Məsumların qadın haqqında söylədikləri hədislər
İmam Sadiq (ə): Xeyirləri ən çoxu qadınlardadır.
Peyğəmbər (s): " Əməlisaleh qadın ailənin iki inkişaf amilindən biridir.
Peyğəmbər (s): Gələcəkdə elə qadınlar dünyaya gələcəklərki, örpək örtdükləri halda çılpaqdırlar. (Onlar bədənlərini göstərən nazik paltar, ayaqlarını göstərən nazik corablar geyərlər), onlar həvəsbaz və insanları aldadadanlardır, öz saçlarını elə bəzəyərlər ki, dəvənin küvəni kimi qabağa çıxar. Bunlar behiştə daxil olmaz, hətta onun ətrini belə iyləməzlər. Halbuki behiştin ətri çox uzaq məsafələrdən hiss olunur,!
Peyğəmbər (s) :Sizin qadınlarınızdan ən yaxşısı çox usaq doğan olanlar, çox mehriban, pak-pakizə olan qadınlardır ki,özlərini yalnız ərləri üçün bəzəyərlər, ondan başqası üçün qoruyub saxlayarlar ərinin sözünü eşidib itaət edərlər.
İmam baqir (ə): Allah dərgahlnda qadın üçün ərinin razılığından yaxşı bir nicat verən şəfaətçi yoxdur.
İmam Əli (ə): Qorunub saxlanmaq, pak və iffətli olmaq qadının halı üçün faydalıdır, gözəllik onu daha davamlı edir.
Peyğəmbər (s): Həqiqətən Allah Təlada qadınlara qarşı kişilərə qarşı olduğundan mərhəmətlidir, aralarında məhrəmlik olan qadının qəlbinə sevinc daxil edən biri kişi yoxdur ki, qiyamət günü Allah onu sevindirməmiş olsun.
İmam Əli (ə): Qadının qüdrəti daxilində olan işləri ona tapşırma, çünki o, əsl kimidir (zərafətli və tez əzilən), sahibkar və qəhrəman deyildir.
Peyğəmbər (s): Həya gözəldir lakin qadınlarda daha gözəldir.
Peyğəmbər (s): Əri razı olduğu halda dünyadan gedən hər bir qadın cənnətə daxil olur.
Kitabın adı: Əhlibeyt bağçasında min çiçək
Müəllif: Hadi Müvəhhidi