Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Vilayət
    0
    Müəllif: Elya | 28-03-2015, 12:00 | Baxılıb: 1 937
     
     
    416. Vilayət 
     
    1879. Ulul-əmr (əmr sahibləri)
    Qur‘an:
    «Ey iman gətirənlər! Allaha itaət edin və peyğəmbərin və öz əmək sahiblərinizin əmrlərinə tabe olun. Bir işdə ixtilafa düşsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha (kitabına) və Onun peyğəmbərinə tapşırın. Bu daha yaxşı və müsbət sonluqludur.»
    Hədis:
    6779. Cabir ibn Abdulla Ənsari: «Allah «Rəbbinizə itaət edin və öz peyğəmbərləriniz, əmr sahiblərinizə tabe olun» ayəsini Öz peyğəmbəri Məhəmmədə (s) nazil etdikdə ərz etdim: Ey Allahın Peyğəmbəri! Allah və onun peyğəmbəri bizə məlumdur. Ancaq ona itaəti Özünə itaətlə əlaqələndirdiyi əmr sahibləri kimlərdir? Peyğəmbər buyurdu: Ey Cabir, onlar mənim canişinlərim və məndən sonra müsəlmanların rəhbərləridir. Onların ilki Əli ibn Əbutalib, sonra Həsən, sonra Hüseyn..."
    1880 . Əyri adamların hakimiyyətə gəlməsinə səbəb olanlar
    Qur‘an:
    «Onu Allahın əmrilə öndən və arxadan daima qoruyan mələklər vardır. Həqiqətən də qövmün bu halını dəyişməsə, Allah heç bir qövmün halını dəyişməz. Allah bir qövmə pislik etmək istəsə, onun heç bir dönüşü yoxdur və Ondan başqa hamiləri olmaz.»
    Hədis:
    6780. Allahın Peyğəmbəri (s): «Siz necə olsanız, eləcə də sizə hökmranlıq ediləcək.»
    6781. Allahın Peyğəmbəri (s): «Allah buyurdu: «Məni tanıyanlardan hər hansı bir məxluqum Mənə itaətsizlik etsə, bu camaatın arasından Məni tanımayanın birisini ona hakim edərəm.»
    6782. İmam Əli (ə) (Öz dostlarını pisləyərkən): «Bilin! Canım Onun əlində olana and olsun ki, bu camaat şübhəsiz, sizə qalib gələcək. Ona görə yox ki, onlar sizdən daha haqlıdırlar. Əksinə, buna görə ki, onlar öz batil əmrlərini qorumağa tələsir, sizlərsə mənim haqqımı qorumaqda süstlük gös-tərərsiniz.»
    1881. Ədalətli hökmdarlar
    6783. İmam Sadiq (ə): «Kim camaatın istəklərindən bəzilərinin rəhbərliyini öz öhdəsinə götürsə və ədalətli rəftar etsə, evin qapısını camaatın üzünə açsa, şərr yetirməsə, camaatın çətinliyinin həllinə girişsə, qiyamət günündə onu qorxu-
    hürküdən amanda saxlamaq və cənnətə aparmaq Allahlıq olacaqdır.»
    1882 . Zalım hökmdarlar
    6784. Allahın Peyğəmbəri (s): «Müsəlmanların işlərinin birinə rəhbərliyi öz üzərinə götürən və ona xəyanət edən oddadır.»
    6786. İmam Əli (ə): «Hökmdarların ən pisi günahı olmayanın ondan qorxanıdır.»
    6787. İmam Əli (ə): «Kimin hakimiyyəti olsa, dövləti çökər.»
    6788. İmam Əli (ə) (Malik Əştəri Misirə vali təyin etdiyi fərmanından): «Həqiqətən, xeyir əməl sahibi və ləyaqətli insanlar Allahın onları öz bəndələrinin dillərinə gətirdiyi sözlər vasitəsilə tanınırlar. Buna görə də sənin üçün ən sevimli azuqə gözəl və layiqli rəftar olmalıdır. Belə isə öz nəfsinə hakim ol və sənə halal olmayanları nəfsindən əsirgə. Çünki nəfsdən nəyisə əsirgəmək, onu istəsə də, istəməsə də insaf yolunu getməyə məcbur etməkdir.»
    6789. İmam Əli (ə) (həmin fərmandan): «Allahın və camaatın haqqını özündən, yaxın adamlarından və səni sevən rəiyyətindən al. Çünki belə etməsən zülm etmiş olarsan.»
    6790. İmam Əli (ə) (həmin fərmandan): «Xundpəsəndlikdən və xud­pəsəndlik yaradan şeylərə arxalanmaqdan çəkin. Camaatın səni öyməyinə məftun olmaqdan daha uzaq dur. Çünki bu xasiyyət yaxşı əməl sahiblərinin əməllərini puç etmək üçün şeytanın əlinə düşmüş ən gözəl fürsətdir.»
    1884 . Hökmdarın idarəçilikdə üzərinə düşən ən mühüm vəzifələr
    6791. İmam Əli (ə) (Ömər ibn Xəttaba): «Üç şey var ki, onları yadında saxlayıb həyata keçirsən başqa şeyə ehtiyacın olmayacaq. Onları kənara qoysan, heç nəyin sənə xeyri olmayacaq.» Ömər dedi: «Bunlar nələrdir, ya Əbəlhəsən?» Buyurdu: «Özün və yadlar üçün hədd və cəzaları tətbiq etmək, istər şad və istərsə də qəzəbli olanda Allahın kitabı əsasında hökm vermək, qırmızı və ağ arasında (beytül malın) ədalətli bölgü.» Ömər dedi: «Canıma and olsun ki, qısa və aydın dedin.»
    6792. İmam Əli (ə) (Malik Əştəri Misir valisi təyin etdiyi fərmanından): «Qəlbini camaata qarşı mehr-məhəbbət və lətafətlə doldur. Məbada onlara qarşı öz yeməyini qənimət bilən yırtıcı heyvan kimi olasan. Çünki camaat iki dəstədir: Ya sənin din qardaşındır, ya da sənin kimi insandır. Onlar büdrəyiş və xətaların astanasındadırlar. Bə‘zən bilərəkdən bə‘zən səhvən əllərini günaha və təcavüzə batırırlar. Necə ki, istəyirsən Allah səni sevsin və sənə güzəşt etsin istədiyin kimi sən də onlara qarşı məhəbbətli və güzəştcil ol. Çünki sən onların üstündə rəhbərsən və sənin fərman verənin sənin üstündə rəhbərdir. Allah da səni əmirliyə təyin edən şəxsin üstündə rəhbərdir.»
    6793. İmam Əli (ə) (həmin fərmanda): «Haqqı genişləndirmək, ədalətə riayət etmək və camaatın razılığını hər şeydən daha çox cəlb edən şeylərə əməl etməkdə mötədillik sənin üçün ən sevimli iş olmalıdır. Çünki ümum camaatın narazılığı xüsusi qrupun razılığını da təsirsiz qoyur, xüsusi qrupun narazılığı isə ümum camaat razı olduqda bağışlanır. Xalqın heç bir təbəqəsi xüsusi dəstə kimi deyil. Çünki bu dəstə əmin-amanlıq vaxtı hökmdarın çiynində ən ağır yük olar, çətinlik vaxtı isə ona ən az kömək edənlərdən olarlar. Ədaləti sevməzlər və daha çox istəkləri, təvəqqələri olar. Onlara bir şey verildikdə ən az təşəkkür edərlər, nəsə əsirgənərsə üzürü daha gec qəbul edərlər. Ruzigarın çətin hadisələrinə daha dözümsüzdürlər. Dinin və müsəlman cəmiyyətinin sütunu, düşmənlərin qarşısında həmişə hazır olan qüvvə əslində elə ümum camaatdır. Deməli, sən onlara meyl etməlisən.»
    6794. İmam Sadiq (ə): «Hökmdara ümumi və xüsusi camaat haqda ria-yət etməsi vacib olan üç şey var: Yaxşı işlərə yaxşı mükafat versin ki, camaatın yaxşı işlər görməyə rəğbəti artsın. Pis əməl sahibinin günahları gizlədilsin ki, tövbə edərək azğınlıq və əyri yoldan dönsün və yaxşılıq, insafı gözləməklə onların hamısının arasında ülfət yaratmaq.
    1885 . Hökmdarın öz təyinatlarında riayət etməli olduğu şeylər
    6795. Allahın Peyğəmbəri (s): «Hər kəs bir vəzifəyə təyin etmək üçün camaat arasında Allaha daha çox xoş gedən biri oqduğu halda onu deyil başqasını seçsə, Allaha, onun peyğəmbərlərinə və möminlərə xəyanət etmişdir.»
    6796. Allahın Peyğəmbəri (s): «Allaha and olsun ki, biz bu işi (hakimiyyəti) istəyəni və ya ona həris olanı həmin vəzifəyə qoymarıq.»
    6797. Allahın Peyğəmbəri (s): «Əbdürrəhman ibn Səmurəyə "Ey Əbdürrəhman ibn Səmurə! Əmirliyə iddiaçı olma. Çünki bu vəzifə sənin xahişinlə sənə verilərsə, idarəçiliyində öz halına buraxılarsan. Yox əgər sənin xahişin olmadan vəzifə sənə tapşırılsa, onun idarəçiliyində sənə yardım olunar.»
    6798. İmam Əli (ə) (Malik Əştəri vali təyin etdiyi fərmandan): «İş icraçılarının işinə diqqətlə yanaşıb dərindən düşün. Sınadıqdan sonra onları vəzifəyə qoy. Kimsəyə sırf tərəfkeşliyə və istəyə görə vəzifə tapşırma. Çünki bu ikisi müxtəlif zülm və xəyanətlərin mənbəyidir. Öz iş icraçılarını təcrübəli, abırlı insanlardan, yaxşı, hörmətli və İslamda öncül ailələrdən seç.»
    6799. İmam Əli (ə) (həmin fərmandan): «Onların (işçilərin) istəklərini həll etməyə çalış və sədaqətli, vəfadar insanlar arasından onlara nəzarətçi qoy. Sənin onların işlərinə gizlin nəzarətin onları əmanətə və camaatla xoş rəftara vadar edər. Diqqətlə öz köməkçilərinə nəzarət et. Əgər onlardan biri xəyanətə əl atsa və bütün nəzarətçilərin məlumatı bunu təsdiqləsə, həmin məlumatlarla şahid kimi kifayətlən və dərhal ona fiziki cəza ver. Vəzifəsinə görə əldə etdiyi sərvətinin sorğu-sualını apar, onu xar et, alnına xəyanət dağı vur və boynundan töhmətin xəcalət halqasını as.»
    1886 . Qapıya nəzarətçi təyin etməkdən çəkinmək
    6800. İmam Əli (ə) (Malik Əştəri Misir valisi təyin etdiyi fərmanından): «Məbada, özünü camaatdan həddən artıq gizli saxlayasan. Çünki hökmdarların üzünü camaatdan gizli saxlaması bir növ hövsələsizlik və işlərdən az məlumatlılığın səbəbidir. Hökmdar üzünü camaatdan gizlətsə, camaatın pərdəarxası sirrlərdən xəbərdar olmamasına səbəb olar. Buna görə də böyük və mühüm işlər onlara kiçik və əhəmiyyətsiz görünər, kiçik işlər isə böyük. Gözəl çirkin kimi, çirkin də gözəl kimi görünər və haqla batil bir-birinə qarışar.»
    6801. İmam Sadiq (ə): «Kim camaatın işlərindən birini öhdəsinə götürsə və ədalətlə rəftar edib öz qapısını (camaatın üzünə) açıq qoysa, pərdəsini kənara çəksə və camaatın işlərinin həllinə girişsə, qiyamət günündə onu qorxu-hürküdən amanda saxlayıb cənnətə aparmaq Allahlın işidir.»
    1887 . Hakimin zəif təbəqələrə diqqətinin zəruri olması
    6802. İmam Əli (ə) (Malik Əştəri Misir valisi təyin etdiyi fərmanından): «Vaxtının bir hissəsini öz ehtiyaclı insanlarına ayır. Onlarla bir ümumi məclisdə əyləşib şəxsən problemlərinin həlli ilə məşğul ol. Həmin məclisdə səni yaratmış olan Allaha xatir təvazökarlıq et və sənin gözətçilərindən, mühafizəçilərindən olan dostlarını onlardan uzaqlaşdır ki, kim nə istəyirsə sözünü desin. Dilləri topuq çalmadan, qorxu və vahiməsiz mətləblərini bəyan etsinlər. Çünki mən Allahın Peyğəmbərindən bunu dəfələrlə buyurduğunu eşitmişəm: Acizinin haqqı qüdrət sahiblərindən qorxu-hürküsüz alınmayan ümmət heç vaxt nicatın üzünü görməz. Eyni zamanda onların kobudluq, söz deməkdə acizlik və əlacsızlıqlarına da döz, hövsələsizliyi və təkəbbürü özündən uzaq tut...»
    6803. İmam Əli (ə) (həmin fərmanda): «Möhtaclar, imkansızlar, binəvalar, zəlil olmuşlar kimi kasıblarla (camaatla) münasibətdə Allah nəzərində olsun. Çünki bu təbəqələrin arasında ona-buna əl açan kasıblar var. Bəzilərinin isə dilənməyə üzü yoxdur. Buna görə də, onların haqqını yerinə yetirməyi Allah səndən istəmişdir. Beytülmaldan da onlar üçün bir pay nəzərdə tut...
    Onlardan sənə əlləri çatmayanlarının, gözlərin onları xırda, böyüklərin həqir saydıqları insanların çətinliklərinin həllinə giriş. Bu iş üçün Allahdan qorxan, təvazökar və etimad etdiyin insanları onların çətinliklərinin həllinə mükəlləf et ki, onların vəziyyəti barədə sənə məlumat versinlər. Sonra onların işinə elə yanaş ki, Allahını gördüyün gün üzrünü qəbul etsin. Çünki insanların bu dəstəsi ədalətə başqalarından daha möhtacdırlar. Belə isə onların hər birinin haqqının verilməsində Allah dərgahında üzr və dəlilin olsun.»
    1888. Allah dostlarının xüsusiyyətləri
    Qur‘an:
    «Bilin ki, ilahi övliyaların nə bir qorxusu var və nə də onlar kədərlənərlər. Onlar ki, iman gətirib və təqvalı olublar.»
    Hədis:
    6804. İmam Əli (ə): «İlahi övliyalar, camaat dünyanın zahirinə göz dikdiyi halda dünyanın batininə baxanlardır. (Onlar) dünyanın gələcəyi və sonu ilə məşğul olarlar, başqa camaat isə onun nəqdisi və bugünü ilə baş qatarlar. Dünyanın onları məhv edəcəklərindən qorxduqları şeylərini məhv edərlər. Dünyanın tezliklə onları tərk edəcəklərini bildikləri şeylərini tərk edərlər. Dünyanın başqalarının çox və dəyərli saydıqlarını həqir və onlara çatmağı (öz səadət və qurtuluşları üçün) itki sanırlar. Camaatın sülh və barışıqda olduğu şeylərə düşmən, camaatın düşmənçilik etdiyi şeylərlə dostluq edərlər (Allahın). Kitab onların vücudu ilə tanınar və bilinər. Onlar kitabın alimləri və arifləridir. Kitaba onlarla əməl olunur və onlar kitaba arxalanıblar. Ona ümid bağladıqlarından yüksək bir şeyi ümid sanmazlar. Qorxduqlarından qeyri bir şeyi qorxu kimi bilməzlər.»
    6805. İmam Sadiq (ə): «Ey Əbu Bəsir! Xoşa onun qeybə çəkildiyi vaxt qaimin (İmam Zaman ağanın) zühurunu gözləyən və zühuru vaxtı ona tabe olanların halına. Onlar Allahın dostlarıdır. Onların nə bir qorxusu var və nə də kədəri.»

    Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild

     
     
    Bölmə: Hədislər / Hədislər-yazılı
    Şərhlər: 3
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 29 Mart 2015 20:57 | Redaktor | Şərh yazdı
    Sitat: Hüseynçi Mədinə
    gününə

     
    Allah senden razı olsun gözel bacım çox sağ ol mende seni çoooox istiyirem bu sayta teze gelende ilk defe seni tanıdım tanımağımada şadam insanın qeriblikde dosta çox ehtiyacı olur sevincimide kederimi de siznen bölüşürem sizi özüme doğma bilirem  sizin kimi bacılarım  var Allaha şükür olsun  ne yaxşıki varsız Allah Tural qardaşdan razı olsun İnşAllah bu saytın sebebine sizi kimi yaxşı bacılarım oldu hamınızı çox istiyirem Allah hamınızdan razı olsun Amin İnşAllah.Çox sağ ol Decel bacım seni çox istiyirem canım bacım.Allah o gözel qelbine göre seni her zaman sevindirsin Allah sene Kerbala zevvarı olmağı nesib etsin Amin İnşAllah.
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Alemdar | Status: İstifadəçi Offline | 28 Mart 2015 17:43 | Sayt nəzarətçisi | Şərh yazdı
    Çox sağ olun Allah elminizi kamil etsin

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Huseynci Medine | Status: İstifadəçi Offline | 28 Mart 2015 12:16 | Redaktor | Şərh yazdı
    Allah razı olsun Mələyim sag ol var ol Kərbəla səfərin olsun. Nə arzun nə hacətin varsa catasan insAllah. Məkanin cənnət olsun. Əhli-Beyitlə qonsu olasan insAllah.  Səni choooooox amma chooooox sevirəm bunuda bil. Sag ol sayendən kitabi oxuyuruq. Nə deyim bacim var ol. Bir bilsən səni ne qeder choooox sevirem. 

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.