Məsumların zarafat haqqında söylədikləri hədislər
İmam Baqir (ə) buyurub: Həqiqətən Allah camaatın arasında söyüş söyməmək şərti ilə zarafat etməyi sevir.
Peyğəmbər (s) buyurub: Mən zarafat edirəm lakin haqqdan başqa bir şey demirəm.
Peyğəmbər (s) buyurub: Mömin zarafatcıl və şəndir. Münafiq isə qaşqabaqlı və əsəbidir.
İmam Əli (ə) buyurub: Həddindən artıq çox zarafat etmək dəyər və ehtiramı aradan aparır, düşmənçilik gətirir.
İmam Əli (ə): Hər kəsin zarafatı çox olsa onu nadan hesab edərlər.
Peyğəmbər (s): Bəndə həqiqi imana yalnız o zaman çatırki, həddindən artıq zarafatı və yalanı tərk etsin, mübahisəni boşlasın hətta haqq onunla olsa belə.
İmam Sadiq (ə): Hər vaxt bir nəfərin xətrini istəsəniz, onunla nə çoxlu zarafat et, nə də mübahisə.
Kitabın adı: Əhlibeyt bağçasında 1000 çiçək
Müəllif: Hadi Müvəhhidi