» » Şeyx Rəcəbli Xəyyatın vəfatı


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Şeyx Rəcəbli Xəyyatın vəfatı
    +5
    Müəllif: Yusifi Zehra | 2-09-2015, 11:00 | Baxılıb: 1 030
     
     
    Şeyx Rəcəbli Xəyyatın vəfatı

    Nəhayət 1340-cı hicri-şəmsi ilinin şəhrivər ayının 22-də Şeyxin bərəkətli ömür quşu bir ömür mə᾽nəvi tərəqqidən və ruhi saflaşdırmadan sonra Allah dərgahına pərvaz etdi. Onun ilahi ruhunun ərşə pərvazının baş vermə əhvalatı çox ibrətamiz və eşitməlidir. Burada mərhum Şeyx Rəcəbəli Xəyyatın vəfatının bəyan olunması ilə eyni zamanda böyük ilahi şəxsiyyətlərdən iki nəfərinin də vəfatını—Şeyxin vəfatına çox oxşar olduğuna görə—qeyd edəcəyik.
     
    Vəfatdan əvvəlki gün

    Şeyxin övladı onun vəfatından əvvəlki günü belə vəsf edir: Vəfatından əvvəl atam tamamilə sağlam idi. Anam evdə yox idi, təkcə mən evdə idim. Axşamçağı atam gəldi, dəstəmaz alıb mənə dedi: Bir azca yorğunam, əgər o şəxs gəlib paltarlarını aparmaq istəsə qayçıların yanındadır, otuz tümən də zəhmət haqqısıdı. Atam o vaxta qədər deməmişdi ki, bir kəs gəlsə ondan zəhmət haqqı al və ya kimsə nə qədər verməlidir. Mən bu hadisədən heç nə başa düşmədim.
     
    Şeyxin şagirdlərindən birinin yuxusu

    Şeyxin müridlərindən biri sadiq yuxu vasitəsi ilə vəfatından əvvəlki gecə onun ilahi dərgaha pərvaz edəcəyini bilmişdi. O, bu yuxunu belə bəyan edirdi: Şeyx vəfat etdiyi günün qabaqkı gecəsində yuxuda gördüm ki, «Qəzvin» məscidinin qərb tərəfindəki dükanların qapısını bağlayırlar.
    Soruşdum: Nə olubdur? Dedilər ki, cənab Şeyx Rəcəbəli dünyadan getmişdir. Nigaran halda yuxudan ayıldım, gördüm ki, gecə saat üçdür. Öz yuxumu doğru yuxulardan hesab etdim. Sübh azanından sonra namazı qılıb, dayanmadan cənab Radimənişin yanına getdim. Belə sübh tezdən gəlməyimi görüb təəccübləndi. Mən də yuxumu ona danışdım.
    Sübh saat beşdə hava işıqlanmamış Şeyxin mənzilinə yola düşdük. Şeyx qapını açdı, içəri daxil olub oturduq. Şeyx də oturub buyurdu:
    Belə sübh tezdən harada idiniz?
    Mən yuxumu demədim, bir qədər söhbət etdikdən sonra Şeyx böyürü üstə uzandı, əllərini başının altına qoydu və buyurdu:
    Bir şey deyin, şe᾽r oxuyun!
    Məzmunu aşiqlərin ayrılacğını çatdıran bir şe᾽r oxuduq.
     
    Şeyx ölüm yatağında

    Bir saat keçməmişdi ki, Şeyxin halı birdən birə dəyişildi. Dedim ki, həkim gətirək. Mənim yəqinim var idi ki, Şeyx bu gün dünyadan gedəcəkdir. O, buyurdu: İxtiyar sahibisiniz.
    Həkim bir nüsxə yazdı, aptekə gedib dərman aldıq, qayıdanda gördük ki, Şeyxi o biri otağa aparıblar. O, üzü qibləyə oturmuşdu, ayağının altına ağ bir parça salmışdılar. Əlinin baş və şəhadət barmağını o parçaya sürtürdü.
    Mən daha diqqətli idim ki, görəsən belə bir ilahi şəxsiyyət dünyadan necə gedəcəkdir. Ona bir halət baş verdi, sanki bir kəs onun qulağına nə isə deyirdi, o isə cavabında dedi: İnşaallah!
    Sonra buyurdu: Bu gün neçənci gündür? Bu günün duasını gətirin?!
    Mən o günün duasını oxudum, buyurdu: Verin Seyyid Əhməd də oxusun.
    O da oxudu, sonra Şeyx buyurdu: Əllərinizi asimana qaldırın və deyin: Ya Kəriməl əfv, ya Əziməl əfv, əl-əfv, Allahım məni bağışla!
    Mən dostuma baxıb dedi: Get, cənab Süheylini bura çağır. Çünki, mənə elə gəlir ki, yuxum doğrudur və bu ayrılıq nöqtəsidir. Bunu deyib getdim.
     
     Xoş gəlmisiz ağa!

    Bu hadisənin davamını Şeyxin övladlarından biri belə deyir:
    Gördüm ki, atamın olduğu evdə çox səs-küy var. Dedilər Şeyxin halı pisdir, dərhal otağa daxil oldum.Atam bir neçə dəqiqə bundan qabaq dəstəmaz alıb otağa daxil olmuşdu. Gördüm ki, üzü qibləyə oturub. Birdən ayağa qalxdı və sonra oturub gülərüzlə dedi: Xoş gəlmisiniz ağa! (Mərhum Süheylidən nəql olunubdur ki, «ağa» dedikdə məqsəd imam Zaman (ə) idi ki, ömrünün axır vaxtlarında onun görüşünə gəlmişdi)
    Əl verib görüşdü, sonra əlini çəkdi və iş qurtardı, dodağında gülüş Allahın dərgahına qovuşdu.
     
     Qəbrin birinci gecəsi

    Şeyxin dostlarından biri deyir: Yuxu aləmində mərhum Şeyxin qəbrinin birinci gecəsində onun hüzuruna çatdım. Gördüm ki, movla Əli (ə) tərəfindən ona böyük bir məqam verilmişdir. Ona yaxınlaşdım, çox incə və həssas bir nəzərlə məni süzdü və sanki ata öz istəkli oğluna nəsihət vermək istəyir, oğlu isə diqqət yetirmir. Onun baxışından yadıma saldım ki, o, həmişə belə buyurardı: Allahdan başqa heç nəyi istəməyin, amma biz yenə də həvayi-nəfsə giriftarıq.
    Ona yaxınlaşdım, iki cümlə buyurdu:
    Birinci cümləsi: Həyatın düzgün xətti Allah və Onun övliyaları ilə ünsiyyətdə olmaqdadır.
    İkinci cümlə: O kəs həqiqi şəkildə yaşadı ki, onun əyalı toy gecəsi öz köynəyini Allah yolunda ehsan etmişdi.
     
    Kitabın adı: Məhəbbət iksiri
    Müəllif: Məhəmməd Reyşəhri

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.