Mən və Əli bir ağacdanıq
Allahın Peyğəmbəri (s): «Mənimlə Əli bir ağacdanıq, digər insanlar
isə müxtəlif ağaclardan.» (Kənzul-ummal , hədis 32943)
Allahın Peyğəmbəri (s) Əliyə (ə) buyurub: «Sən həm dünyada və
həm də axirətdə mənim qardaşımsan.» (Tarixi dəməşq, Əlinin (ə)
tərcümeyi halı c.1.səh.105, hədis 145)
Allahın Peyğəmbəri (s): «Əli məndəndir və mən ondan.» (Sunənu
İbn Macə, hədis 119)
Allahın Peyğəmbəri (s): «Əli mənim üçün bədənimdəki başım
kimidir.» (Kənzul-ummal , hədis 32914)
Allahın Peyğəmbəri (s): «Həqiqətən Əlinin əti mənim ətimdən və
qanı mənim qanımdandır.» (Kənzul-ummal , hədis 32936)
Cabir: «Allahın Peyğəmbəri (s) ərəfədə idi və Əli onun qarşısında
durmuşdu. Peyğəmbər buyurdu:«Ey Əli! Yaxın gəl və əlinini mənim əlimə qoy. Ey Əli! Səninlə mən bir ağacdan yaradılmışıq.
Mən həmin ağacın kökü, sən onun gövdəsi, Həsənlə Hüseyn
onun budaqlarıdır. Kim onun budaqlarından asılsa Allah onu Cənnətə daxil edər.» (Tarixi dəməşq, Əlinin (ə) tərcümeyi halı
c.1.səh.129, hədis 179)
Allahın Peyğəmbəri (s) Əliyə (ə): «Səninlə mənim məqamım
Harunla Musanın məqamı kimidir, bu fərqlə ki, məndən sonra
peyğəmbər yoxdur.» (Kənzul-ummal , hədis 32881)
Allahın Peyğəmbəri (s) yanında hakimlik və ya xilafətdən söhbət
düşən zaman buyurmuşdur:« Əgər onu Əliyə həvalə etsəniz
görərsiniz ki, Əli yol göstərən və yolu tapmış bir şəxsdir və sizi
doğru yol ilə aparır.» (Tarixi dəməşq, Əlinin (ə) tərcümeyi halı
c.3.səh.69, hədis 1110)
Allahın Peyğəmbəri (s): «Kim Adəmin elmini, Nuhun sayıqlığını,
İbrahimin səbrini, Yəhya ibn Zəkəriyyanın pəhrizkarlığını və Musa
ibn İmranın qəzəbini görmək istəyirsə Əli ibn əbu Talibə baxsın.»
(Tarixi dəməşq, Əlinin(ə) tərcümeyi halı c.2.səh.280, hədis 804)
Allahın Peyğəmbəri (s): «Əli möminlərin ağasıdır.» Əl-Kafi c.1 səh
294 hədis 1
Allahın Peyğəmbəri (s): «Əli dinin sütunudur.» Əl-Kafi c.1 səh 294
hədis 1
Allahın Peyğəmbəri(s): «Həqiqətən Əlini incidən məni incidib.» (
Biharul-Ənvar c.5 səh 609 hədis 1)
Allahın Peyğəmbəri(s): «Əli möminlərin başçısıdır, mal və sərvət
isə münafiqlərin.» (Tarixi dəməşq, Əlinin (ə) tərcümeyi halı
c.2.səh.260, hədis 778)
Allahın Peyğəmbəri (s): «Əlinin bu ümmətin boynunda olan haqqı,
atanın övladının boynunda olan haqqı kimidir.» ( Biharul-Ənvar
c.36 səh 5 hədis 1)
Allahın Peyğəmbəri (s): «Əli ibn əbu Talib mənim sirdaşımdır.»
(Tarixi dəməşq, Əlinin (ə) tərcümeyi halı c.2.səh.311, hədis 815)
Allahın Peyğəmbəri (s): «Qiyamət günü nicat tapanlar Əli və onun
şiələridirlər.» (Tarixi dəməşq, Əlinin (ə) tərcümeyi halı c.2.səh.348,
hədis 851)
Allahın Peyğəmbəri (s): «Əlini yada salmaq ibadətdir.» (Tarixi
dəməşq, Əlinin(ə) tərcümeyi halı c.2.səh.408, hədis 907)
Allahın Peyğəmbəri (s): «Əli insanların ən yaxşısıdır» deməyən
kəs kafir olub.» (Tarixi dəməşq, Əlinin (ə) tərcümeyi halı
c.2.səh.444, hədis 954)
Kitabın adı: Qədir-xum ilə tanışlıq
Müəllif: Hacı Əhliman Rüstəmov