Atan sənin üçün büt olmasın
Höccətul-islam Seyyid Məhəmməd Əli Milani (böyük alim, mərcəyi-təqlid mərhum Ayətullah Seyyid Məhəmməd Hadi Milani (rə)-in oğlu) Şeyxin onun atası ilə görüşünü belə bəyan edir:
Mərhum Şeyx Rəcəbəli Xəyyatın nəfsini günahlardan saxlamaq və Allah dərgahında günah etməmək səbəbi ilə bəsirət gözü açılmışdı. Bu ilahi şəxsiyyət müridlərindən bir çoxunu ixlas, Allaha eşq istiqamətində tərbiyə edə bilmişdi.
O, atamı çox istəyirdi. Mən də onu əvvəlcədən tanıdığım üçün tez-tez hüzuruna gedir və bə᾽zi vaxtlar ayə və rəvayət zikr edilən məclislərində iştirak edib onun moizələrindən istifadə edirdim.
Bir dəfə Məşhədə ziyarət üçün getdim. Yuxarı xiyabanda yerləşən «Bəstin» yanındakı «Tus» hotelində otaq götürdük. Mərhum atam onu nahar yeməyinə də᾽vət etdi. Şeyx Rəcəbəli bizim mənzilə gəldi, atam da onu görüb çox sevindi. Gün batana qədər bir-biri ilə söhbət etdilər.
Mərhum Şeyx həmin məclisdə mənə üz tutub dedi: Ehtiyatlı ol, atan sənin üçün bütə çevrilməsin!
Atama isə belə dedi: Ehtiyatlı olun, oğlunuz sizin üçün giriftarçılığa və əzab-əziyyətə səbəb olmasın!
Mənim zehnimdən keçdi ki, görəsən insan həm dünyanı, həm də axirəti əldə edə bilərmi? Cənab Şeyx heç bir müqəddimə olmadan mənə üz tutub buyurdu:
Bu duanı çox oxu: Rəbbana atina fiddünya həsənətən və fil axirəti həsənətən (Pərvərdigara, həm bu dünyada, həm də axirətdə bizə, Həsənə nəsib et!.)
Onunla birlikdə hotelə qayıtdıq. Hoteldə Heydər ağa Mö᾽cüzə (şe᾽r divanının müəllifi) cənab Şeyxin qarşısına çıxdı və nahar yemək üçün də᾽vət etdi. Şeyx əvvəlcə qəbul etmədi, lakin çoxlu israr etdikdən sonra razı oldu. Sonra Heydər ağa atamın qarşısına gəldi və onu da də᾽vət etdi. Nəhayət atamla birlikdə Heydər ağa Mö᾽cüzənin evinə getdik. Cənab Şeyx Rəcəbəli özünün iki səfər yoldaşı ilə orada idi. Həmin gün gün batana qədər söhbət davam etdi.
Kitabın adı: Məhəbbət iksiri
Müəllif: Məhəmməd Reyşəhri