350.Allah gözəldir və gözəlliyi sevir
Qur’an:
«De: Allahın öz bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram buyurmuşdur? De: Bunlar, dünyada iman gətirən üçündür, Qiyamət günündə isə yalnız möminlərə məxsusdur.»
Hədis:
1126.Allahın Peyğəmbəri (s):«Allah-taala gözəldir və gözəlliyi sevir. Nemətinin nişanəsini bəndəsində görməyi də sevir. O, yoxsulluğa və özünü yoxsul göstərməyə nifrət edir.»
1127.Allahın Peyğəmbəri (s):«Allah-taala möminin öz qardaşlarının yanına səliqəli və bəzənmiş halda getməsini sevir.»
1128.Allahın Peyğəmbəri (s):«Sizin hər biriniz bığ və burnunun tükünü bir az qısaltmalı və özünə baxmalıdır. Çünki, bu işlər gözəlliyi daha da artırır.»
1129.İmam Sadiq (ə):«Gözəl paltar geyin. Çünki Allah gözəldir və gözəlliyi sevir. Amma, gərək halaldan olsun.»
351.Gözəl üz
1130.Allahın Peyğəmbəri (s):«Gözəlliyin bəlası qürurdur.»
1131.Allahın Peyğəmbəri (s):«Mömin kişiyə verilmiş ən yaxşı şey gözəl əxlaqdır. İnsana verilmiş ən pis şey isə gözəl üzdə pis qəlbin olmasıdır.»
1132.Allahın Peyğəmbəri (s):«Xeyir və yaxşılığı üzü gözəl olanlarda axtarın. Çünki,onların etdikləri gözəllikdə daha gözəldir.»
1133.İmam Əli (ə):«Möminin üzünün gözəlliyi Allahın ona olan hüsn-rəğbətindəndir.»
352.Saça dəyər vermək
1134.Allahın Peyğəmbəri (s):«Gözəl saç ilahi örtükdür. Buna görə, də onu qiymətləndirin.»
1135.Allahın Peyğəmbəri (s):«Saçını uzadan ona yaxşı qulluq etməlidir, əks halda onu qısaltsın.»
353.Batini gözəllik
1136.Allahın Peyğəmbəri (s):«Gözəllik dildədir.»
1137.Allahın Peyğəmbəri (s):«Ağıldan gözəl gözəllik yoxdur.»
1138.Allahın Peyğəmbəri (s):«Sağlamlıqdan gözəl paltar yoxdur.»
1139.İmam Əli (ə):«Allah-taala qadının çöhrəsini (və gözəlliyini) onun üzündə, kişinin çöhrəsini (və gözəlliyini) isə onun dilində qoyub.»
1140.İmam Əskəri (ə):«Üzün gözəlliyi zahirin gözəlliyi, ağlın gözəlliyi isə batinin gözəlliyidir.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-ci cild