Qoca qarının haqqını qəsb etmək
Şeyxin şagirdlərindən biri yemək yeyəndən sonra öz mə᾽nəvi halətini itirir. Şeyxdən kömək istədikdə, o buyurur:
Yediyin kababın pulunu filan tacir vermişdir ki, o pul da qoca bir qarıdan qəsb olunmuşdu.
Başqalarına hörmətsizlik
Şeyxin şagirdlərindən biri deyir: Şeyx bir neçə nəfərlə birlikdə imamzadə Yəhya küçəsindən keçən zaman bir nəfər piyadə bir velosipedçi ilə toqquşdu. Piyadə əsəbiləşib velosipedçiyə dedi: Ay eşşək!
Şeyx dedi : Onun batini (piyadənin) eşşəyə döndü!!
Şeyxin şagirdlərindən başqa birisi Şeyxin belə buyurduğunu nəql edir:
«Bir gün bazarın qabağından keçirdim. Gördüm ki, bir fayton hərəkət edir. Faytonu çəkən bir yabının cilovunu da başqa bir şəxs tutmuşdu. Gözlənilmədən bir nəfər faytonun qabağından keçdi. Faytonçu qışqırdı: Ay yabı!
Gördüm ki, faytonçunun mə᾽nəvi siması dərhal yabıya çevrildi və cilov iki dənə oldu!!
Kitabın adı: Məhəbbət iksiri
Müəllif: Məhəmməd Reyşəhri