Həzrəti Muhəmməd (s) buyurur:
Qiyamət günü bir kişini sorğu-sual etmək üçün əməl dəftərini əlinə verirlər.
Kişi dəftərə baxanda çox təəccüblənir. Çünki əməl dəftərində savab əməllərinin olmadığını görür. Kişi heyrət içində soruşur:
"İlahi, axı bu mənim əməl dəftərim deyil! Burada bir dənə də olsun xeyir əməlimi, Sənə etdiyim itaətimi görmürəm!”. O, belə cavab alır:
"Sənin Allahın nə xəta edər, nə də unudar. Sənin xeyir əməllərin camaatın qeybətini etdiyinə görə bada gedib”.
Elə bu vaxt başqa bir kişini sorğu-suala tuturlar. Bu kişi isə əməl dəftərində çoxlu savab əməllərini görüb təəccüblə deyir: "İlahi! Bu mənim əməl dəftərim deyil! Çünki mən bu ibadətləri etməmişəm!”
O isə belə cavab alır: "Filankəs sənin qeybətini etdi və Mən onun yaxşı əməllərini sənin əməl dəftərinə yazdım!”.