315. Söyüş
1455. Söyüş söyməkdən çəkinmək.
4955. Allahın Peyğəmbəri (s): «Elə bir şey olmayıb ki, çirkin sözlər danışmaq (çirkin əməllər görmək) ona eyb gətirməsin. Elə bir şey olmayıb ki, abır həya ona zinət verməsin.»
4956. Allahın Peyğəmbəri (s): «Allah-taala cənnəti nə dediyindən və nə də eşitdiyindən qorxusu olan hər bir dili pis, həyasız söyüş söyənə haram etmişdir.»
4957. Allahın Peyğəmbəri (s): «Allahın ən pis bəndələrindən biri odur ki, söyüşkənliyinə və dilinin pisliyinə görə onunla yoldaşlıq xoşagəlməz olsun.»
4958. İmam Əli (ə): «Böyük insan heç vaxt söyüş söyməz.»
4959. İmam Baqir (ə): «Allahın pis dilli, söyüş söyəndən (və ya söyüşə qulaq asandan) acığı gələr.»
4960. İmam Baqir (ə): «Sizə deyilməsini istədiyiniz ən yaxşı şeyləri camaata deyin. Çünki Allah möminlərə söyüş söyən, lənətləyən və haqlarında pis danışan, dili pis olan və simic dilənçiyə nifrət edər.»
4961. İmam Baqir (ə): «Alçaqların hərbə-zorbası çirkin sözlər danışmaqdır.»
4962. İmam Sadiq (ə): «Söyüş söymək, dili pis olmaq və vəhşilik nifaqdandır (onun nişanələrindəndir).»
4963. İmam Sadiq (ə): «Camaat kimin dilindən qorxarsa, o, alovda olar.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild