169. Ruh
835. Ruh
Qur’an:
«Səndən ruh haqda soruşarlar de ki, ruh mənim Rəbbimin əmrindəndir və elmdən sizə az bir miqdardan başqa bir şey verilməmişdir.»
Hədis:
2674. İmam Sadiq (ə):«Ruhlar bədənlə qarışmışlar. Bədənə söykənikli deyillər, əksinə bədəni araya alıb əhatə edirlər.»
2675. İmam Sadiq (ə) :«Ruh, üzərinə qalın bədən geyindirilmiş zərif, incə bir cisimdir.»
836. Ruhlar hazırlıqlı əsgərlərdir
2676. Allahın Peyğəmbəri (s):«Ruhlar hazırlıqlı əsgərlərdir. Tanış ruhlar qarşılıqlı ünsiyyətə girir, tanış olmayan ruhlar isə bir-birindən ayrılırlar.»
2677. İmam Əli (ə):«Dostluq, ruhların ünsiyyəti sayəsində qəlblərin bir-birinə olan meylidir.»
2678. Şəqiq ibn Səlmə:«Bir kişi Həzrət Əmirəl-mömininin (ə) yanına gəlib Onunla söhbət edir və söhbət əsnasında deyir:«Mən sizi sevirəm.» Əli (ə) buyurur:«Yalan deyirsən» Ərz edir:«Niyə, ey möminlərin ağası?» Buyurur:«Öz qəlbimdə sənin məhəbbətini tapmıram.» Allahın Peyğəmbəri (s) buyurmuşdur:«Ruhlar fəzada bir-biri ilə görüşür və bir-birilərini qoxuyurdular. Bir-birini tanıyanlar bir yerə yığılır və tanış olmayanlar isə ayrılırdılar.»
837. Ruhun halları
2680. İmam Sadiq (ə) (Əbu Bəsirin «Yuxu vaxtı ruh bədəndən çıxırmı?» – sualının cavabında): «Xeyr, ey Əbu Bəsir! Çünki ruh bədəndən ayrılsa bir daha ona qayıtmaz. Ancaq ruh səmanın ortasında günəş kimidir: onun şüası hər yerə saçar.»
2681. İmam Kazim (ə):«İnsan yatanda onun heyvani ruhu bədəndə qalır. Ondan çıxan isə əql ruhudur.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild