Əsəbiləşmə!
Şeyxin şagirdlərindən biri deyir:
Bir gün bazarda dindarların biri ilə dini-elmi mübahisəmiz oldu. Mən nə qədər dəlil gətirdimsə o, qəbul etmədi. Mən bir qədər əsəbiləşdim, bir neçə saatdan sonra Şeyxin hüzuruna getdim. Məni görən kimi, başdan-ayağa süzüb dedi:
Kiminlə kobud rəftar etmisən?
Hadisəni dedikdə Şeyx buyurdu: Bu kimi hallarda əsəbiləşmə, imamlarımızın yolu ilə get. Əgər qəbul etmədiyini görsən, ondan aralan.
Saqqalı ilə nə işin var?!
Şeyxin şagirdlərinin birindən belə nəql olunur:
Bir gecə məclisə daxil oldum. Bir qədər gecikmişdim. Şeyx münacat oxumaqla məşğul idi. Məclisdə iştirak edənlərə baxdım, onların arasında saqqalını qırxmış bir nəfəri gördüm. Qəlbimdə narahat oldum və öz-özümə, nə üçün bu şəxs saqqalını qırxmışdır—deyə fikirləşdim. Şeyx üzü qibləyə oturmuşdu, arxası mənə tərəf idi. Gözlənilmədən duanı kəsib üzünü mənə çevirdi və dedi:
Onun saqqalı ilə nə işin var? Gör əməlləri necədir! Ola bilsin, onun bir yaxşı xüsusiyyəti vardır ki, səndə yoxdur.
Bunu dedikdən sonra yenidən üzünü çevirib dua oxumağa məşğul oldu.
Kitabın adı: Məhəbbət iksiri
Müəllif: Məhəmməd Reyşəhri