189. İsraf
929. Həddi aşmaq
Qur’an:
«Ey Adəm övladları! Hər bir məscidə gedəndə öz zinətlərinizi geyinin, yeyin, için və israf etməyin ki, Allah-taala israf edənləri sevməz.»
Hədis:
2989. İmam Əli (ə):«Biçarə israfçı! Öz nəfsinin islahından və əldən verdiklərinin yerini doldurmaqdan necə də uzaqdır.»
2990. İmam Əli (ə):«İsraf puçluqdur, orta həddi gözləməksə sərvət gətirər.»
2991. İmam Əli (ə):«Malı nahaq yerə xərcləmək israf və zay etməkdir»
2992. İmam Səccad (ə) (duada): «Ey Allahım! Məni israf etməkdən çəkindir, ruzimi tələf olmaqdan qoru, malıma bərəkət verməklə onu artır və onu xeyir işlərdə xərcləməyin yolunu mənə göstər.»
930. İsrafçının nişanəsi
2993. Allahın Peyğəmbəri (s):«İsrafçının dörd nişanəsi var: batil işlərlə öyünər, ona aid olmayan şeyi yeyər, xeyirli işlərə meylsiz olar və ona xeyir verməyən şəxsi inkar edər.»
2994. İshaq ibn Əmmar:«İmam Sadiqdən (ə) soruşdum:«Mö’minin on köynəyi ola bilərmi?» Həzrət buyurdu:«Bəli.» Ərz etdim:«İyirmi köynək necə?» Buyurdu:«Bəli. Bunlar israf deyil. İsraf çöl, bayır və qonaq paltarını ev və əlaltı paltarları etməkdir.»
2995. İmam Əskəri (ə):«Həqiqətən, səxavətin həddi var. Əgər onu aşsalar israf olar.»
931. İsrafın ən az həddi
2996. Allahın Peyğəmbəri (s):«Ürəyin istədiyi hər şeyi yemək israfdır.»
2997. İmam Sadiq (ə):«İsrafın ən az həddi qabın dibində qalan suyu, ya yeməyi atmaq, həmçinin bayır paltarını ev və əlaltı paltarına çevirmək və (xurma və meyvələrdəki) çəyirdəyi tullamaqdır.»
932. İsraf sayılmayan şey
2998. Allahın Peyğəmbəri (s):«İsrafda bir xeyir gizlənməmişdir və xeyir işlərdə israf yoxdur.»
2999. İmam Sadiq (ə):«Bədəni sağlam saxlayan şeydə israf yoxdur… əslində israf malı tələf edən və bədənə ziyan verən
şeylərdir.»
3000. «Biharul-Ənvar»:«İmam Kazimdən (ə) soruşurlar:«On köynəyə sahib olmaq israfdırmı?» Buyurur:«Xeyr. Əksinə, çox köynəyə sahib olmaq köynəklərin ömrünü uzadar. İsraf çöl paltarını çirkli yerə geyməkdir.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild