Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Qeybət
    0
    Müəllif: Elya | 14-12-2014, 12:00 | Baxılıb: 1 723
     

     311. Qeybət 

    1440. Qeybətdən çəkindirmək.
    Qur‘an:
    «Bir-birinizin qeybətini qırmayın! Sizdən kimsə ölmüş qardaşının ətini yeməyə razı olarmı? Bu onda ikrah oyadar. Allahdan qorxun. Allah tövbələri qəbul edən və mehribandır.»
    Hədis:
    4902. Allahın Peyğəmbəri (s): «Me'rac gecəsi öz üzlərini dırnaqları ilə cı­ran bir dəstə camaat gördüm. Soruşdum: «Ey Cəbrayıl! Bunlar kimlərdir?» Dedi: «Bunlar camaatın qeybətini edən və abırlarını tökənlərdir.»
    4903. Allahın Peyğəmbəri (s): «Qeybət etmək zinadan daha pisdir.» Ərz etdilər: «Necə?» Buyurdu: «Kişi zina edir, sonra tövbə edir və Allah onun tövbəsini qəbul edir. Ancaq qeybət edən, qeybətini etdiyi şəxs tərəfindən bağışlanmayana qədər bağışlanmaz.»
    4904. İmam Əli (ə): «Qeybət etmək aciz insanın işidir.»
    4905. İmam Hüseyn (ə) (Onun yanında bir kişinin qeybətini edən kimsəyə): «Ey kişi! Qeybətdən əl çək. Çünki qeybət cəhənnəm itlərinin yalıdır.»
    4906. İmam Sadiq (ə): «Qeybət etmə ki, səndən qeybət olunar. Qardaşın üçün quyu qazma ki, özün ona düşərsən. Çünki hansı əllə versən, həmin əllə də geri alarsan.»
    4907. İmam Sadiq (ə): «Bir kişi Əli ibn Hüseynə (ə) ərz etdi: «Filankəs sizin haqda deyir ki, yolunu azmış və bid‘ətçi birisiniz.» Əli ibn Hüseyn ona buyurdu: «Həmin kişi ilə yoldaşlığın haqqını gözləməmisən. Çünki onun sözünü bizə çatdırmısan. Bizim haqqımızı da gözləməmisən. Çünki qardaşımın mənim bilmədiyim sözlərini mənə çatdırdın!....Qeybət etməkdən çəkin. Çünki o, cəhənnəm itlərinin yalıdır. Bil ki, kimsə camaatın çox eybini tutursa, bu çox eyb tutmağın özü, eybləri özündə olduğu qədər axtardığını göstərir (onun camaatdan eyb tutması göstərir ki, həmin eyblər onun özündə də vardır).»
    1441. Qeybət və din.
    4908. Allahın Peyğəmbəri (s): «Qeybət etmək, insanın dininə (məhv ol­ma­sına) xora xəstəliyinin onun daxilinə təsirindən daha tez təsir gös­tərər.»
    4909. Allahın Peyğəmbəri (s): «Kim müsəlman kişi və ya qadının qeybətini edərsə, Allah, qeybəti edilən onu bağışlamasa, qırx gün qırx gecə onun namaz və orucunu qəbul etməz.» 
    1442. Qeybətin mə‘nası.
    4911. Allahın Peyğəmbəri (s) (Əbuzərə xitabən): «Ey Əbuzər! Qeybət et­məkdən çəkin. Çünki qeybət zinadan daha pisdir...» Əbuzər deyir: «Ərz et­dim ki, ey Allahın Peyğəmbəri. Qeybət nədir?» Buyurdu: «Qeybət budur ki, qardaşından onun xoşlamadığı bir söz deyəsən.» Ərz etdim: «Ey Al­la­hın Peyğəmbəri! Özünün yanında onun haqda danışığa necə?» Buyurdu: «Əgər onda olan şeydən danışarsansa qeybətini etmisən, onda olmayandan danışsan, ona böhtan atmısan.»
    4912. Allahın Peyğəmbəri (s): «Qeybət odur ki, qardaşın haqda onun xoşuna gəlməyən şeyi danışasan.»
