153.Yuxu
774. Yuxu müjdəsi
2463. Allahın Peyğəmbəri (s) «Onlara müjdə var» ayəsi barədə: «O müjdə, möminin gördüyü yaxşı yuxudur. Onun vasitəsilə dünyada möminə müjdə verilər.»
2464. Allahın Peyğəmbəri (s):«Müjdə verənlərdən başqa nübüvvətdən bir şey qalmamışdır.»Soruşdular:«Mücdə verənlər nədir?» Buyurdu:«Doğru yuxu.»
2465. İmam Rza (ə):«Sübh açılanda Allahın Peyğəmbəri (s) öz səhabələrinə deyərdi:«Bir kəsdə mücdə verən varmı?» Bunu dedikdə Həzrətin məqsədi yuxu idi.»
775. Yuxunun növləri
2466. İmam Baqir (ə):«Bəndələr yuxuya gedən zaman ruhları səmaya qalxar. Beləliklə, ruhun səmada gördükləri nə varsa həqiqətdir, fəzada gördükləri isə pərişan edən yuxulardır.»
2467. İmam Sadiq (ə):«Yuxu üç növdür: möminə Allah tərəfindən verilən müjdə, şeytanın vəsvəsə etdiyi qorxu və pərişan (nigaran) edən yuxular.»
776. Yuxunu yozmaq və danışmaq
2468. Allahın Peyğəmbəri (s):«Sizlərdən kim yaxşı yuxu görsə, onu yozsun və başqalarına danışsın. Əgər pis yuxu görsə, onu yozmasın və heç kəsə söyləməsin.»
2469. Allahın Peyğəmbəri (s):«Yuxunu paxıllıq və təcavüzdən pak olan mömindən başqa, bir kimsəyə danışmaq olmaz.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild