130 Müxlis
1879. Allahın Peyğəmbəri (s) :«Yalnız öz elminə əməl edənlərindən başqa alimlərin hamısı məhv olar. Yalnız ixlasla əməl edənlərdən başqa, əməl edənlərin də hamısı məhv olar. İxlasla əməl edənlərin özü də təhlükədədirlər.»
1880. İmam Sadiq (ə) Müfəzzəl ibni Salehə: «Həqiqətən, Allahın ixlasla əməl edən bəndələri vardır, Allah da öz xalis əcr və mükafatından onlara bəxş edər. Bunlar Qiyamət günü əməl dəftərləri boş (yazısız) olan kəslərdir. Onlar Allah qarşısında dayananda Allah-taala o əməl dəftərlərini onlarla Özü arasında olan sirlə doldurar» (Rəvayətçi deyir) Ərz etdim:«Ey mənim ağam, bu niyə belədir (yəni, əməl dəftərləri ağ və yazısızdır)?» Buyurdu:«Çünki Allah-taala onların şənini Özü ilə onların arasında olan əlaqəsini mühafizəçi mələklərin xəbərdar olmalarından daha uca etmişdir.»
1881. Cəbrayıl (ə) Peyğəmbərin (s) ixlas barədə sualının cavabında buyurub:«Muxlis, o kəsdir ki, özü bir şeyi əldə etməyincə insanlardan heç nə istəməsin, həmin şeyi əldə edəndə razı olsun və o şeydən yanında bir qədər qalmış olsa başqalarına bəxş etsin. Çünki məxluqdan bir şey istəməyən, Allah üçün bəndəliyini e‘tiraf etmişdir. Öz məqsədinə çatıb razı olanda, Allahdan razı olmuşdur və Allah-taala da ondan razıdır. Özünə qalan şeydən Allaha xatir bəxş edəndə öz Rəbbinə e‘timad mərtəbəsinə yetişmişdir.»
618. Əməllərin qəbul olunmasında ixlasın rolu
1882. Allahın Peyğəmbəri (s):«Bir iş görəndə onu yalnız Allah üçün gör. Çünki O, bəndələrin yalnız xalis əməllərini qəbul edir.»
1883. İmam Sadiq (ə) :«Allah-taala buyurmuşdur:Mən ən yaxşı şərikəm. Öz əməlində mənə şərik gətirən kimsənin, yalnız xalis mənim üçün olanlardan başqa heç bir əməlini qəbul etmərəm.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-ci cild