    4913. Əmru ibn Şüəyb (Atasının babasına istinadən sözlərindən): «Onlar Pey­ğəmbərin yanında bir kişidən söz açıb dedilər: «Gərək xörəyini də ağ­zı­na qoysunlar,dəvəsinin də yəhərini onun yerinə bağlasınlar. Pey­ğəmbər (s) buyurdu: «Qeybətini etdiniz.» Ərz etdilər: «Ey Allahın Peyğəmbəri. Biz elə şeylər (eyblərindən) dedik ki, onda var.» Peyğəmbər (s) buyurdu: (Qey­bət üçün elə) Qardaşın haqda onda olanlardan deməyin kifa­yət edər.»
    4914. İmam Kazim (ə): «Kim başqasının dalınca onda olan və camaatın da bildiyi şeyləri danışarsa, qeybətini etməmişdir. Ancaq kimsə başqasının da­­lınca onda olanvə camaatın bilmədiyini danışarsa,qeybətini etmiş­dir.»
    1443. Qeybəti rəva olanlar.
    4915. Allahın Peyğəmbəri (s): «Dörd nəfər var ki, onların qeybətini etmək qeybət deyil: öz pozğunluğunu aşkar edən pozğun, yaxşılıq etdikdə təşəkkür bildirməyən, pislik etsən bağışlamayan yalan danışan rəhbər, gülmək və zarafat üçün ana söyüşü söyənlər, müsəlmanlardan ayrılıb mənim ümmətimə eyb tutan və onların üstünə qılınc çəkənlər.»
    4916. Allahın Peyğəmbəri (s): «Nə vaxta qədər günah əməl sahibinin adını deməyə çəkinəcəksiniz? Camaat onlardan çəkinənə qədər belələrini rüsvay edin.»
    1444. Qeybətə qulaq asmaq.
    4917. İmam Əli (ə): «Qeybətə qulaq asan, qeybət edən kimidir.»
    4918. Allahın Peyğəmbəri (s) (Bir nəfərin, övladı Həsənin (ə) yanında qeybət etdiyi gördükdə): «Övladım! Öz qulağını belə şəxslərdən uzaq tut. Çünki o, öz qabında (vücudunda) olan ən murdar və çürük şeylərə baxıb onları sənin qabına boşaltmışdır.»
    4919. İmam Səccad (ə): «Qulağın haqqı budur ki, onu qeybəti eşitməkdən və eşitməyi rəva olmayan hər bir şeydən uzaq saxlayasan.» 
    1445. Qeybəti rədd etməyin savabı.
    4920. Allahın Peyğəmbəri (s): «Kim bir məclisdə qardaşından qeybət etdiyini eşidərsə və onu dəf edərsə, Allah dünya və axirətdə min pislik qapısını ondan dəf edər.»
    4921. Allahın Peyğəmbəri (s): «Kiminsə yanında müsəlman qardaşının qeybətini etsələr və o, kömək edə bilsə də ona (müdafiəsinə) yardım etməsə, Allah onu dünya və axirətdə kimsəsiz qoyar.»
    1446. Qeybət etməyin kəffarəsi.
    4922. Allahın Peyğəmbəri (s)(«Qeybətin kəffarəsi nədir?» sualına cavabından): «Kəffarəsi budur ki, hər dəfə qeybətini etdiyin kimsə yadına düşəndə, Allahdan onun bağışlanmasını diləyəsən?
    4923. Allahın Peyğəmbəri (s): «Sizlərdən kimsə qardaşının qeybətini edərsə, Allahdan özünün bağışlanmasını diləsin. Çünki bu onun günahlarının kəffarəsidir.»

    Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild

     
     
    Bölmə: Hədislər / Hədislər-yazılı
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Huseynci Medine | Status: İstifadəçi Offline | 8 Ocak 2015 11:27 | Redaktor | Şərh yazdı
    Başını yerden kaldırmaya gelmez bu zamanda

    Nereyye baksan HARAM !


     
     

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: imam zaman nokeri | Status: İstifadəçi Offline | 14 Aralık 2014 16:30 | İstifadəçi | Şərh yazdı
    Seher açılanda beden dile yalvarır ki,ozuvi saxla senin ucbatından Qiyamet günü biz de yanacıq.Allah dilimizi qeybetden,böhtandan saxlasın.Aminn..
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.