Əyləncə və qəflət
+5
Müəllif:
Elya | 4-02-2015, 12:00 | Baxılıb: 769
357. Əyləncə və qəflət
1619. Əyləncə və qəflət.
Qur‘an:
«Bilin ki, dünya həyatı əslində oyun-oyuncaq, əyləncə, bər-bəzək və sizlərin bir-birinə öyünməsidir.»
«Bir alış-veriş, yaxud bir əyləncə gördükdə səni ayaq üstə qoyub ona tərəf cumarlar. De ki, Allahın yanında olan, əyləncə və ticarətdən daha yaxşıdır. Allah ruzi verənlərin ən yaxşısıdır.»
Hədis:
5700. İmam Əli (ə): «Ey camaat! Allahdan qorxun. Çünki heç kəs əbəs yerə yaradılmayıb ki, əyləncə və qəflətdə gününü keçirsin. Özbaşına buraxılmayıb ki, pis işlər görsün.»
5701. İmam Əli (ə): «Əyləncə (və qəflət) axmaqlığın xörəyidir.»
5702. İmam Əli (ə): «Ömrü tələf edən ən pis şey oyundur.»
1620. Əyləncənin nəticələri.
5703. İmam Əli (ə): «Əylənmək mehriban Allahı qəzəbləndirər, şeytanı sevindirər və Qur‘anı yaddan çıxarar.»
5704. İmam Əli (ə): «Əyləncə ciddi qərarları puç edər.»
5705. İmam Əli (ə): «Uğurdan ən uzaq insanlar, əyləncə və zarafat vurğunu olanlardır.»
5706. İmam Əli (ə): «Əyləncə məclisləri (küfr) imanı korlayar.»
5707. İmam Əli (ə): «Əylənməyi çox olanın ağlı az olar.»
1621. İman və əyləncə.
5708. İmam Əli (ə) (Mömini vəsf edərkən): «Boş vaxtı olmaz.»
5709. İmam Həsən (ə): «Mömin əylənməz ki, onun nəticəsində də qəflətdə qalsın. Buna görə onu nə vaxt görsən, qəmgindir.»
5710. İmam Sadiq (ə) (Əylənmək üçün ova gedən kimsəyə): «Möminin belə işləri görməyə vaxtı yoxdur. Axirət axtarışları onu əyləncədən saxlamışdır. Mömin belə işlərin heç birinə çatmaz. Onun əyləncədə nə işi? Eyş-işrət və əyləncələr daşürəklilik və nifaq qoyub gedər.»
1622. Möminin əyləncəsi.
5711. Allahın Peyğəmbəri (s): «Bu üçündən başqa, mömin üçün hər bir əyləncə düzgün deyil: at bəsləmək, kamanla ox atmaq, həyat yoldaşı ilə oyun və zarafat. Çünki bu üç iş haqdır”.
5712. Allahın Peyğəmbəri (s): «Mömin üçün ən yaxşı əyləncə üzgüçülük, qadının ən yaxşı əyləncəsi isə toxumaqdır.»
1623.Əyləncə göyərçini.
5713. İmam Əli (ə): «Peyğəmbər (s) bir kişinin göyərçin uçurtduğunu gördü. Buyurdu: Şeytan şeytanın dalınca gedər.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.