Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Məhəbbət
    +5
    Müəllif: Elya | 17-09-2015, 12:00 | Baxılıb: 1 748
     
     

    85. Məhəbbət
     
    414. Dostluq bir növ qohumluqdur.

    1315. İmam Əli (ə):«Dostluq qazanılan qohumluqdur.»
    1316. İmam Əli (ə):«Qohumluğun dostluğa daha çox ehtiyacı var, nəinki dostluğun qohumluğa.»
     
    415. Dostluq yaradan səbəblər.

    1317. İmam Əli (ə):«Üç xasiyyət dostluğu çəkib gətirər: gözəl əxlaq, mehribanlıq və təvazökarlıq.»
    1318. İmam Sadiq (ə):«Üç şey dostluq yaradar; dindarlıq, təvazökarlıq və səxavət.»
     
    416. Dostluğa layiq olmayanlar.

    Qur’an:

    «Allaha və Qiyamət gününə inanan elə bir camaat tapmazsan ki, Allaha və Onun peyğəmbərinə qarşı çıxanlara məhəbbət bəsləsin. Hərçənd, bu müxaliflər onların ataları, ya övladları və ya qardaşları və yaxud həmqəbilələri olsalar belə. Onlardır, Allah-taalanın qəlblərində iman (həqiqətin) həkk etdiyi.»

    Hədis:  

    1319. İmam Əli (ə):«Avam insanın dostluğu dağılan buluda və səhrada gözdən itən ilğıma bənzər.»
    1320. İmam Əli (ə):«Bədəməl insanların dostluq ipləri, hər bir başqa dostluqdan daha tez qırılar.»
    1321. İmam Əli (ə):«Məbada, Allahın düşmənləri ilə dostluq edəsən, ya da qəlbini Allahın dostlarından qeyrisinə bağlayasan. Çünki, Qiyamət günü hər kəs sevdiyi insanlarla birgə məhşər ayağına çəkiləcək.»
     
    417. Məhəbbət tanımağın qarşısını alar.

    1322. Allahın Peyğəmbəri (s):«Bir şeyə məhəbbətin səni kor və kar edər.»
    1323. İmam Əli (ə):«Aşiqin gözü məşuqun eyblərini görməyə kor, qulağı onun pislikləri barədə eşitməyə kardır.»
     
    418. Məhəbbətin nişanəsi.

    1324. İmam Əli (ə):«Səni sevən kəs, (səni) pisliklərdən çəkindirər.»
    1325. İmam Əli (ə):«Hər kəsin sevdiyi şey onun dilinin əzbəri olar.»
     
    419. Möminlərin Allaha böyük məhəbbəti

    Qur’an:  

    «De: Əgər sizin atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, qohum-əqrəbanız, qazandığınız mal-dövlətiniz, kasadlığından qorxduğunuz ticarət və xoşunuza gələn evləriniz sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihad etməkdən daha əzizdirsə, onda Allahın əmrini gözləyin. Allah fasiqləri doğru yola yönəltməz.»  
    «Bəzi insanlar (bəzilərini) Allaha tay bilir və onları Allahı sevdikləri qədər sevirlər. Amma möminlər Allahı daha çox sevirlər. Zülm edənlər Allahın əzabını görəndə bütün güc-qüdrətin yalnız Allaha məxsus olduğunu və hər an Allahın əzabının çox ağır olduğunu  dərk edirlər.»

    Hədis:  

    1326. İmam Hüseyn (ə) duada: «Ey Allahım, Səndən başqa bir kimsəni sevməsinlər deyə Öz dostlarının qəlbindən başqalarının məhəbbətini çıxaran Sənsən, … Səni itirən nəyi tapmışdır? Səni tapan nəyi itirmişdir? Sənin əvəzinə başqası ilə razı olan zərər edib uduzmuşdur.»
    1327. İmam Sadiq (ə):«İnsanın Allaha olan imanı yalnız o zaman xalis olar ki, Allahı özündən, ata-anasından, övladından, zövcəsindən, malından və bütün camaatdan daha çox sevsin.»
    1328. İmam Sadiq (ə):«Qəlb–Allahın hərəmidir. Allahın hərəmində Allahdan qeyrisinə yer
    vermə.»

    1329 İmam Sadiq (ə): «(Allaha) Məhəbbət (Allahdan olan) qorxudan üstündür.»
     
    420. İlahi məhəbbətin amilləri.

    1330. «İrşadul qulub»:Merac hədisində nəql olunur ki, «Ey Məhəmməd! Mənə görə biri-birinə məhəbbət bəsləyənlərin Mənim məhəbbətimə haqları var. Mənə görə öz aralarında mehriban olanların Mənim məhəbbətimə haqları var. Mənə görə biri-biri ilə əlaqə yaradanların Mənim məhəbbətimə haqları var. Mənə təvəkkül edənlərin mənim məhəbbətimə haqları var. Mənim məhəbbətimin nə bir nişanəsi, nə sonu, nə həddi var. Onlar üçün bir nişanə ucaltsam, bir nişanə də endirərəm.»
    1331. İmam Sadiq (ə):«Allah-taala buyurmuşdur:«Bəndəm Mənim məhəbbətimi onun üçün vacib etdiyim əməllər qədər heç bir digər sevimli vasitə ilə qazana bilməz.»
    1332. İmam Sadiq (ə):«Mömin dünyadan kənar duran zaman ali məqama yüksələr, Allah məhəbbətinin şirinliyini dadar və dünyapərəstlərin nəzərində divanə kimi tanınar. Halbuki, Allah məhəbbətinin şirinliyi onların (möminlərin) vücudu ilə qarışmışdır və buna görə qəlblərini Allahdan başqa heç bir şeyə bağlamamışlar.»
     
    421. Allahın sevdiyi bəndələr

    Qur’an:

    «Həqiqətən, Allah yaxşı əməl sahiblərini sevir.»
    «Həqiqətən, Allah tövbə edənləri və pak olanları sevər.»
    «Bəli, kim əhdinə vəfalı olsa və Allahdan qorxsa... Həqiqətən, Allah təqvalıları (Allahdan qorxanları) sevər.»
    «Həqiqətən, Allah dözümlüləri sevər.»
    «Həqiqətən, Allah təvəkkül edənləri sevər.»
    «Allah-taala ədalətli olanları sevər.»
    «Həqiqətən, Allah-taala qurğuşunla hörülmüş divar kimi sıraya düzülərək Allah yolunda cihad edən kəsləri sevər.»

    Hədis:

    1333. Allahın Peyğəmbəri (s):«Allah həyalı, təmkinli, namuslu və iradəli insanı sevər.»
    1334. İmam Səccad (ə):«Allah hər bir kədərli qəlbi və hər şükr edən bəndəni sevər.»
    1335. İmam Baqir (ə):«Allah-taala dilinə pis sözlər gətirmədən camaatla zarafat edən, tovhid əqidəsində olan, səbri öz vücudunun zinətinə çevirən və namaz qılmaqla fəxr edən kimsəni sevər.»
     
    422. Allahın sevmədiyi kəslər

    Qur’an:

    «Sizinlə müharibə edən kəslərlə, siz Allah yolunda müharibə edin, amma (Allahın qoyduğu) həddi aşmayın. Allah həddini aşanları sevməz.»
    «Allah fəsad törədənləri sevməz.»
    «Həqiqətən, Allah israf edənləri sevməz.»

    «Həqiqətən, Allah təkəbbürlüləri sevməz.»

     
    423. Allahın ən çox sevdiyi insanlar

    1336. Allahın Peyğəmbəri (s):«Allahın ən sevimli bəndələri insanlar üçün daha xeyirli olanlar və Allahın haqqını yerinə yetirməyə daha çox çalışanlar, həmişə xeyir işlər görmək və yaxşılıq etmək istəyənlərdir.»
    1337. İmam Sadiq (ə):«Allahın ən çox sevdiyi insan doğru danışan, namazında  və Allahın ona vacib etdiyi əməllərdə diqqətli olan və əmanəti sahibinə qaytarandır.»
     
    424. Allah məhəbbətinin nişanələri.

    Qur’an:

    «(Ey Peyğəmbər) De: Əgər Allahı sevirsinizsə mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayan və mehribandır.»

    Hədis:  

    1338. İmam Əli (ə):«Allah-taala bəndəni sevən zaman ibadət məhəbbətini onun qəlbinə salar.»
    1339. İmam Sadiq (ə):«Allahın məhəbbətini hiss etdiyindən sevinən bəndə gərək Allahın əmrinə itaət etsin və bizə tabe olsun. Məgər Allahın öz Peyğəmbərinə «De: Əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və…» buyurduğunu eşitməmisən?»  
     
    425. Allah yanında bəndənin məqamının meyarı

    1340. İmam Sadiq (ə):«Allah yanında öz məqamını bilmək istəyən kəs, Allahın onun yanında məqamına baxsın. Çünki, bəndənin Allah yanında məqamı, Allahın bəndənin qəlbində olan məqamı qədərdir.»
     
     
    426. İnsanda ilahi məhəbbətin nişanəsi

    1341. Allahın Peyğəmbəri (s):«İnsanda Allah məhəbbətinin nişanəsi daim Allahı zikr etmək istəyi və Allaha məhəbbətin olmamasının əlaməti Allahı zikr etməkdən xoşu gəlməməsidir.»
    1342. İmam Sadiq (ə):«Allah-taala Musa peyğəmbərə (s) vəhy nazil etdi: Gecə düşdükdə ibadətimdən qafil olub yuxuya gedən kəs, əgər Məni sevdiyini güman edərsə, yalan söyləmişdir. Məgər aşiq öz sevgilisi ilə bir xəlvətə çəkilmək istəməzmi?!»
     
    427. Ən ali məqam

    1343. Allahın Peyğəmbəri (s):«Bəndəm vacib buyurulanları yerinə yetirmək qədər heç bir digər sevimli vasitələrlə Mənim məhəbbətimi qazana bilməz. Bəndəm müstəhəb əməllər vasitəsilə Mənim məhəbbətimə o dərəcədə zəmin yaradar ki, mənim məhbubuma çevrilər. Elə ki, onu sevdim dönüb onun eşidən qulağı, görən gözü, danışan dili, qüvvətli əli və yeriyən ayağı olaram. Məni çağıran zaman ona cavab verər, Məndən nə istəsə ona bəxşiş edərəm.»
     
    428. Allah məhəbbəti ilə dünya məhəbbətinin bir yerə sığmaması

    1344. Allahın Peyğəmbəri (s):«Dünya məhəbbəti ilə Allah məhəbbəti heç vaxt bir qəlbdə cəm ola bilməz.»
    1345. İmam Sadiq (ə):«And olsun Allaha, dünyanı sevən və bizdən (Əhli-Beytdən) qeyrisinin məhəbbətinə qəlbində yer verən kəs, Allahı sevməmişdir.»
     
    429. Allah məhəbbətinin yaranmasına həvəsləndirmək

    1346. Allahın Peyğəmbəri (s): «Allah-taala Davuda (s.ə) buyurdu:«Məni sev və xəlq etdiklərimə Məni sevdir.» Davud (ə) ərz etdi:«Ey Rəbbim! Mən ki, Səni sevirəm, amma yaratdıqlarına Səni necə sevdirim». Buyurdu:«Onlara bəxş etdiyim nemətləri yadlarına sal. Yaxşılıqlarımı yadlarına salsan Məni sevərlər.»
     
     
    430. Allaha xatir sevmək

    1347. Allahın Peyğəmbəri (s):«İşlərin ən yaxşısı Allaha xatir dost və Allaha xatir düşmən olmaqdır.»
    1348. Allahın Peyğəmbəri (s) öz səhabələrindən birinə buyurmuşdur: «Ey Allahın bəndəsi! Allaha xatir sev və Allaha xatir nifrət bəslə, Allaha xatir dostluq et və Allaha xatir düşmənçilik et. Çünki, Allahın məhəbbətini bunlardan qeyri vasitələrlə qazanmaq mümkün deyil. İnsan belə etməsə, nə qədər çatar.

    434.İnsan sevdiyi kəslə birgədir


    1360.Allahın Peyğəmbəri (s):«İnsan sevdiyi kəslə bir yerdədir.»

    1361. «Kənzul Ummal»:«Bir kişi Allahın Rəsulundan (s) Qiyamət barəsində soruşdu. Həzrət (s) buyurdu:«O gün üçün nə hazırlıq görmüsən?» Ərz etdi:«Allaha və Onun Rəsuluna məhəbbətdən başqa elə bir əhəmiyyətli şey hazırlamamışam.» Həzrət (s) buyurdu:«Bəs, sən sevdiyin kəslə birlikdəsən?»
     
    Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-ci cild

     
     
    Bölmə: Hədislər / Hədislər-yazılı
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.