![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2839 Şərhləri: 1504 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2382 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1920 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2765 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3843 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 494 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 733 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3919 |
| « Aralık 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | 31 | ||||
332.Camaatın eyblərini arayıb-axtarmaq qadağandır
Qur’an:
«Ey iman gətirənlər! Zənn və gümanların çoxundan çəkinin. Çünki gümanların bəzisi günahdır. (Bir-birinizin eybini, sirrini) Arayıb-axtarmayın, bir-birinizin qeybətini etməyin. Məgər sizdən kimsə ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Həmin işə ikrahla baxdınız. Allahdan qorxun. Həqiqətən Allah tövbələri qəbul edən və mehribandır.»
Hədis:
1071.Allahın Peyğəmbəri (s):«Zənn və gümandan uzaq olun. Çünki, güman ən yalan sözdür. Camaatın sözlərinə qulaq asmayın və onların nöqsanlarını arayıb-axtarmayın.»
1072.Allahın Peyğəmbəri (s):«Mənə camaatın qəlbini yarıb və onların batinlərini açmaq əmr olunmayıb.»
1073.Allahın Peyğəmbəri (s):«Müsəlmanların səhv və xətalarını axtarmayın. Çünki, kim qardaşının xətalarını arayıb-axtarsa, Allah həmin şəxsin səhv və xətalarını axtarar. Allah da, eyblərini aradığı kimsəni hətta, öz evinin içində olsa belə rüsvay edər.»
1074.Allahın Peyğəmbəri (s):«Əxlaqsız qadından kimlərin onunla pozğun iş görməsini soruşmayın. Çünki, beləsi rahatlıqla pozğunluq etdiyi kimi günahsız müsəlmanı da rahatlıqla bədnam edər.»
1075.İmam Sadiq (ə):«İnsanların dinini təftiş edib araşdırma ki, dostsuz qalarsan!»
1076.Saur əl-Kəndi:«Ömər ibn Xəttab Mədinədə gecə gəzintisinə çıxmışdı. Evlərin birindən bir kişinin mahnı oxuduğunu eşitdi. Evin hasarına çıxıb dedi:«Ey Allahın düşməni! Elə bilirsən, Allah sən günahkarın (eyblərinin) üstünü örtəcək?!» Həmin kişi dedi:«Ey möminlərin rəhbəri! Sən də mənim barəmdə artıq danışma! Əgər mən bir günah etmişəmsə, sən üç günah törətmisən:
Allah-Taala «(eybləri) arayıb axtarmamağı» buyursa da, sən araşdırırsan. Həmçinin buyurub ki, «evlərə qapılardan daxil olun», amma sən hasarın üstünə çıxmısan. Allah-taala «Başqalarının evlərinə sahiblərindən icazə almadan və onlara salam vermədən girməməyi» buyursa da, sən mənim evimə icazəsiz daxil olmusan.» Ömər dedi:«Əgər səni bağışlasam bu işlərdən əl çəkərsənmi?» Həmin kişi dedi:«Bəli.» Ömər onu bağışladı və mənzilindən çıxıb onu rahat buraxdı.»
333.Müharibə zamanı casusluğun rəva olması
1077.İmam Rza (ə):«Allahın Peyğəmbəri (s) qoşun göndərərkən onun başçısı haqda pis gümanda olanda, özünün inandığı adamlardan birini casus kimi onunla birgə göndərərdi.»
334.Casusun hökmü
1078.İmam Sadiq (ə):«Casus və xəbərçini ələ keçirdikdə öldürmək lazımdır.»
335.Zahir əsasında hökm çıxarılan məqamlar
1079.İmam Sadiq (ə):«İnsanlar gərək beş halda: qəyyumluq, evlilik, irs, heyvanın kəsilməsi və şahid durmaqda zahiri hökmə əməl etsinlər. Əgər şəxsin zahiri düz və inanmağa əsas verən olsa, onun şahid durması caizdir və batini araşdırılmamalıdır.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-ci cild
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |









