» » » Qeybət və eyib axtarmaq


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Qeybət və eyib axtarmaq
    0
    Müəllif: Elya | 4-07-2014, 13:00 | Baxılıb: 4 121
     

    Qeybət və eyib axtarmaq
    1-Şübhəsiz ki, qeybət böyük günahlardan biridir və böyük günahlara batmış şəxslərin yeri də cəhənnəmdir. İmam Sadiq (ə) bu barədə buyurmuşdur: "Böyük günahlar onlardır ki, Allah-taala cəhənnəm odunu onlar üçün vacib etmişdir.
    2-Allah-taala Qurani-kərimdə buyurmuşdur: "Vay olsun, qeybət edib (üzdə) tənə vuran hər kəsin halına!
    3-Allah-taala başqa bir ayədə belə buyurmuşdur: "(Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini etməyin! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! (Yəqin ki,) hamınız bu işdən ikrah edirsiniz.” (Deməli, bilin ki, qeybət etmək ölmüş din qardaşının ətini yemək kimidir. Ondan çəkinin!)
    4-Cabir ibn Abdullah və Əbu Səid Xudri həzrət Peyğəmbər (s)-in belə buyurduğunu nəql etmişlər: "Qeybətdən çəkinin, qeybət zinadan daha pisdir; çünki zinakarın tövbə edib günahının bağışlanması mümkündür, qeybət sahibindən halallıq alınmamış günahın bağışlanması isə qeyri-mümkündür.
    5-İmam Sadiq (ə) buyurmuşdur: "Qeybət etmək hər bir müsəlmana haramdır. Alov odunu yandırıb kül etdiyi kimi, qeybət də insanın yaxşı əməllərini yandırıb kül edir.
    6-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Qiyamət günü sizdən birinin əməllərinə baxmaq üçün məhşər səhnəsinə gətirib əməl dəftərini ona verərlər. O, özünün əməl dəftərinə baxanda yerinə yetirmiş olduğu xeyir əməllərdən heç birini orada görməyib deyər: "İlahi, bu mənim əməl dəftərim deyildir. Çünki yerinə yetirdiyim saleh əməllərdən və ibadətlərdən heç biri onda yazılmamışdır.” Ona deyilər: "Sənin Allahın səhvə düçar olmaz, heç bir şeyi unutmaz. Bu elə sənin əməl dəftərindir; lakin qeybət etdiyinə görə sənin yaxşı əməllərin pisliyinə danışıb qeybətini etdiyin şəxsin əməllərinə əlavə olunmuşdur.” Sonra başqa bir adamı gətirib əməl dəftərini ona verərlər. O, öz əməl dəftərinə baxarkən orada çoxlu yaxşı əməllərin və ibadətlərin yazıldığını görüb təəccüblə deyər: "İlahi, bu mənim əməl dəftərim deyildir! Mən burada yazılmış xeyir işləri və ibadətləri dünyada yerinə yetirməmişəm.” Ona deyilər: "Filankəs sənin qeybətini etdiyinə görə, onun xeyir əməlləri sənin əməl dəftərinə yazılmışdır.
    7-İmam Əli (ə) buyurmuşdur: "Ən pis adam odur ki, başqalarının eybini axtarsın, amma öz eybini görməsin.
    8-İmam Sadiq (ə) buyurmuşdur: "Hər kim bir möminin abır-həyasını aparmaq və eybini axtarmaq, onu xalqın gözündən salmaq üçün onun əleyhinə danışarsa, Allah-taala belə bir şəxsi Öz himayəsindən çıxarıb Şeytanın himayəsinə atar, heç Şeytan da onu qəbul etməz.
    9-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Qeybətin müsəlmanın dininə qoyduğu təsir, bədənindəki yaranın təsirindən (yaranın daha dərinə işləməsindən) daha güclüdür.
    10-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Xoş olsun o şəxsin halına ki, öz eybi onu başqalarının eybini axtarmaqdan saxlasın!
    11-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "İnsandan bir hadisə baş verməyincəyə qədər məsciddə oturub, namazının vaxtını gözləmək ibadətdir.” Soruşdular: "O nə hadisədir?” Həzrət buyurdu: "Qeybət!
    12-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Əməllərinin qoruqçusu olan məmurlar (mələklər) insanın günəş kimi nur sacan əməlini yuxarı apardıqda, əməlləri qəbul edib ən yüksək dərəcəyə çatdıran mələk deyər: "Bu əməli sahibinin başına çırpın, çünki Allah-taala tərəfindən mənə tapşırıq verilib ki, qeybət edənlərin yaxşı əməllərini geri qaytarıb Allah dərgahına aparılmasına mane olum.
    13-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Behişt üç nəfərə haramdır: Sözgəzdirənə, qeybət edənə və həmişə şərab içənə.
    14-İmam Baqir (ə) Peyğəmbər (s)-in belə buyurduğunu nəql etmişdir: "Hər kimdə üç xislət və yaxud onlardan biri olarsa, Allahın lütf sayəsindən başqa bir sayənin olmadığı qiyamət günü İlahi ərşin sayəsində (kölgəsində) olar: Özünə rəva biləni başqalarına da rəva bilən, Allahın razılığını və ya qəzəbini bilmədən heç bir işə qol qoymayan və özündə olan eybi tərk etməmiş, başqalarında o eybi axtarmayan. Çünki hər kəs özündən bir eybi uzaqlaşdırarsa, şübhəsiz ki, özündə başqa bir eyb görəcəkdir. Hər kəsin başı özünə (öz eyblərinə) qarışarsa, başqalarında eyb axtarmağa macal tapmaz.
    15-Allah-taala Musa ibn İmrana belə vəhy göndərdi: "Qeybət edən şəxs əgər tövbə edərsə, behiştə daxil olan axırıncı; yox əgər tövbə etməzsə, cəhənnəmə daxil olan birinci şəxs olar.
    16-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Qeybət etməklə xalqın ətini yeyən şəxs halalzadə olduğunu yalandan deyir; çünki qeybət cəhənnəm itlərinin yemidir.
    17-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ey dildə iman gətirib, qəlbi ilə iman gətirməyənlər! Müsəlmanların qeybətini edib gizli eyblərini aramayın. Çünki hər kim öz din qardaşının gizli eyblərini arayarsa, Allah-taala onun gizli sirlərini faş edib onu öz ailəsində rüsvay edər.
    18-Aişə deyir: "Bizim yanımıza bir qadın gəlmişdi, evdən çıxıb gedəndə əlimlə işarə etdim ki, boyu balacadır. Bu zaman Peyğəmbər (s) buyurdu: "Onun qeybətini etdin!
    19-İmam Sadiq (ə) buyurmuşdur: "Mənim ən sevimli və ən yaxşı dostum o şəxsdir ki, eyblərimi mənə hədiyyə etsin, desin.
    20-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Qeybətə qulaq asan şəxs qeybət edən iki nəfərdən biridir.” (Yəni qeybətə qulaq asan qeybət edən kimidir.)
    21-İmam Əli (ə) buyurmuşdur: "Qeybəti eşidən adam qeybət edən qədər günah qazanır.
    22-İmam Sadiq (ə) buyurmuşdur: "Müsəlmanın qeybətini etmək küfr, ona qulaq asmaq isə şirkdir.
    23-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Bir kəsin yanında din qardaşının qeybəti edilərsə və o, imkan daxilində onun köməyinə yetişərsə (onu himayə edərsə), Allah-taala dünya və axirətdə onun köməyinə yetişər.
    24-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Bir kəs məclisdə din qardaşının qeybətini eşidib onu inkar etsə və müdafiəsinə qalxarsa, dünya və axirət bəlaları ondan uzaqlaşar.
    25-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs öz müsəlman qardaşının ləyaqətini və abır-həyasını qoruyarsa, behişt ona vacib olar.
    26-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Bir kəsin yanında din qardaşının qeybəti olunarsa və o, imkanı olduğu halda onu müdafiə etməzsə, Allah-taala dünya və axirətdə onu özbaşına buraxar (və onu xar edər).
    27-Mərhum şeyx Səduq, həzrət Peyğəmbər (s)-in buyurduğu bir hədisi (imam Sadiq (ə)-dan) belə nəql etmişdir: "Hər kim imkanı olduğu halda din qardaşının qeybətini inkar etməzsə, onun günahı qeybət edənin günahından yetmiş dəfə çoxdur.
    28-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Üç nəfərin qeybətini etmək haram deyildir: Bihudə və batil fikirlərə malik olanın, açıq-aşkar və qəsdən günah edənin, bir də zülmkar hakimin.
    29-Həzrət Peyğəmbəri-Əkrəm (s)  buyurmuşdur: "Qəsdən və açıq-aşkar günah edənin qeybəti haram deyildir.
    30-İmam Sadiq (ə) buyurmuşdur: "Fasiq öz günahını açıq-aşkar göstərmək istəyərsə, onun hörməti yoxdur, qeybəti isə caizdir.
    31-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs bir müsəlmanın qeybətini edərsə, qeybəti olunan şəxs onu bağışlamayınca, onun oruc və namazı Allah dərgahında qırx gün qəbul olunmaz.
    32-İmam Sadiq (ə) buyurmuşdur: "Qeybət etdiyin şəxs (bu işdən) xəbərdar olarsa, onun yanına gedib halallıq al, əgər xəbərdar olmazsa, onun üçün istiğfar et.
    33-İmam Musa ibn Cəfər (ə) buyurmuşdur: "Hər kim bir şəxsin arxasınca onun haqqında hamının bildiyi şeyi danışarsa, bu, qeybət deyildir. Hər kəs bir şəxsin arxasınca onun haqqında camaatın bilmədiyi şeyi danışarsa, bu qeybətdir. Hər kəs bir şəxsin arxasınca onun etmədiyi bir şeyi danışarsa, bu böhtandır.
    34-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Qeybət, insanın dinini puç etməkdə, onun bədənində olan xora xəstəliyindən daha güclüdür.
    35-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Qeybəti tərk etmək Allah yanında on min rükət müstəhəb namazdan daha əzizdir.
    36-Əbdül-mömin Ənsari deyir: İmam Musa ibn Cəfər (ə)-ın yanına getdim. Məhəmməd ibn Abdullah Cəfəri də onun yanında idi. Mən ona təbəssüm etdim. O dedi: "Onu sevirsənmi?” Dedim: "Bəli, mən onu yalnız sizin razılığınız üçün sevirəm.” Buyurdu: "O, sənin qardaşındır, mömin möminin ata-anası bir olan doğma qardaşı kimidir, baxmayaraq ki, ayrı-ayrı valideynlərin övladlarıdır. Öz din qardaşını müttəhim edən, mömin qardaşını aldadan, ona nəsihət verməyən və mömin qardaşının qeybətini edən şəxslər məlundur.
    37-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Çobanın ağacı silkələyib yarpaqları tökdüyü kimi, qeybət də insanın imanını qolsuz-budaqsız edir.
    38-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Merac gecəsi bir tayfa gördüm ki, öz sifətlərini dırnaqları ilə didirdilər. Cəbraildən soruşdum ki, bunlar kimdir?” Dedi: "Camaatın ardınca qeybət edib onların abır-həyasını tökənlər!
    39-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Mömini söymək günah, onlarla döyüşmək küfr, ətini yemək (qeybətini etmək) haramdır və onun malının ehtiramı qanına ehtiramı kimidir.
    40-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Sələm yolu ilə qazanılan bir dirhəmin günahı Allah dərgahında otuz altı zinadan da böyükdür. Sələmdən daha böyük günah isə müsəlmanların abır-həyasını tökməkdir.

    Mənbə: "40 mövzu, 40 həqiqət" kitabı

     
     
    Bölmə: Hədislər / Hədislər-yazılı
    Şərhlər: 4
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 4 Temmuz 2014 23:49 | Sayt nəzarətçisi | Şərh yazdı
    ILAHI SEN BAGISLAYAN VE MEHRIBANSAN BIZLERI BAGISLA QUL HAQQI ILE YANINA GELMEMIZI BIZE NESIB ETME 

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 4 Temmuz 2014 16:53 | İstifadəçi | Şərh yazdı
    ALLAH BIZLERI QEYBET VE EYB AXTARANLARDAN QERAR VERMESIN INSALLAH AMIN .ALLAH RAZI OLSUN

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Huseynci Medine | Status: İstifadəçi Offline | 4 Temmuz 2014 16:26 | Redaktor | Şərh yazdı
    ALLAH RAZI OLSUN BACIM. YAZAN ELLERIN DERD GORMESIN INSALLAH. QEYBET EDEN SEXS OLMUS QARDASININ ETIN YEMIS KIMIDIR. KIM RAZI OLAR. ALLAH BIZI QEYBETDEN VE QEYBETE QULAQ ASANLARDAN ETMESIN.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Yusifi Zehra | Status: İstifadəçi Offline | 4 Temmuz 2014 13:33 | Administrator | Şərh yazdı
    Qeybət etmək əvəzinə,kimdəsə olan sərfi insan özündə axtarsa, həm qeybət etmiş olmaz,həmdə öz sərflərini düzəldər.Niyədəki başqasının qeybətini edib,axirətimizi oda çevirək winked.Allah köməyin olsun bacı.Əllərinə sağlıq.Maraqlı və dəyərli xəbərdi.

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.