Ərafatın adlanma səbəbi
572. Müaviyətibni Əmmar nəql etmişdir ki, imam Sadiq (ə)-dan Ərəfatın adlanma səbəbini soruşduqda, o həzrət (ə) buyurdu: Cəbrail (ə) həzrət İbrahimi (ə) Ərəfə günü çölə apardı və zöhr çağı olduqda ona dedi: Ey İbrahim! Günahlarına e᾽tiraf et və ibadətlərini tanı. Elə buna görə də o yer Ərəfat adlandı. Çünki, Cəbrail (ə) dedi: E᾽tiraf et və o da e᾽tiraf etdi.
Allahın Ərafat əhalisinə fəxr etməsi
573. Həzrət Peyğəmbər (s) buyurub: Ərəfənin gün batan çağı Allah-taala Ərəfinin əhalisi vasitəsilə mələklərə fəxr edib, buyurur: Mənim bəndələrimə baxın! Onlar pərişan və toz-torpaq içində olarkən Mənim yanıma gəlmişlər.
574. Həzrət Peyğəmbər (s) buyurub: Allah-taala Ərəfat əhalisinə ne᾽mət vermiş və onların vasitəsilə mələklərə fəxr edərək buyurur: Ey mələklərim! Bəndələrimə baxın ki, hər bir uzaq yoldan pərişan və toz-torpaq içində olaraq gəlmişlər. Sizi şahid tuturam ki, onların dualarını müstəcab edib, hacətlərini həyata keçirib və yaxşı əməl sahiblərinə görə günahlarını bağışladım. Habelə öz aralarında olan haqqun-nasdan başqa yaxşı əməl sahiblərinin istədiyi hər bir şeyi onlara əta etdim.
575. Həzrət Peyğəmbər (s) buyurub: Allah-taala Ərəfə günündən başqa heç bir gün kimi bəndələri cəhənnəm odundan azad etmir. Həqiqətən Allah-taala yaxınlaşıb, mələklərinə fəx edərək buyurur: Bunlar nə istəyirlər.
Kitabın adı: Quran və hədis baxımından Həcc və Ömrə əməlləri