![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mayıs 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | |||
5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
26 | 27 | 28 | 29 | 30 | 31 |
237.Allahın ən çox nifrət etdiyi kəslər
795.Allahın Peyğəmbəri (s):«Allah zinakar qocaya, zalım varlıya, lovğa yoxsula və həyasız dilənçiyə nifrət edir. Həmçinin bağışlayıb minnət qoyanı mükafatsız qoyacaq.Yalançı və üzlü təkəbbürlüyə nifrət edir.»
796.Allahın Peyğəmbəri (s):«Allah-taala dünyaya elmi olub, axirətə nadan olan hər bir kəsə nifrət edir.»
797.Allahın Peyğəmbəri (s):«Allah-taala bazarlarda dözümsüzlük edən, gecə ölü kimi düşən, gündüz uzunqulaq kimi olan, dünya işindən xəbərdar, axirətə isə nadan olan kobud həqirə nifrət edir.»
798.Allahın Peyğəmbəri (s):«Allah-taala evində hücuma məruz qalıb vuruşmayan kəsə nifrət edir.»
799.İmam Əli (ə):«Eyb və nöqsan sifətlərdən pak olan Allah günahdan qorxmayan həyasız adama nifrət edir.»
800.İmam Əli (ə):«Allahın Peyğəmbəri (s) buyurardı: Allah qardaşlarına üzünü turşudan kəsə nifrət edir.»
801.İmam Baqir (ə):«Allah, pis ağızlı söyüş söyənə nifrət edir.»
238.Allah yanında ən mənfur şəxs
802.Allahın Peyğəmbəri (s):«Allah yanında üç nəfər hamıdan mənfurdur: Axşam heç namaz qılmamasına baxmayaraq gündüz çox yatan kəs, çox yeyən və yemək yeyən zaman Allahın adını çəkməyən və (qurtarandan sonra) Ona şükr etməyən kəs və səbəb olmadan çox gülən kəs.»
803.Allahın Peyğəmbəri (s):«Allahın yanında insanların ən mənfuru üç nəfərdir: Hərəmdə (Məkkədə) yolunu azan, İslamda cahiliyyət dövrünün adətini qoymaq istəyən və haqsız yerə birini öldürmək üçün onu təqib edən.»
804.Allahın Peyğəmbəri (s):«Allah yanında sizin ən mənfurunuz xəbərçilik edənləriniz, qardaşlar arasında ayrılıq salanlarınız və günahsız şəxslərdə səhv və xəta axtaranlarınızdır.»
805.Allahın Peyğəmbəri (s):«Allah-taalanın yanında yaradılmışların ən mənfuru məmurların görüşünə gedən alimdir.»
806.Allahın Peyğəmbəri (s):«Qiyamət günü mənim yanımda sizin ən mənfurunuz və mənə ən yad olanınız çox danışan, boşboğaz və «mütəfəyhiq» kəslərdir.» Dedilər:«Ey Allahın Peyğəmbəri, «mütəfəyhiq» kimlərdir?» Buyurdu:«Təkəbbürlülər.»
807.İmam Əli (ə):«Allah yanında ən mənfur kəs başqalarının dalınca pis sözlər danışaraq qeybət edən kəsdir.»
808.İmam Əli (ə):«Eyb və nöqsan sifətlərdən pak olan Allahın yanında bəndələrin ən mənfuru bütün dərdi-qəmi qarınqululuq və şəhvətpərəstlik olan kəsdir.»
809.İmam Əli (ə):«Allah-taalanın yanında yaradılmışların ən mənfuru nadan şəxsdir.»
810.İmam Əli (ə):«Allahın yanında Onun yaratdıqlarının ən mənfuru o kəsdir ki, ordan-burdan elm toplayar, amma fitnə zülmətlərində qəflətə düçar olar, sülh və sakitliyin məziyyətlərini görməz, özü kimiləri onu alim adlandırar halbuki, tam bir gününü belə elmə həsr etməyib.»
811.İmam Əli (ə):«Eyb və nöqsan sifətlərdən pak olan Allahın yanında bəndələrin ən mənfuru zor işlədən alimdir.»
812.İmam Baqir (ə):«Musa (ə) dedi:«Pərvərdigara, bəndələrindən Sənin yanında ən mənfuru kimdir?» Buyurdu:«Gecə ölü kimi düşüb gündüz bekar olan!»
813.İmam Sadiq (ə):«Allahın yaratdıqlarının ən mənfuru camaatın dilindən qorxduğu bəndədir.»
239.Allah yanında mənfur olan işlər
814.Allahın Peyğəmbəri (s):«Allah yanında hər şeydən mənfur dolu qarındır.»
815.İmam Baqir (ə):«Allahın Peyğəmbəri (s) Cəbrailə dedi:«Allah-taalanın yanında hara daha mənfurdur?» Cəbrail buyurdu:«Bazarlar. Və bazar əhlinin ən mənfuru bazara hamıdan tez gedib hamıdan gec çıxan şəxsdir.»
816.İmam Sadiq (ə):«Allah çox yatmağa və çox bekar olmağa nifrət edir.»
817.İmam Sadiq (ə):«Allah üç şeyə nifrət edir:«Gecə oyaq olmadan gündüz yatmağa, səbəbsiz gülməyə və tox halda yemək yeməyə.»
818.İmam Sadiq (ə):«Xəs’əmdən bir kişi Peyğəmbərin (s) yanına gəlib dedi:«Allah-taalanın yanında hansı əməl daha mənfurdur?» Peyğəmbər buyurdu:«Allaha şərik qoşmaq.» Kişi dedi:«Daha nə?» Buyurdu:«Qohumlarla əlaqəni kəsmək.» Kişi dedi:«Sonra nə?» Peyğəmbər buyurdu:«Pis işə əmr edərək yaxşı əməldən çəkindirmək.»
819.İmam Rza (ə):«Allah hay-küyə, malı bada verməyə və çox ağız açmağa nifrət edir.»
240.Nifrət və düşmənçilik
820.Allahın Peyğəmbəri (s):«Keçmiş ümmətlərin xəstəliyi – düşmənçilik və həsəd sizə sirayət edib.»
821.İmam Sadiq (ə):«Üç şey – ikiüzlülük, zülmkarlıq və xudpəsəndlik nifrət və düşmənçiliyə səbəb olur.»
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |