401. Vəsvəsə
1814.Vəsvəsə
Qur‘an:
«De ki: pənah aparıram insanların Rəbbinə, insanların ixtiyar sahibinə, insanların Tanrısına, vəsvəsə salan, qaçıb gizlənən Şeytanın şərindən. O şeytan ki, insanların ürəklərinə vəsvəsə salır. O şeytan ki, cinlərdən də olur, insanlardan da!»
Həmçinin müraciət et: «Ə’raf», 20; «Ta Ha», 120.
Hədis:
6501.Allahın Peyğəmbəri (s) «bə‘zən adamın zehnindən elə şeylər keçir ki, adamın göydən düşməsi və səmanın ortasında bir quşun onu sürətlə alıb aparması zehindən keçən həmin şeyləri dilə gətirməkdən daha xoşdur» sualının cavabında buyurmuşdur: «Bu sırf iman və ya xalis imandır.»
6502.Allahın Peyğəmbəri (s): «Allah-taala mənim ümmətimin zehni vəsvəsələri və şəkk-şübhələrindən. nə qədər ki, onlar həmin şeyləri əməl mərhələsinə çatdırmayıblar (yerinə yetirməyiblər) keçmişdir.
1815.Dəstəmaz və namazda vəsvəsəyə düçar olmaqdan çəkindirmək
6503. İmam Sadiq (ə) Abdullah ibn Sənan, o Həzrətin yanında dəstəmaz və namazda vasvası olan bir kişinin adını çəkərək onun ağıllı bir şəxs olmasını iddia edərkən buyurmuşdur: «O ki, şeytana tabe olur, onun nə ağlı var? (Ravi deyir:) Dedim: Şeytana necə tabe olur? Buyurdu: Ondan soruş gör ona vəsvəsə edən şey nədəndir? O mütləq deyəcək ki: Şeytanın işidir.»
6504.İmam Sadiq (ə) («namazın rəkətlərində çox şəkk edən və ümumiyyətlə neçə rəkət qıldığını və neçə rəkətin qaldığını bilməyən şəxsin vəzifəsi nədir?» sualının cavabında buyurmuşdur): «Gərək namazını təzədən qılsın. (Zurarə ilə Əbu Bəsir deiyr:) Biz dedik: Çox şəkk edir.»Belə ki, əgər yenidən qılsa, yenə də şəkk edəcək. Buyurdu: Öz şəkkinə etina etməsin (və namazını davam etdirsin).
Sonra buyurdu: Namazı kəsməklə murdan şeytanı özünüzə öyrəşdirməyin, sizin bu işinizlə şirinikləşsin, tamaha düşsün (hər an sizin yanınıza gəlsin və vəsvəsə etsin). Çünki şeytan xəbisdir və nəyə öyrəşdirsələr öyrəşir. Buna görə də sizin (çox şəkk edən) heç biriniz şəkkinə etina etməsin və namazını çox pozmasın. Çünki əgər şəkkinə bir neçə dəfə etina etməsə, daha şəkkə düçar olmayacaq.
Zurarə deyir: Həzrət daha sonra buyurdu: Xəbis şeytan sizin ona tabe olmağınızı istəyir. Buna görə də əgər itaətsizlik olsa, daha sizin heç birinizə tərəf gəlməyəcək.»
1816.Vəsvəsələrin əlacı
Qur‘an
«Və de ki: Ya Rəbb! Mən şeytanların vəsvəsələrindən Sənə sığınıram. Onların yanımda olmalarından Sənə pənah gətirirəm, ya Rəbb!»
İmam Əli (ə): «Hər ayın üç gününü: ayın birinci və sonuncu cümə axşamını və orta çərşənbəsini, eləcə də Şəban ayını oruc tutmaq sinədəki vəsvəsəni və qəlbin pərişanlığını aradan aparır.»
6506.İmam Əli (ə): «Biz Əhli-beyti xatırlamaq hər bir narahatçılıq, xəstəlik və şəkk-şübhə gətirən vəsvəsənin dərmanıdır.
6507.İmam Sadiq (ə) çox olan vəsvəsə barəsindəki sualın cavabında buyurmuşdur: «Eybi yoxdur, «la ilahə illəllah» de.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild