Sahibkarın övladlarını incitmək
Şeyxin şagirdlərindən biri deyir:
Şeyx buyurardı: Heç bir səbəb olmadan sizə çətinlik üz verməz.
Bir dəfə başım yaralandı, dostlarımdan biri ilə Şeyxin hüzuruna getdim.
Dostum ondan soruşdu: Görün o nə etmişdir ki, başı əzilmişdir.
Şeyx bir qədər diqqət yetirdikdən sonra buyurdu: «Fabrikdə bir uşağı incitmisən».
Gördüm ki, düz deyir. Mən qəlib düzəldirdim və o zamanlar bu sənət çox az yayılmışdı. Qəlib düzəldənlər adətən sahibkarlarla necə istəyirdilərsə, elə də rəftar edirdilər. Ev sahibinin oğlu mənim işimə çox yersiz bir irad tutmuşdu və əslində bu işin ona heç bir dəxli də yox idi. Mən də onunla o qədər tünd və ciddi danışmağa başladım ki, o ağlamağa başladı.
Şeyx buyurdu: Əgər onu razı salmasan, sənin giriftarçılığın davam edəcəkdir.
Mən gedib ondan üzürxahlıq istədim.
Kitabın adı: Məhəbbət iksiri
Müəllif: Məhəmməd Reyşəhri