Qırmızı alma ye
Şeyxin dostlarından biri belə nəql edir:
Şeyxlə birlikdə Kaşan şəhərinə getmişdik. Şeyx adəti üzrə hər hansı bir yerə gedəndə ilk dəfə əhli-qüburu ziyarət edərdi. Kaşanın qəbristanlığına daxil olduqda Şeyx dedi:
Əssəlamu ələykə, ya Əba Əbdillah!
Bir qədər irəliləmişdik ki, buyurdu: Nə isə bir qoxu hiss etmirsinizmi?
Dedik: Xeyr.
Soruşduq: Nə qoxusu?
Dedi: Qırmızı alma qoxusu hiss etmirsinizmi?
Dedik: Xeyr.
Bir qədər irəli getdik. Şeyx qəbristanlıqda işləyən bir şəxsi gördükdə soruşdu:
Bu gün burada kimi isə dəfn ediblərmi?
O şəxs cavabında dedi: Sizin qarşınızda olan qəbir təzədir, bu gün dəfn olunmuşdur. Sonra bizi həmin qəbrin yanına apardı. Orada bizim hamımız qırmızı alma ətrini hiss etdik.
Soruşduq: Bu nə iydir?
Şeyx buyurdu: Bu şəxs dəfn olunan zaman Seyyidüş-şühəda imam Hüseyn (ə) buraya gəlibmiş. Onun gəlişi səbəbi ilə, qəbristanlıq əhlinin hamısından əzab götürülüb.
Kitabın adı: Məhəbbət iksiri
Müəllif: Məhəmməd Reyşəhri