179. Zinət
890. Zinət
Qur’an: «Ey Adəm övladları! Hər bir məsciddə öz zinətlərinizi geyinin, yeyin, için, lakin israf etməyin. O (Allah), israf edənləri sevməz.»
«Ey Peyğəmbər! De ki, Allahın öz bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?»
Hədis: 2865. Allahın Peyğəmbəri (s):«Allah mömin bəndəsinin (din) qardaşının yanına gedəndə özünü, onu ziyarət etmək üçün hazırlayıb bəzəməsini sevər.»
2866. İmam Əli (ə):«Sizlərdən hər biriniz onu ən yaxşı sifətdə görmək istədiyi yad bir insan üçün özünü bəzədiyi kimi, öz müsəlman qardaşının yanına gedəndə də özünü elə bəzəməlidir.»
2867. İmam Əli (ə):«Batini gözəllik zahiri gözəllikdən yaxşıdır.»
2868. İmam Əli (ə):«İmanın zinəti batinin paklığı və zahirən gözəl rəftardır.»
891. Ən gözəl bəzək
2869. Allahın Peyğəmbəri (s):«Kişinin ən gözəl zinəti imanla müşaiyət olunan sakitlikdir.»
2870. İmam Əli (ə):«Ən gözəl məslək səni insanlarla qaynayıb-qarışdıran, onların arasında səni gözəl göstərən və acı dillərini səndən çəkindirəndir.»
2871. İmam Əli (ə):«Heç bir bəzənən Allaha ibadət kimi bir zinətlə bəzənməyib.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild