5231. Allahın Peyğəmbəri (s): «Allah-taalanın öz bəndələrindən razılığının əlaməti, onların padşahlarının ədalətliliyi və qiymətlərin ucuzluğudur. Allah-taalanın bəndələrinə qəzəbinin nişanəsi isə, onların padşahlarının zalımlığı və qiymətlərin bahalığıdır.»
5232. İmam Sadiq (ə): «Müsəlmanların və İslamın davamlılığının amillərindən biri də budur ki, əmlak onun haqq və hüququnu tanıyan birisinin əlində olsun və onu xeyir işlərə sərf etsin. İslamın və müsəlmanların məhv olmasının bir səbəbi də budur ki, əmlak onun haqqını dərk etməyənin əlinə keçər və ondan xeyir işlər üçün istifadə etməz.»
5233. İmam Sadiq (ə): «Qiymətlərin bahalığı əxlaqı pisləşdirər, əmanətə vəfalılığı aradan götürər və müsəlman insanı darıxdırıb biqərar edər.»
1514. Məişətdə mötədilliyin nəticəsi.
5234. Allahın Peyğəmbəri (s): «Xərclərdə mötədillik, yaşayışın yarısıdır.»
5235. Allahın Peyğəmbəri (s): «Kim mötədil olsa, Allah onu imkanlı edər».
5236. Allahın Peyğəmbəri (s): «Allah yanında heç bir xərc, mötədilliklə edilən xərc qədər əziz deyil.»
5237. Allahın Peyğəmbəri (s): «Mötədillik, gözəl yanaşma, düzgün və bəyənilmiş üslub peyğəmbərliyin iyirmidən artıq hissəsindən biridir.»
5238. İmam Əli (ə): «Mötədillik həyatı təminatlı edər.»
5239. İmam Əli (ə): «Mötədillik az malı çoxaldar, israf isə çoxu yox edər.»
5240. İmam Əli (ə): «Kim mötədilliklə həyat sürsə, yaşayış xərcləri yüngül olar.»
5241. İmam Əli (ə): «İsraf məhv olmağın və mötədillik isə imkanlılığın səbəbidir.»
5242. İmam Kazim (ə): «Heç bir mötədil insan möhtac olmadı.»
5243. İmam Əskəri (ə): «Mötədilliyin bir əndazəsi var, əgər ondan aşılsa xəsislik olar.»