Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
20.Möminlər bir-birləri ilə qardaşdır.
Qur’an:
«Həqiqətən möminlər bir-birləri ilə qardaşdırlar. Buna görə də qardaşlarınızın arasında sülh yaradın və Allahdan qorxun ki, bəlkə rəhm olunasınız.»[54]
Hədis:
43.Allahın Peyğəmbəri (s):«Möminlər qardaşdırlar, qanları bərabərdir və başqalarının qarşısında əlbirdirlər. Onların ən aşağı olanı bir şəxsi hamısının amanına daxil edə bilər.»
44.İmam Əli (ə):«Nə çox qardaşın ki, onları sənin anan doğmayıb.»
45.İmam Baqir (ə):«Mömin möminin doğma qardaşıdır.»
46.İmam Sadiq (ə):«Mömin möminin qardaşı, onun gözü və bələdçisidir. Ona xəyanət və zülm etməz, aldatmaz və ona əməl etməyəcəyi və’di verməz.»
47. İmam Sadiq (ə):«Mömin möminin qardaşıdır.Eyni ilə bir bədən kimidirlər.Onun bir üzvü ağrıyanda digər üzvlər də həmin ağrını hiss edərlər. Onların ruhları bir ruhdandır.»
21.Həqiqi qardaşlar.
48.Allahın Peyğəmbəri (s):«Qardaşlarınızın sayını artırın. Çünki Qiyamətdə hər bir mömin şəfaət edəcək.»
49.İmam Əli (ə):«Həqiqi qardaş və yoldaşlarını qoru. Çünki onlar asayiş dövrünün ehtiyatı, bəla günlərinin qalxanıdırlar.»
22.Qardaşları sevmək.
50.İmam Əli (ə):«Qardaşın (səninlə) dostluqda səndən güclü olmasın.»
51.İmam Əli (ə):«Qardaşları, onların pəhrizkarlıqları qədərincə sev.»
52.İmam Sadiq (ə):«İnsanın dinsevərliyinin nişanələrindən biri onun qardaşını sevməsidir.»
23.Dostluğun davamlılığına səbəb olan amillər.
53.İmam Sadiq (ə):«Ey Nö’manın oğlu! Əgər qardaşının səninlə olan dostluğunun xalis olmasını istəyirsənsə, onunla (yersiz) zarafat etmə, mübahisə etməkdən çəkin, ona öyünmə və onunla dava etmə.»
54.İmam Sadiq (ə):«Qardaşlar öz aralarında üç şeyə möhtacdırlar ki, əgər onları yerinə yetirsələr dostluqları davamlı olacaq, əks halda isə bir-birlərindən ayrılacaq və düşmən olacaqlar. Həmin üç şey bunlardır: bir-birinə qarşı insaflı olmaq, bir-birinə qarşı mehriban olmaq və bir-birinə paxıllıq etməmək.»
24.Allaha xatir dostluq və qardaşlıq etmək.
55.Allahın Peyğəmbəri (s):«Uca Allaha xatir sevdiyin qardaşının üzünə baxmaq ibadətdir.»
56.Allahın Peyğəmbəri (s):«Müsəlman şəxs İslamın xeyrini əldə etdikdən sonra Allaha görə əldə etdiyi dost kimi bir xeyir əldə etməyib.»
57.İmam Əli (ə):«Allaha görə qardaşlıq etmək məhəbbəti saflaşdırır.»
58.İmam Əli (ə):«Allaha görə dostluq edənlərin dostluqları davamlı olar, çünki həmin dostluğa səbəb olan amil həmişə mövcuddur.»
59.İmam Əli (ə):«Allah yolunda qardaşlıq etməklə qardaşlıq bar verir.»
25.Dünyaya görə qardaş olmaq.
60.İmam Əli (ə):«Dostluğu Allaha görə olmayan kəsdən çəkin. Çünki onun dostluğu alçaqlıq, onunla yoldaşlıq etmək nəhs və bərəkətsizdir.»
26.Qardaşa olan məhəbbəti biruzə vermək.
63. Allahın Peyğəmbəri (s):«Dost və ya qardaşınızı sevən zaman (məhəbbətinizi) ona biruzə verin.»
64. Əbul Bilad:«Əbu Cəfərlə (İmam Baqir) (ə) Əbu Abdullah (İmam Sadiq (ə)) məsciddə oturmuşdular. Oradan bir kişi keçdi. Əbu Cəfərlə (ə) oturanlardan biri dedi:«Vallah mən bu kişini çox istəyirəm.» Əbu Cəfər (ə) buyurdu:«Elə isə ona bildir. Çünki, məhəbbəti biruzə vermək dostluğu davamlı və bərqərar edər, hüsnü-rəğbət və ülfəti artırar.»
27.Qardaşı (din qardaşını) sevmək onun da qardaşını sevməsinin nişanəsidir.
65.İmam Əli (ə):«Dostluq və məhəbbətləri qəlblərdən soruşun. Çünki qəlblər rüşvət qəbul etməyən şahidlərdir.»
66.İmam Baqir (ə):«Qardaşının qəlbində sənə olan məhəbbətini, sənin öz qəlbində ona qarşı olan məhəbbətdən başa düş.»
67.İmam Hadi (ə):«İncitdiyin kəsdə səfa-səmimiyyət axtarma və bədbinlik oxun ilə nişan aldığın kəsdən xeyirxahlıq umma. Çünki, sənin qəlbin başqalarına münasibətdə necədirsə başqalarının da qəlbi sənə qarşı elədir.»
28.Qardaşlarla əlaqəni kəsmək.
68.İmam Əli (ə):«Qardaşınla əlaqəni kəsmək istəyəndə öz dostluğundan ona bir az qalıq saxla ki, bir gün həmin miqdar ona məlum olanda ona qayıtsın.» (Onun arxasınca bütün körpüləri uçurtma, onun qayıtması və yenidən birləşməsi üçün bir yer saxla.)
69.İmam Əli (ə):«Birləşəndən sonra əlaqəni kəsmək, qardaşlıqdan sonra cəfakarlıq və dostluqdan sonra düşmənçilik necə də pisdir.»
70.İmam Sadiq (ə):«Öz dostluq və məhəbbətini münasib yerə qoymayan kəs əlaqənin kəsilməsi təhlükəsi qarşısındadır.»
29.Qardaşlarla əlaqə yaratmaq
71.İmam Əli (ə): Gərək qardaşının əlaqəni kəsmək imkanı sənin ona birləşmək imkanından çox olmasın. Həmçinin gərək onun pislik etmək qüdrəti sənin yaxşılıq etmək qüdrətindən artıq olmasın.»
72. İmam Hüseyn (ə):«Əlaqə yaratmaqda ən güclü şəxs, onunla əlaqəsini kəsmiş şəxslə əlaqə yaradan şəxsdir.»
30.Qardaşların növləri.
73.Allahın Peyğəmbəri (s): «Axirəzzamanda ən az tapılan şey etibarlı dost və ya halal bir dirhəm olacaq.»
74.İmam Sadiq (ə):«Qardaşlar üç dəstədirlər: Biri yemək kimidir ki, ona həmişə ehtiyac var və o, ağıllı şəxsdir. İkincisi dərd kimidir və o, ağılsız şəxsdir. Üçüncüsü dərman kimidir və o, müdrik şəxsdir.»
75.İmam Sadiq (ə):«Qardaşlar üç dəstədirlər: (Biri) canı ilə yoldaşlıq edən, digəri isə malı ilə kömək edən. Bu iki dəstə qardaşlığında düz və sadiqdir. Üçüncüsü isə səndən gündəlik dolanacağını alan şəxsdir. O səni az bir ləzzət və kef üçün istəyir. Ona etimad etmə!
31.Çəkinilməli qardaşlıq və dostluqlar
76.İmam Əli (ə):«Ona dözməli olduğun kəs sənin qardaşın deyil.»
77.İmam Əli (ə):«Sənin yaxşılıqlarını ört-basdır edib nöqsanlarını yayan kəslə qardaşlıq etmə.»
78.İmam Baqir (ə):«Zəngin olanda səni sayan, yoxsullaşanda isə səni tərk edən kəs necə də pis qardaşdır.»
