Məsumların "Məhəbbət" və "Kin" haqqında söylədikləri hədislər
Məhəbbət
İmam Cavad (ə):"Üç xislət vardırki onun vasitəsi ilə məhəbbət əldə olunur:rəfdar və davranışlarda insaf,çətin hadisələr zamanı başqaları ilə həmdərd olmaq və sağlam bir qəlbə qayıtmaq."
Peyğəmbər(s)bururub:"Möminlərin ən yaxşısı o kəsdirki möminlərlə daha çox ünsiyyətdə ola,başqaları ilə də ünsiyyətdə olmayan şəxslərdə heç bir xeyir yoxdur."
İmam Əli (ə):"Xeyirxaqlıq və nəsihət məhəbbət gətirər."
İmam Sadiq(ə):"Həqiqətən Allah taala insanın öz övladlarına olan şiddətli məhəbbətiə görə ona rəhm edər."
İmam Əli(ə):"Hər kəs camaata hüsü-zənn etsə onların məhəbbətini əldə edər."
İmam Əli(ə):"Səxavətli və gözəl əxlaqlı olun:Çünki bu iki xislət ruzini artırar və məhəbbət yaradar."
Peyğəmbər(s):"Bir birinizə hədiyyə edinki aranızda məhəbbəti artırsın."
İmam Əli(ə):"Dünya o qədər kiçik,qir və əhəmiyyətsizdirki,ona kin küdurətə tabe olmağına dəyməz."
İmam Əli(ə):"Kin yaxşılıqları məhv edir."
İmam Əli(ə):"Hər kəs kin küdurəti özündən uzaqlaşdırsa qəlbi və əqli asudəlikdə və asayişdə olar."
İmam Əli(ə):"Fitnələrin iğtişaşların səbəbi kin küdurətdir."
İmam Hüseyn(ə):"Həqiqətən bizim şiələrimiz o kəslərdirki,qəlbləri hər növ kin küdurət və məkrdən pak olsun."
İmam Əli(ə):"Pisliyi başqalaının sinəsindən aparmaq üçün öz sinəndə onun kökünü kəs."
İmam Əli(ə):"Çətinliklər və giriftarçılıqlar zamanı kin-küdurətlər aradan gedər."
Kitabın adı: Əhlibeyt bağçasında 1000 çiçək
Müəllif: Hadi Müvəhhidi