Məsumların qəzəb barədə söylədikləri hədislər
Peğəmbər (s) buyurub: "Agah olun insanların ən xeyirlisi odur ki gec qəzəblənsin tez razı olsun "
Peyğəmbər (s)buyurub: Allah dərgahında qəzəbini Allah razılığına udan içdiyi bu qurtumdan da fəzilətli bir qurtum yoxdur"
Peyğəmbər (s) buyurub: "Həqiqətən qəzəb şeytandandır, şeytanda oddan yaranmışdır, od yalnlz su ilə söndürülür. Sizdən biriniz qəzəblənən zaman dəstəmaz alsın"
Peyğəmnər (s) buyurub: "İgidliyin son həddi budur ki, bir şəxs qəzəbləndikdə qəzəbi şiddətləndikdə nəticədə üzü qızardıqda və tükləri biz-biz olduqda tez qəzəbini boğa bilsin."
İmam Əli (ə) buyurub: "Qəzəb çox pis bir yoldaşdır: eyibləri aşkar pislikləri yaxın və yaxşılıqları uzaq edir."
İmam Əli (ə) buyurub: "Qəzəblənən vaxt özünü ələ ala bilməyən şəxs bizdən deyil."
İmam Sadiq (ə)buyurub: "Hər kəs sənə üç dəfə qəzəblənsə və sənin barəndə pis bir şey deməsə onu özünə dost seç"
İmam Sadiq: "Mömin o şəxsdir ki,qəzəbləndikdə qəzəbi onu haqdan çıxarmır, razı olduğu zaman razılığı onu batilə daxil etmir və o kəsdir ki,qüdrət sahibi olduğu zaman öz haqqından artıq bir şey götürmür."
İmam Hadi (ə) buyurub: "İnsanın öz əlinin altında olanlara qəzəblənmək alçaqlıq əlamətidir."
Kitabın adı: Əhlibeyt bağçasında 1000 çiçək
Müəllif: Hadi Müvəhhidi