79.İmam Baqir (ə):«Dörd nəfərlə - ağılsız, xəsis, qorxaq və yalançı ilə yoldaşlıq və qardaşlıq etmə!»
80.İmam Sadiq (ə):«Səni tamah saldığı şeyə görə, yaxud nədənsə qorxduğu üçün və ya nəyəsə meyl saldığına görə yaxud da yeyib-içməyə görə istəyən kəslə qardaşlıq etməkdən uzaq ol və pərhizkarlarla qardaşlıq etmək axtarışında ol, hətta əgər onları axtarmaq üçün yerin dərinliklərinə daxil olmalı və ömrünü bu yolda sərf etməli olsan belə!»
32.Köhnə qardaşlıqların qorunub saxlanılması
81.Allahın Peyğəmbəri(s):«Uca Allah köhnə qardaşlıqların davam etməsini sevir. Buna görə də onu davam etdirin.»
82.«İmam Əli (ə):«Hər şeyin təzəsini seç, qardaşların isə ən köhnəsini.»
33.Həqiqi qardaşlıq.
83.İmam Əli (ə):«Sənin həqiqi qardaşın xətandan keçən, ehtiyacını təmin edən, üzrünü qəbul edən, eyblərinin üstünü örtən, qorxunu səndən uzaqlaşdıran və arzunu yerinə yetirən kəsdir.»
84.İmam Əli (ə):«Sənin qardaşın o kəsdir ki, çətinlik zamanı səni tək qoymasın, günah zamanı səndən xəbərsiz olmasın və bir şey soruşanda səni aldatmasın.»
34.Qardaş seçmək.
85.İmam Əli (ə):«Hər səhvə görə qardaşlarından ayrılan kəsin dostları azalar.»
86.İmam Sadiq (ə):«Ancaq heç bir eybi olmayan kəs ilə qardaşlıq edən şəxsin dostları az olar.»
35.Qardaşın xətasına dözmək.
87.İmam Əli (ə):«Dostunun xətasına düşməninin yürüş etdiyi zamana görə döz.»
88.İmam Əli (ə):«Xətalara dözmək dostların zinətidir.»
89.İmam Əli (ə):«Dostun xətasına dözməyən kəs tək ölər.»
36.Qardaşların ən yaxşısı.
90.Allahın Peyğəmbəri(s):«Sənin ən yaxşı qardaşın Allahın itaəti yolunda sənə kömək edən, Ona itaətsizlikdən saxlayan və sənə Onun razılığı olan şeyi əmr edəndir.»
91.İmam Əli (ə):«Ən yaxşı qardaş öyüd-nəsihət verməkdə az güzəştə gedən kəsdir.»
92.İmam Əli (ə):«Sənin ən yaxşı qardaşın sənə kömək edən, ondan yaxşısı sənə kifayət edən və sənə möhtac olanda səndən keçəndir.»
93.İmam Əli (ə):«Ən yaxşı qardaş dostluğu Allaha görə olan kəsdir.»
94.İmam Əli (ə):«Sənin ən yaxşı qardaşın o kəsdir ki, yaxşı işlər görməyə tələsir və səni də xeyirxahlığa çəkir, sənə yaxşı olmaq göstərişi verir və onun yerinə yetirilməsində sənə kömək edir.»
95.İmam Əli (ə):«Sənin ən yaxşı qardaşın səni haqq yolda ən çox qəzəbləndirəndir.»
96.İmam Əli (ə):«Qardaşların ən yaxşısı öz qardaşlarını başqalarına möhtac etməyən kəsdir.»
97.İmam Sadiq (ə):«Qardaşlarımın ən sevimlisi eyblərimi mənə hədiyyə edən kəsdir.»
37.Qardaşların ən pisi.
98.İmam Əli (ə): «Ən pis qardaş insanın zəhmət və çətinliyə düşməsinə
səbəb olan kəsdir.»
99.Məani əl-Əxbar:«Əmirəl-möminindən soruşdular ki: ən pis yoldaş kimdir?» Buyurdu:«Allaha qarşı itaətsizliyi sənin gözündə gözəl göstərən kəs!»
38.Qardaşları sınamaq.
100.Allahın Peyğəmbəri(s):«Əgər qardaşında üç xislət görsən ona ümid bağla: həya, əmanətçilik, düzlük. Əgər bu üç xisləti görməsən ona ümid bağlama.»
101.İmam Əli (ə):«Kim düzgün sınaqdan sonra özünə bir qardaş seçsə dostluğu davamlı və möhkəm olar. Kim sınaqsız özünə bir qardaş seçsə pislərlə yoldaşlıq etmək məcburiyyətində qalar.»
102.İmam Sadiq (ə):«Qardaşlarınızı iki xislət ilə sınayın. Əgər həmin xislətlərə malik olsalar onlarla yoldaşlıq et və əks təqdirdə onlardan uzaqlaş, uzaqlaş, uzaqlaş! (həmin iki xislət bunlardır:) Namazı öz vaxtında qılmağa bağlılıq və qardaşlara çətin və rahat günlərdə yaxşılıq etmək.»
39.Qardaşlara yol göstərmək.
103.Allahın Peyğəmbəri(s):«Mömin öz mömin qardaşının güzgüsüdür. (Qardaşı) yanında olmayanda onun yaxşılığını istəyər. O yanında olanda isə xoşagəlməz işləri ondan uzaqlaşdırar.»
104.İmam Əli (ə):«Öz qardaşına gizlində öyüd-nəsihət verən kəs onu zinətləndirib, aşkar öyüd-nəsihət verən kəs isə onu bədnam və rüsvay edib.»
105.İmam Sadiq (ə):«Qardaşını xoşagəlməz bir işə düçar görüb həmin işi ondan uzaqlaşdırmaq imkanı ola-ola belə etməyən kəs, şübhəsiz ki, ona xəyanət edib.»
40.Qardaşlara hörmət.
106.Allahın Peyğəmbəri(s):«Ümmətimdən hansı bəndə öz din qardaşına mehribançılıq və məhəbbət göstərsə, Allah ona qulluq etmək üçün Cənnət qulluqçularından bir qulluqçu göndərər.»
107.İmam Sadiq (ə):«Yanına gələn müsəlman qardaşına ehtiram göstərən kəs əslində böyük Allaha hörmət göstərib.»
41.Qardaşların ehtiyaclarını aradan qaldırmaq.
108.İmam Əli (ə):«Sizlərdən hər biriniz qardaşının ehtiyacının olmasını bilən zaman (gərək) istəmək (ağız və ya əl açmaq) zəhmətini onun çiynindən götürsün.»
109.İmam Sadiq (ə):«Nə qədər ki, mömin öz qardaşına kömək edir Allah da ona yardım edər.»
110.İmam Sadiq (ə):«Kim öz mömin qardaşının bir ehtiyacını təmin etsə, Allah-taala Qiyamət günü onun yüz min ehtiyacını təmin edər.»
111.İmam Sadiq (ə):«İnsanın qardaşına etimad etməsi üçün öz ehtiyacını ona deməsi kifayətdir.»
42. Qardaşlığın qaydaları.
112.Allahın Peyğəmbəri(s):«Sizlərdən biri kiminləsə qardaşlıq etmək istəyəndə gərək onun öz adını, atasının və qəbiləsinin adını, həmçinin onun yaşayış yerini soruşsun. Çünki bu iş, lazımı haqlardan və qardaşlığın səfa-səmimiyyətinə səbəb olan amillərdəndir. Əks təqdirdə bu dostluq ağılsızcasına olan bir dostluqdur.»
113.Allahın Peyğəmbəri(s):«Qardaşınla gülərüz görüş.»
114.Biharul-ənvar:«Allahın Peyğəmbəri (s) öz qardaşlarından birini üç gün görməyəndə onun halını xəbər alırdı. Əgər qardaşı şəhərdə olmasaydı ona dua edərdi, şəhərdə olsaydı görüşünə gedərdi və əgər xəstə olsaydı ona baş çəkərdi.»
Mizanul-Hikmət kitabı 1-ci cild
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |