-Niyə yeni köynəyini geyinməmisən?”
-Onu yoxsul bir qadına vermişəm- deyə xanım Fatimə (ə) cavab verdi.
-Əgər köhnə köynəyini yoxsula verib, təzəsini ərin üçün özün geyinsəydin daha yaxşı olmazdımı?
-Atacan, mən sizin etdiyiniz kimi etdim. Anam Xədicə həyatda olanda bütün varlığını sizin yolunuzda fəda etdi. Vaxtı ilə bir yoxsul sizdən geyim istəmişdi, siz də ona öz köynəyinizi vermişdiniz. Sonra da haqqınızda, "Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan!” ("İsra”,29) ayəsi nazil olmuşdu.
Həzrət Peyğəmbər (s) qızın bu gözəl davranışı qarşısında sevgi və həyəcanla özünü saxlaya bilməyib ağladı və onu bağrına basdı.