Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
237 Sülh
1111. Müharibə vaxtı sülh
Quran:
«Əgər sülhə meyl etsələr, sən də sülhə doğru get və Allaha təvəkkül et ki, Allah eşidən və biləndir.»
Hədis:
3582. İmam Əli (ə): «İslama zəiflik gətirməyən halda, mən sülhü müharibədən daha faydalı bilirəm.»
3583. İmam Əli (ə) (Malik Əştəri Misirə vali təyin etdiyi fərmanından): «Əgər düşmən səni sülhə çağırsa və Allahın razılığı bunda olsa, onu rədd etmə. Çünki sülh, qoşununun və sənin özünün qüssələrdən rahat, asudə olmağının və vətəninin əmin-amanlığının mənşəyidir. Amma sulhdən sonra düşmənindən çox ehtiyatlı və agah ol. Belə ki, bəzən düşmən qəflətən hücum etmək üçün özünü sənə yaxınlaşdırar. Beləliklə, ehtyiatlı və uzaqgörən ol, düşmənə arxayın və nikbin olma.»
1112. İmam Həsənin (ə) sülhü
3584. İmam Əli(ə): (ibn Mülcəmin qılınc zərbəsindən sonra öz alicənab oğlu Həsənə (ə) tövsiyəsindən): «Bil ki, Muaviyə mənə müxalif olduğu kimi sənin də əleyhinə çıxacaqdır. Beləliklə, əgər onunla sülhə və barışığa gəlsən, Bəni Zömrə və Bəni Əşcə qəbilələri ilə sülh bağlayan cəddin peyğəmbərin (s) yolunu getmiş olarsan. Düşməninlə müharibə etmək istəsən, (bil ki,) atanın tərəfdarlarında olan xeyir və vəfalılıq heç vaxt sənin tərəfdarlarında olmayacaq.»
3585. İmam Sadiq (ə): «Həsən ibn Əli (ə) özünə qarşı sui-qəsddən sonra o Həzrətin (ə) ardıcılları onunla mübahisəyə qalxanda xilafət işini Müaviyəyə təhvil verdi. Bu vaxt onun şiələri Həzrətə(ə) belə salam verdilər: Salam olsun sənə, ey möminləri xar edən. Həzrət (ə) buyurdu: Mən möminləri xar edən deyiləm, əslində möminlərə izzət bəxş edənəm. Sizin düşmən muqabilində qüdrətiniz olmadığını görəndə işi ona təhvil verdim ki, mən və siz onların arasında olaq. Belə ki, o müdrik (Xızır peyğəmbər (ə)) gəminin öz sahiblərinə qalmasından ötrü onu deşdiyi kimi, onların arasında qalmağımız üçün mənim və sizin əhvalatınız də buna bənzər.»
1113. İnsanlar arasında barışıq yaratmağın əhəmiyyəti
Quran:
«Həqiqətən, möminlər bir-biri ilə qardaşdır. Buna görə də qardaşlar arasında barışıq yaradın və Allahdan qorxun. Ümid var ki, Allah sizə rəhm etsin.»
«Onların pıçıldaşmalarının çoxunda bir xeyir yoxdur, yalnız sədəqə verməyi, ya yaxşı iş görməyi, ya da insanlar arasında sülh yaratmağı əmr edənlərdən başqa. Kim Allah razılığına xatir belə edərsə, tezliklə ona böyük mükafat verərik.»
Hədis:
3586. Allahın Peyğəmbəri(s): «Sizə namazdan, orucdan, sədəqədən (zəkatdan) daha fəzilətli bir şeydən xəbər verimmi? Bu, insanlar arasında sülh yaratmaqdır. Çünki insanlar arasında əlaqənin pozulması ölümə və dinin aradan götürülməsinə bərabərdir.»
3587. İmam Sadiq (ə): «İnsanlar Bir-birilə ixtilafa və düşmənçiliyə düçar olanda onların arasında sülh yaratmaq, bir-birlərindən uzaqlaşan zaman onları yaxınlaşdırmaq, Allahın sevdiyi bir sədəqədir.»
3588. İmam Sadiq (ə): (Müfəzzələ xitabən): «Bizim şiələrdən iki nəfərin çəkişdiyini gördükdə, mənim malımdan ixtilafa səbəb olan xərci ödəməklə, onların arasında barışıq yarat.»
1114. Barışıq xatirinə yalana icazə verilməsi
3589. İmam Sadiq (ə): «Barışıq yaradan yalançı deyil.»
3590. İmam Sadiq (ə): «Söz üç növdür: doğru, yalan və insanlar arasında sülh yaratmaq üçün deyilən söz.» İmama (ə) dedilər: «Sənə fəda olaq, insanlar arasında sülh yaratmaq nədir?» Buyurdu: «Bir nəfərin digəri barədə, həmin şəxsin qulağına çatarsa onun narahatçılığına səbəb ola biləcək sözlər dediyini eşitdikdə, sən o biri şəxsi görəndə «filankəsin, sənin yaxşılığın barədə …. dediyini eşitdim.» deyərsən.»
Mənbə: Mizanul-hikmət (xülasəsi) 2-ci cild
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |