5797. Allahın Peyğəmbəri (s): «Mən zarafat edirəm, ancaq haqqdan başqa bir şey demirəm.»
5798. Allahın Peyğəmbəri (s): «Mömin şən və zarafatcıl, münafiq isə qaşqabaqlı və acıqlı olar.»
5799. «Tənbihul-Xəvatir»: Bir qoca qarı Peyğəmbərin (s) yanına gəldi. Peyğəmbər ona buyurdu: «Qocalar cənnətə getməz.» Qoca qarı ağladı. Həzrət buyurdu: «Həmin gün sən qoca olmayacaqsan. Allah-taala buyurub ki, «Biz onları yaradılası kimi yaratdıq və onları gənc qızlar edəcəyik.»
5800. İmam Baqır (ə): «Allah, camaat arasında zarafat və məzəli söhbət edəni sevir. Bir şərtlə ki, (onda) söyüş olmasın.»
5801. İmam Sadiq (ə): «Elə bir mömin yoxdur ki, onda «duabə» olmasın.» (Rəvayətçi deyir). Ərz etdim: «Duabə nədir?» Buyurdu: «Zarafatcıllıq»
5802. İmam Baqir (ə) (Yunis Şeybaniyə xitabən): «Bir-birinizlə zarafat da edirsinizmi?» (Yunis deyir) Ərz etdim: «Bir az.» Buyurdu: «Belə etməyin. Çünki zarafat xoşbəxtlikdəndir və sən bu yolla qardaşını sevindirirsən. Allahın Peyğəmbəri (s) kimsəni sevindirmək üçün onunla zarafat edərdi.»
1643. Zarafatın pislənilməsi.
5803. Allahın Peyğəmbəri (s): «Ey Əli! Zarafat etmə ki, hörmət-ehtiramın aradan getməsin. Yalan da danışma ki, nuraniliyin itməsin.»
5804. Allahın Peyğəmbəri (s): «Çox zarafat etmək abrı aparar.»
5805. İmam Əli (ə): «Əqlinin bir hissəsini çölə atandan başqa, heç kim zarafat etmədi.»
5806. İmam Əli (ə): «Zarafatın yerində kin qalar.»
5807. İmam Əli (ə): «Kim zarafat edərsə, yüngül olar.»
5808. İmam Əli (ə): «Nə qədər çox zarafat var ki, mübahisə ilə nəticələnir.»
5809. İmam Sadiq (ə): «Zarafat kiçik söyüşdür.»
5810. İmam Sadiq (ə): «Zarafat etmə! Çünki nuraniliyin aradan gedər.»
5811. İmam Sadiq (ə): «Kimdən xoşun gəlsə, onunla nə zarafat et, nə də mübahisə.»