İsrafçılıq
+5
Müəllif:
Admin | 23-07-2014, 22:00 | Baxılıb: 1 729
İsrafçılıq
222.İsrafçılıq
Quran:
«Qohum-əqrəba, yoxsul və müsafirlərin haqqını ver və heç cür israf etmə! Həqiqətən israfçılar şeytanlarla qardaşdırlar və şeytan Rəbbinə qarşı nankor idi.»
Hədis:
749.İmam Əli (ə):«Səxavətli ol, amma israfçı olma; qənaətçi ol, amma bərk olma!»
750.İmam Əli (ə):«İsrafçılıq yoxsulluğun başlanğıcıdır.»
751.İmam Əli (ə):«İsrafçılıq müflisliklə yoldaşdır.»
752.İmam Əli (ə):«İsrafçılıqla öyünən kəs yoxsulluqla xar olar.»
754.İmam Sadiq (ə) əbu Bəsirin «israfçılıq etmə» ayəsi barəsindəki sualının cavabında buyurmuşdur:«İnsan öz malını tələf edir və əliboş qalır.» əbu Bəsir dedi:«Deməli halal malda da israfçılıq ola bilər?» İmam (ə) buyurdu:«Bəli.»
Mənbə: Mizanul – hikmət (xülasəsi) 1-ci cild
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.