakı göstəriş nə üçündür? Əgər ikinci göstəriş düzdürsə, demək sizin əvvəlki əməlləriniz batil imiş!
Quran bu iradlara cavab olaraq bildirir ki, hər hansı bir hökm nəsx olduqda və ya təxirə salındıqda onun yerinə daha üstünü və ya onun kimisi göndərilir. Quran yersiz irad tutanlara cavab olaraq bildirir ki, onlar tərbiyəvi, ictimai-siyasi hökmlərin əsərlərindən qəflətdədirlər. Həkim öz xəstəsinə birinci mərhələdə təyin etdiyi dərmanları növbəti mərhələdə dəyişə bilər. Şagird inkişaf etdikcə müəllim də onun dərs proqramında dəyişiklik aparır. Allah da müxtəlif zaman və şəraitlərdə bəşərə daha kamil proqramlar təqdim edir.
◘Ayədə nəzərdə tutulanlardan biri də cəmiyyətdə imamın mövcudluğu, hər bir imamın canişini olmasıdır. Çünki uyğun ayə ilə bağlı hədisdə oxuyuruq: “Hər imam dünyadan gedəndə başqa bir imam onun canişini olur.
1. İnsan öz fitri və sabit ehtiyacları ilə bəzən xususi ictimai, iqtisadi, siyasi və hərbi şəraitlərə düşür. Belə məqamlarda sabit qanunlarla yan-yana dəyişən göstərişlər olmalıdır. Nəsx peyğəmbər və onun canişinlərinin göstərişi yolu ilə həyata keçir.
2. Hökmün dəyişməsi əvvəlki hökmlərin uğursuzluğu deyil. Əslində nəsx yeni məsələlərə həkimanə diqqətin nəticəsidir. Necə ki, sinifdən sinfə kitab və müəllim dəyişir.
3. Zahirdə göstərişlər dəyişkən, peyğəmbərlər isə çoxsaylıdır. Amma Allahın lütfü eynidir.
4. Hökmlərin dəyişməsi, onların təxirə salınması Allahın əlindədir.
5. Daim daha üstün önə çəkilməlidir.
6. İslamda dalan (çıxılmaz vəziyyət) yoxdur. Bəzi qanunlar dəyişə bilər.
7. Qanun dəyişməsi müxtəlif şəraitlərin və yeni tələblərin ortaya çıxmasından əlavə, qüdrətə ehtiyaclıdır.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |









