» » » Allahı yad etmək


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 1

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2024    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Allahı yad etmək
    +5
    Müəllif: Elya | 15-02-2016, 12:00 | Baxılıb: 2 370

    149. Allahı yad etmək

    743. Allahı yad etməyin fəziləti

    Qur’an:

    «Ey iman gətirənlər! Mallarınız və övladlarınız sizin fikrinizi Allahı yad etməkdən yayındırmasın. Belə edən kəslər (Əlbəttə,) ziyana uğrayanlardır.»

    Hədis:

    2320. Allahın Peyğəmbəri (s): «Heç bir şeyi Allahı yad etməkdən üstün bilmə. Çünki O, buyurmuşdur: «Allahı yad etmək daha böyükdür.» 

    2321. Allahın Peyğəmbəri (s): «Allah yanında heç bir başqa əməl Allahın xatırlanması qədər sevilən, dünya və axirətdə bəndənin bütün günahlardan xilas olmağında daha tə‘sirli olan heç bir başqa əməl yoxdur.» Ərz etdilər: «Hətta Allah yolunda müharibə etmək də?» Buyurdu: «Əgər Allahı yad etmək olmasaydı, Allah yolunda müharibə əmri verilməzdi.»

    2322. İmam Əli (ə): «Allahı yad etmək (Allahı) sevənlərin ləzzətidir.»

    2323. İmam Əli (ə) : «Yad etmək, sevilən (məşuq) ilə həmsöhbət olmaqdır.» 

    2324. İmam Əli (ə): «Allahı yad etmək hər yaxşı əməl sahibinin adəti və hər bir möminin xasiyyətidir.» 

    744. Allahı çox yad etməyə həvəsləndirmək

    Qur’an:

    «Ey iman gətirənlər! Allahı çox yad edin, Ona hər səhər və axşam təsbih deyin.»

    Hədis:

    2325. Allahın Peyğəmbəri (s): «Çoxlu Qur‘an oxumağı və Allahı çox yad etməyi sənə tövsiyə edirəm. Çünki bu, sənin üçün səmada ad (və şöhrət) və yerdə nurdur.» 

    2326. İmam Əli (ə): «Allahı gizlində yad edən kəs Allahı çox yad etmişdir.»

    2327. İmam Sadiq (ə): «Bacardığınız qədər gecə və gündüz, hər an, hər saat Allahı çox yad edin. Çünki Allah-taala özünü çox yad etməyi əmr etmişdir.» 

    2328. İmam Sadiq (ə): «Xanım Fatimeyi Zəhranın (ə) təsbihi Allah -taalanın «Allahı çox yad edin.» kəlamında buyurduğu həmin çox zikrlərdəndir.» 

    745. Allahı daim yad etməyə həvəsləndirmək

    2329. Allahın Peyğəmbəri (s): «Adəm övladı dünya həyatında Allahın anmadan keçirdiyi hər bir anına görə Qiyamət günü təəssüflənəcək.»

    2330. İmam Əli (ə) Şəban ayının dualarında: «İlahi, məni Səni yad etməyə məftun və divanə et, mənim sə‘yimi Sənin qalib adlarının ruhuna və müqəddəs dərgahına tərəf yönəlt.»

    2331. İmam Əli (ə): «İlahi! Səndən Məhəmməd və onun ismətli Əhli-Beytinə salam göndərməyi və məni daim Səni yad edənlərdən, Sənin əhdini pozmayanlardan etməyini diləyirəm.

    746. Allahı hər bir halda yad etmək yaxşıdır

    Qur’an:

    «Həqiqətən, səmaların və yerin yaranmasında, gecə ilə gündüzün dəyişməsində ağıl sahibləri üçün ibrətlər vardır. O kəslər ki, ayaq üstə, oturaq və yanları üstündə uzanıqlı halda Allahı yad edirlər.»

    Hədis:

    2332. İmam Əlinin (ə) vəfat edərkən oğlu Həsənə (ə) tövsiyyələrindən: «Bütün hallarda Allahı yad et.»

    2333. İmam Sadiq (ə): «Musa (ə) ərz etdi: «Ey Rəbbim! (Bə‘zən) Elə bir halda oluram ki, sənin şənini, məqamını Səni yad etməyimdən daha ali bilirəm.» Allah buyurdu: «Ey Musa! Məni bütün hallarda yad et.»

    747. Allahı yad edənlər

    2334. Allahın Peyğəmbəri (s): «(Allahdan) Qafil olanların arasında Allahı yad edən kəs, fərarilər arasında döyüşən şəxs kimidir.»

    2335. Allahın Peyğəmbəri (s): «Allahı yad edənlərdən başqa hamı dodaqları təşnə halında öləcək.»

    2336. «Biharul-Ənvar»: «Musa ibn İmran (ə) öz Rəbbinə ürək sirlərini açan zaman ərz etdi: «Ey Rəbbim! Məgər Sən məndən uzaqsan ki, Səni səsləyim, ya mənə yaxınsan ki, Səninlə pıçıldaşım?» Allah-taala vəhu etdi:«Mən, Məni yad edən kəsin yoldaşıyam.»

    2337. İmam Əli (ə): «Allahı (daim) yad edən kəsi Allah-taala adlı-sanlı edər.»

    2338. İmam Əli (ə): «Sübhan olan Allahı yad edən kəs, Onunla yoldaşdır.»

    2339. İmam Baqir (ə): «Mömin ayaq üstə, oturaq, ya uzanıqlı halda Allahı yad etməklə məşğul olan zamanadək daim namazdadır. Allah-taala buyurmuşdur: «O kəslər ki, ayaq üstə, oturaq və yanları üstündə uzanıqlı halda Allahı yad edərlər...»

    2340. İmam Sadiq (ə): «Allahı yad edənə ildırım ziyan yetirməz.»

    748. Məni yad edin ki, sizi yad edim

    Qur’an:

    « Məni yad edin ki, Mən sizi yad edim. Mənə şükr edin, Mənə qarşı küfr və nankorluq etməyin»

    Hədis:

    2341. İmam Sadiq (ə): «Allah-taala buyurub: «Ey Adəm ovladı! Öz qəlbində Məni yad et ki, Mən də özümdə səni yad edim. Ey Adəm övladı! Xəlvətdə Məni yad et ki, səni xəlvətdə yad edim. Ey Adəm övladı! Camaat arasında Məni yad et ki, sənin camaatından daha yaxşı camaat arasında səni yad edim.»

    749. Allahı yad etməyin səmərələri

    Qur’an:

    «İman gətirən və qəlbləri Məni yad etməklə rahatlıq tapan kimsələr. Bilin ki, Allahı yad etməklə qəlblər rahatlıq tapar.»

    Hədis:

    2342. Allahın Peyğəmbəri (s): «Allahı yad etmək qəlblərin şəfasıdır.»

    2343. Allahın Peyğəmbəri (s): «Allahı çox yad edən kəs nifaqdan uzaq olar.»

    2344. Allahın Peyğəmbəri (s):«Allah-taala, Onu çox yad edən kəsi sevər.»

    2345. İmam Əli (ə): «Öz qəlbini Allahı həmişə yad etməklə abad edən şəxsin əməlləri gizlində də, aşkarda da gözəl olar.»

    2346. İmam Əli (ə): «Qəlbin islah olmasının və təmizlənməsinin kökü onun Allahı yad etməsindədir.»

    2347. İmam Əli (ə): «Kim pak olan Allahı yad edərsə, Allah-taala onun qəlbini dirildər, əqlini və düşüncəsini işıqlandırar.»

    2348. İmam Əli (ə): «Allahı yad etmək canların qidası (qüvvəsi) və məşuqla həmsöhbət olmaqdır.»

    2349. İmam Əli (ə): « Sənə Allahı yad etməyi tövsiyyə edirəm. Çünki o, qəlblərin nurudur.»

    2350. İmam Əli (ə): «Daim Allahı yad etmək qəlbi və düşüncəni işıqlandırar.»

    2351. İmam Əli (ə): «Sübhan olan Allah özünü yad etməyi qəlbləri cilalayan vasitə etmişdir; qəlblərin ağır eşidən qulaqları Allahı yad etməklə açılar, qəlblərin zəif gözləri onun vasitəsilə işıqlı və iti görən olar, inadkar və dava axtaran qəlblər Allahı yad etməklə ram olarlar.»[2596]

    2352. İmam Əli (ə): «Ey adı dərman və zikri şəfa olan.»

    2353. İmam Əli (ə): «Allahı xatırlamaq, ünsiyyətin açarıdır.

    2354. İmam Əli (ə): «Elə ki gördün, pak olan Allah öz zikrini sənin qəlbinə salıb, (yəqin) bil ki, O səni sevir. Elə ki gördün, sənin qəlbini öz yaratdıqları ilə məşğul edib və öz zikrindən (yadından) ayırıb, bil ki, səndən üz döndərib.»

    2355. İmam Əli (ə): «Allahı yad etmək şeytanı uzaqlaşdırar.»

    2356. İmam Əli (ə): «Allalhı yad etmək sinələri cilalandırar və qəlblərə rahatlıq bəxş edər.»

    2357. İmam Əli (ə): «Allahı yad etmək sinəni genişləndirər.»

    752. Bəzi məxsus məqamlarda Allahı yad etməyə həvəsləndirmək

    1. Düşmənlə üz-üzə gələndə.

    Qur’an:

    «Ey iman gətirənlər! Düşmənlərdən bir dəstə ilə üz-üzə gəldikdə möhkəm olun və Allahı çox yad edin, bəlkə nicat tapasınız.»

    Hədis:

    2358. İmam Əli (ə): «Müharibədə düşməninizlə qarşı-qarşıya gələndə, az söz danışın və Allahı çox yad edin.»

    2. Bazara daxil olanda.

    2359. İmam Əli (ə): «Bazara daxil olarkən insanların (alverlə) məşğul olduğunu görəndə Allahı çox yad edin. Çünki bu əməl günahları aparar, yaxşılıqları artırar və adlarınız qafil olanların sırasında yazılmaz.»
     
    3. Qəmli olanda, hökm verəndə və bölgü zamanı.
     
    2360. Allahın Peyğəmbəri (s): « Sənə qəm-qüssə üz verəndə öz qəminlə Allahı yad et. Hökm vermək istəyəndə Allahı dilinlə zikr et, bir şeyi bölmək istəyəndə Allalhı öz əlinlə yad et.»

    4. Qəzəbli olanda.

    2361. Allahın Peyğəmbəri(s): «Allah-taala öz peyğəmbərlərindən birinə vəhy etdi: «Ey Adəm övladı! Qəzəbli olanda Məni xatırla ki, Mən də qəzəblənəndə səni yad edim və başqaları ilə birlikdə səni məhv etməyim.»[2607]

    5. Tək olanda və ləzzətlər vaxtı.

    2362. İmam Baqir (ə): «Tövratda yazılıb: ...Ey Musa! Tək olanda, ləzzət və şadlıqlar sevinci zamanı Məni yad et ki, qəflətdə olduğun vaxt da Mən səni yad edim.»

    751. Allahı yad etməyin həqiqəti

    2363. Allahın Peyğəmbəri (s): «Kim Allahın əmrinə itaət edərsə -hərçənd namaz qılmağı, oruc tutmağı və Qur‘an oxumağı az olsa da- Allahı yad etmişdir.

    2364. İmam Sadiq (ə) («və Allahı yad etmək daha böyükdür» ayəsi barədə): «Burada məqsəd, Allahın halal və haramı ilə qarşılaşanda Allahı yad etməkdir.»

    2365. İmam Sadiq (ə): «Zikr iki növdür: Qəlblə müvafiq və onunla birlikdə olan xalis zikr, digəri isə Allahdan qeyri bir kəsin zikrini (yad edilməsini) qəlbdən götürən çəkindirici zikrdir.»

    2366. İmam Sadiq (ə): «Əgər Allahı yad edirsənsə, bil ki, bunun səbəbi Onun səni yad etməyindir. O səni yad edir, halbuki səndən ehtiyacsızdır. Beləliklə, Onun səni yad etməyi, sənin Onu yad etməyindən daha qiymətli, daha çox istənilən, daha kamil və daha tezdir... Buna əsasən, Allah-taalanı yad etmək istəyən kəs bilməlidir ki, Allah-taala özünü yad etmək uğurunu bəndənin yadına salmasaydı, bəndənin Onu yad etməyə qüdrəti çatmazdı.»

    2367. İmam Rza (ə): «Allahı yad edən kəs Onun görüşünə tələsməsə özünə rişxənd etmişdir.»

    752. Allahı daim yad etməyə səbəb olan amillər

    2368. «Biharul-Ənvar»: Merac hədisində nəql olunur ki, Allah-taala buyurmuşdur: «Ey Əhməd! Məni daim yad et.» Ərz etdi: «Ey Rəbbim! Səni daim necə yad edim? Buyurdu: «İnsanlardan xəlvətə çəkilməklə, turş və şirin şeylərdən uzaq durmaqla, qarnını və evini dünyadan boş saxlamaqla.»

    2369. İmam Əli (ə): «Hər kəsin sevdiyi şey, onun dilinin əzbəri olar.»

    753. Allahı yad etməkdən saxlayanlar

    Qur’an:

    «Ey iman gətirənlər! Mallarınız və övladlarınız sizi Allahı yad etməkdən yayındırmasın. Kim belə edərsə, (əlbəttə,) ziyana uğrayanlardandır.»

    «Həqiqətən, Şeytan içki və qumarla sizin aranızda ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namaz qılmaqdan çəkindirmək istəyir. Bu işə son qoyacaqsınızmı?»

    Hədis:

    2370. İmam Əli (ə): «Günahların arasında şəhvətə tabe olmaqdan şiddətlisi yoxdur. Buna görə ona itaət etməyin ki, sizi Allahdan qafil edər.»

    2371. İmam Əli (ə): « Səni Allahı yad etməkdən yayındıran hər bir şey qumar (məysir) sayılır.»

    2372. İmam Əli (ə): «Səni Allahın zikrindən yayındıran hər bir şey şeytandandır.»

    2373. İmam Səccad (ə): «Çox yemək, iradə zəifliyi, toxluqdan və qüdrətdən məst olmaq (xeyir) əməldən çəkindirən, onu ləngidən və Allah zikrini unutduran amillərdəndir.»

    754. Allahın zikrini tərk etməyin nəticələri

    Qur’an:

    «Kim Məni yad etməkdən üz döndərsə, yaşayışı sıxıntılı olar və Qiyamət günü onu qəbrdən kor (halda) qaldırarıq»

    «Kim rəhman Allahı yad etməkdən boyun qaçırsa, Biz ona şeytanı ürcah edərik ki, onunla yoldaşlıq etsin.»

    «Allahı unutduqlarına görə, Allahın da onların özlərini-özlərinə unutdurduğu kəslər kimi olmayın. Fasiqlər elə onlardır.»

    Hədis:

    2374. İmam Əli (ə): «Kim pak olan Allahı unutsa, Allah-taala özünü o kəsə unutdurar və qəlbini kor edər.»

    755. Alalhı gizlində yad etmək

    Qur’an:

    «Rəbbini hər sübh və axşam öz qəlbində yalvarışla, qorxu ilə, səsini ucaltmadan yad et və qafillərdən olma.»

    Hədis:

    2375. Allahın Peyğəmbəri (s): «Ən yaxşı zikr gizli zikrdir.»

    2376. İmam Baqir (ə) və ya İmam Sadiq (ə): «Mələk yalnız eşitdiyini yazar. Allah-taala buyurmuşdur:«və Rəbbini öz qəlbində yad et...» Bəndənin bu daxili zikrinin savabının (ölçüsünü) Allahdan başqa heç kim bilmir.»
     
     Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild
     
     
     
    Bölmə: Hədislər / Hədislər-yazılı
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 15 Şubat 2016 23:33 | İstifadəçi | Şərh yazdı
    Allah sen ozun bizleri oz sevdiyin bendelerden qerar ver ve qiyamete qeder Allahin duzgun yolundan azdirma ,her zaman Allaha sukur edenlerden qerar ver in sa Allah ,cox sag ol bacim cox gozel hedislerdir.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Ali Ragimov | Status: İstifadəçi Offline | 15 Şubat 2016 21:13 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAH RAZI OLSUN COX GOZEL YAZAN ELLERINIZ HEMISE VAR OLSUN
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.