[center]
Elm
1.Rəsuli-Əkrəm (s) –"Dünya və axirət xeyri elmlə, şərri isə cahillikdir.”
2.Rəsuli – Əkrəm (s) "İnsanların ən biliklisi o kəsdir ki, başqalarının elmini də öz elminə əlavə etsin”
3.Rəsuli – Əkrəm (s) "-Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”
4.İmam Əli (ə) "hər hansı bir qaba bir şey qoyulduqda daralar, yalnız elm qabıdır ki, elm gəldikcə genişlənər”
5.İmam Əli (ə) "Elmin zəkatı budur ki, onu qədrini bilənə (müstəhəqqə) verə və nəfsi onu əməl etməyə vadar edəsən”
6.Rəsuli – Əkrəm (s) "Ya Əli! Alimin üçəlaməti vardır: Düz danışar, haramdan çəkinər, insanlar qarşısında təvazökar olar”
7.İmam Əli (ə) "Elmin yaxşısı fayda verənidir”
8.İmam Sadiq (ə) "-Alim olmayan kəsin xoşbəxt adlandırılması mənasızdır”
9Rəsuli – Əkrəm (s) -İnsanlar iki dəstədir: -"Alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur”
10.İmam Sadiq (ə) "Hər kəs elm oxusa, oxuduğuna əməl etsə və Allah yolunda öyrətsə, mələkut aləmində əzəmətlə yad olunar və deyilər: -Allaha görə öyrəndi, Allaha görə əməl etdi və Allaha görə öyrətdi”
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.