Maşın düzəlmişdir, yola düş!
Maşın düzəlmişdir, yola düş!
Doktor Səbati deyir: Bir gün Şeyx, ağa Mirza Seyid Əli və ağayi Əkrəmi ilə birlikdə Tehranın ətraf dağlarında «Bibi Şəhrəbanu» məzarına getmək istəyirdik. Dayanacaqda çoxlu adam var idi. Birinci avtobus gələn zaman Şeyx dedi: Bu avtobusa minmək bizə nəsib olmayacaq. Avtobus gələn kimi dərhal doldu. İkinci avtobus gəldi, Şeyx yenə də buyurdu: Bu avtobusa da minə bilməyəcəyik. Camaat növbəyə riayət etmədən avtobusa mindi, Şeyx və onun dostları yerdə qaldı. Şeyx buyurdu: Biz üçüncü avtobusa minib gedəcəyik. Üçüncü avtobus da tez gəldi, hamı minməyə tələsdi. Şeyx və onun yoldaşları minə bilmədilər. Sürücü nə qədər çalışdısa, maşını işə sala bilmədi. Axırda sərnişinlərə dedi: Maşın xarab olub. Hamı yerə endi. Cənab Şeyx öz yoldaşlarına dedi: Minin maşına. Hamımız mindikdən sonra sürücü dedi: Eşitmədiniz maşın xarabdır, hərəkət etmir. Şeyx dedi: Maşın xarab deyil, hərəkət et. Sürücü sükan arxasına keçib bir daha yoxladı, maşın dərhal işə düşdü. Bu zaman sair sərnişinlər də gəlib mindi və maşın yola düşdü. Yol əsnasında yol pulunu yığan zaman biz üç nəfərdən pul almaq istəmədi, lakin qəbul etmədik. Nəhayət Şeyxə işarə edib dedi: Mən o şəxsdən yol pulu almayacağam.
Kitabın adı: Məhəbbət iksiri
Müəllif: Məhəmmə Reyşəhri
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.